Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1878/2024 25.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti baş leytenantı X2 Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə 00100-01067/24 nömrəli, 08 may 2024-cü il tarixli, EP № ******* inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1100/012/006161 nömrəli xx.xx.2024-cü il tarixli raportun icrası ilə əlaqədar olaraq bildiririk ki, “İrşad Electronics" MMC-nin ünvanına xx.xx.2024-cü il tarixində 94330495 nömrəli vaqon vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********3386 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yük üçün qısa idxal bəyannaməsinin tərtib olunmadığı qeyd edilmişdir. Bakı Baş Gömrük idarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1100/012/007255 nömrəli xx.xx.2024-cü il tarixli raportun icrası ilə əlaqədar olaraq bildiririk ki, Şəxs MMC-nin ünvanına xx.xx.2024cü il tarixində 94329190 nömrəli vaqon vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********1009 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yük üçün qısa idxal bəyannaməsinin tərtib olunmadığı qeyd edilmişdir. Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1100/012/007253 nömrəli xx.xx.2024-cü il tarixli raportun icrası ilə əlaqədar olaraq bildiririk ki, “İrşad Electronics" MMC-nin ünvanına xx.xx.2024-cü il tarixində 94325594 nömrəli vaqon vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********4511 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yük üçün qısa idxal bəyannaməsinin tərtib olunmadığı qeyd edilmişdir. Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1100/012/007544 nömrəli xx.xx.2024-cü il tarixli raportun icrası ilə əlaqədar olaraq bildiririk ki, “İrşad Electronics" MMC-nin ünvanına 01,03.2024-cü il tarixində 42188086 nömrəli vaqon vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********1153 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yük üçün qısa idxal bəyannaməsinin tərtib olunmadığı qeyd edilmişdir. Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1100/012/007543 nömrəli 01,04.2024-cü il tarixli raportun icrası ilə əlaqədar olaraq bildiririk ki, “İrşad Electronics’’ MMC-nin ünvanına xx.xx.2024-cü il tarixində 42130922 nömrəli vaqon vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********1304 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yük üçün qısa idxal bəyannaməsinin tərtib olunmadığı qeyd edilmişdir. Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1100/012/007529 nömrəli xx.xx.2024-cü il tarixli raportun icrası ilə əlaqədar olaraq bildiririk ki, Şəxs MMC-nin ünvanına xx.xx.2024-cü il tarixində 94331097 nömrəli vaqon vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********1885 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yük üçün qısa idxal bəyannaməsinin tərtib olunmadığı qeyd edilmişdir. Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33- 1100/012/007536 nömrəli xx.xx.2024-cü il tarixli raportun icrası ilə əlaqədar olaraq bildiririk ki, “İrşad Electronics" MMC-nin ünvanına xx.xx.2024-cü il tarixində 94325396 nömrəli vaqon vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********1348 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yük üçün qısa idxal bəyannaməsinin tərtib olunmadığı qeyd edilmişdir. Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33- 1100/012/007535 nömrəli xx.xx.2024-cü il tarixli raportun icrası ilə əlaqədar olaraq bildiririk ki, “İrşad Electronics" MMC-nin ünvanına xx.xx.2024-cü il tarixində 94325792 nömrəli vaqon vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********1235 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yük üçün qısa idxal bəyannaməsinin tərtib olunmadığı qeyd edilmişdir. Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33- 1100/012/007528 nömrəli xx.xx.2024-cü il tarixli raportun icrası ilə əlaqədar olaraq bildiririk ki, “İrşad Electronics" MMC-nin ünvanına xx.xx.2024-cü il tarixində 94330495 nömrəli vaqon vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********1197 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yük üçün qısa idxal bəyannaməsinin tərtib olunmadığı qeyd edilmişdir. Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33- 1100/012/007534 nömrəli xx.xx.2024-cü il tarixli raportun icrası ilə əlaqədar olaraq bildiririk ki, “İrşad Electronics" MMC-nin ünvanına xx.xx.2024-cü il tarixində 42198903 nömrəli vaqon vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********1134 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yük üçün qısa idxal bəyannaməsinin tərtib olunmadığı qeyd edilmişdir. Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33- 1100/012/007533 nömrəli xx.xx.2024-cü il tarixli raportun icrası ilə əlaqədar olaraq bildiririk ki, “İrşad Electronics" MMC-nin ünvanına xx.xx.2024-cü il tarixində 94329992 nömrəli vaqon vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********1027 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yük üçün qısa idxal bəyannaməsinin tərtib olunmadığı qeyd edilmişdir. Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33- 1100/012/007532 nömrəli xx.xx.2024-cü il tarixli raportun icrası ilə əlaqədar olaraq bildiririk ki, Şəxs MMC-nin ünvanına xx.xx.2024-cü il tarixində 94328291 nömrəli vaqon vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********1177 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yük üçün qısa idxal bəyannaməsinin tərtib olunmadığı qeyd edilmişdir. Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1100/012/007556 nömrəli xx.xx.2024-cü il tarixli raportun icrası ilə əlaqədar olaraq bildiririk ki, "xxxx" MMC-nin ünvanına xx.xx.2024-cü il tarixində 94325594 nömrəli vaqon vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********4520 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yük üçün qısa idxal bəyannaməsinin tərtib olunmadığı qeyd edilmişdir. Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1100/012/007540 nömrəli xx.xx.2024-cü il tarixli raportun icrası ilə əlaqədar olaraq bildiririk ki, “İrşad Electronics" MMC-nin ünvanına xx.xx.2024-cü il tarixində 42151431 nömrəli vaqon vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********1316 nömrəli gömrük bəyannaməsi ilə bəvan olunan yük üçün qısa idxal bəyannaməsinin tərtib olunmadığı qeyd edilmişdir. Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1100/012/007558 nömrəli xx.xx.2024-cü il tarixli raportun icrası ilə əlaqədar olaraq bildiririk ki, Şəxs MMC-nin ünvanına xx.xx.2024cü il tarixində 42137109 nömrəli vaqon vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********1287 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yük üçün qısa idxal bəyannaməsinin tərtib olunmadığı qeyd edilmişdir. Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1100/012/007549 nömrəli xx.xx.2024-cü il tarixli raportun icrası ilə əlaqədar olaraq bildiririk ki, "İrşad Electronics” MMC-nin ünvanına xx.xx.2024-cü il tarixində 94330099 nömrəli vaqon vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********0974 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yük üçün qısa idxal bəyannaməsinin tərtib olunmadığı qeyd edilmişdir. Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1100/012/007541 nömrəli xx.xx.2024-cü il tarixli raportun icrası ilə əlaqədar olaraq bildiririk ki, “İrşad Electronics’’ MMC-nin ünvanına xx.xx.2024-cü il tarixində 42175984 nömrəli vaqon vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********1244 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yük üçün qısa idxal bəyannaməsinin tərtib olunmadığı qeyd edilmişdir. Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1100/012/007548 nömrəli xx.xx.2024-cü il tarixli raportun icrası ilə əlaqədar olaraq bildiririk ki, “İrşad Electronics" MMC-nin ünvanına xx.xx.2024-cü il tarixində 42131664 nömrəli vaqon vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********1271 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yük üçün qısa idxal bəyannaməsinin tərtib olunmadığı qeyd edilmişdir. Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1100/012/007545 nömrəli xx.xx.2024-cü il tarixli raportun icrası ilə əlaqədar olaraq bildiririk ki, “İrşad Electronics" MMC-nin ünvanına xx.xx.2024-cü il tarixində 94325396 nömrəli vaqon vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********1354 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yük üçün qısa idxal bəyannaməsinin tərtib olunmadığı qeyd edilmişdir. Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1100/012/007547 nömrəli xx.xx.2024-cü il tarixli raportun icrası ilə əlaqədar olaraq bildiririk ki, “İrşad Electronics" MMC-nin ünvanına xx.xx.2024-cü il tarixində 94331097 nömrəli vaqon vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********1340 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yük üçün qısa idxal bəyannaməsinin tərtib olunmadığı qeyd edilmişdir. Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1100/012/007524 nömrəli xx.xx.2024-cü il tarixli raportun icrası ilə əlaqədar olaraq bildiririk ki, “İrşad Electronics" MMC-nin ünvanına xx.xx.2024-cü il tarixində 42146001 nömrəli vaqon vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********1328 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yük üçün qısa idxal bəyannaməsinin tərtib olunmadığı qeyd edilmişdir. Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1100/012/008641 nömrəli xx.xx.2024-cü il tarixli raportun icrası ilə əlaqədar olaraq bildiririk ki, "İrşad Electronics” MMC-nin ünvanına xx.xx.2024-cü il tarixində 94323698 nömrəli vaqon vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********1191 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yük üçün qısa idxal bəyannaməsinin tərtib olunmadığı qeyd edilmişdir. Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1100/012/008722 nömrəli xx.xx.2024-cü il tarixli raportun icrası ilə əlaqədar olaraq bildiririk ki, “İrşad Electronics" MMC-nin ünvanına xx.xx.2024-cü il tarixində 94325594 nömrəli vaqon vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********1357 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yük üçün qısa idxal bəyannaməsinin tərtib olunmadığı qeyd edilmişdir. Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1100/012/008728 nömrəli xx.xx.2024-cü il tarixli raportun icrası ilə əlaqədar olaraq bildiririk ki, Şəxs MMC-nin ünvanına xx.xx.2024-cü il tarixində 42186049 nömrəli vaqon vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********1279 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yük üçün qısa idxal bəyannaməsinin tərtib olunmadığı qeyd edilmişdir. Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33- 1100/012/009342 nömrəli xx.xx.2024-cü il tarixli raportun icrası ilə əlaqədar olaraq bildiririk ki, “İrşad Electronics" MMC-nin ünvanına xx.xx.2024-cü il tarixində 94329992 nömrəli vaqon vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********1360 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yük üçün qısa idxal bəyannaməsinin tərtib olunmadığı qeyd edilmişdir. Araşdırma zamanı Dövlət Gömrük Komitəsinin “X1 Sistemi" informasiya resursuna keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, “İrşad Electronics" MMC tərəfindən Bakı Baş Gömrük idarəsində xx.xx.2024-cü il tarixli gömrük bəyannamələri ilə bəyan edilmiş mallar müqavilə əsasında JİN PİN ELECTRİCAL COMPANY LTD ZHUHAİ S.E.Z tərəfindən “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, gətirilmiş mallara dair qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilməmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəvannaməçinin inzibati məsuliyyətinə səbəb olur. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz" və digər buraxılış sistemlərindən istifadə Qaydalarının" təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanının 2,2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Nəticədə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və xx.xx.2024-cü il tarixdə, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə ərizə göndərərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. . Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli, 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikası İXM-in 485.2 maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs MMC-nin ünvanına idxal olunan yüklər üçün qısa idxal bəyannaməsi vaxtında təqdim olunmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC qanunvericiliyin tələbinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş mallara dair qısa idxal bəyannaməsini mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verməli olduğu halda, buna əməl etməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, MMC-nin hərəkətlərində İXM-nin 485.2-ci maddəsinin tərkibi mövcuddur. Buna görə də həmin hüquqi şəxsə Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tənbeh növü təyin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-1878/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1878/2024
25.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver