Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1884/2021 22.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X9 İnzibati xəta haqqında protokolu Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin tərtib etmiş: icra məmuru X2 Zərər çəkmiş şəxs: X4 Barəsində inzibati xəta haqqında Şəxs iş üzrə icraat aparılan şəxs: iştirakları ilə xx.xx.1977-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr., ev 87, mənzil 15də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş 22.07.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08.02.2013-cü il tarixli, 2(006)-99/13 saylı icra sənədinə əsasən 06 aprel 2005-ci il təvəllüdlü X10 və 17 oktyabr 2006-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2012-ci ilin avqust ayından başlayaraq hər ay Şəxs hər uşağa görə 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq X7 ödənilməlidir. Bundan əlavə, Tovuz Rayon Məhkəməsinin 28.03.2019-cu il tarixli, 2(062)-196/2019 saylı icra sənədinə görə 18 oktyabr 2018-ci il tarixdən başlayaraq Şəxs 26 avqust 2015-ci il tarixdə anadan olmuş X8 yetkinlik yaşınadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində aliment alınaraq X3 ödənilməlidir. Borclu icra sənədlərində göstərilən tələbləri heç bir üzürlü səbəblər olmadan tam icra etməmiş, nəticədə onun müvafiq olaraq 2.200 və 1.920 manat aliment borcu yaranmışdır. Məhkəmə iclasında icra məmuru X5 izahat verərək bildirdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08.02.2013-cü il tarixli, 2(006)-99/13 saylı icra sənədinə əsasən 06 aprel 2005-ci il təvəllüdlü X10 və 17 oktyabr 2006-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2012-ci ilin avqust ayından başlayaraq hər ay Şəxs hər uşağa görə 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq X7 ödənilməlidir. Bundan əlavə, Tovuz Rayon Məhkəməsinin 28.03.2019-cu il tarixli, 2(062)- 196/2019 saylı icra sənədinə görə 18 oktyabr 2018-ci il tarixdən başlayaraq Şəxs 26 avqust 2015-ci il tarixdə anadan olmuş X8 yetkinlik yaşınadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində aliment alınaraq X3 ödənilməlidir. İcra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilərək tələbin könüllü təmin edilməsi üçün zəruri tədbirlər görülmüş, borclunun adına tələbin yönəldilə biləcəyi əmlakların olubolmamasını müəyyənləşdirmək üçün aidiyyəti üzrə orqanlara sorğular edilsə də, onun adına tələbin yönəldilə biləcək heç bir əmlak növü aşkar edilməmişdir. Borclu iki icra sənədi üzrə yaranmış 2.200 və 1.920 manat aliment borcunu ödəmir. Bununla bağlı Şəxs icra şöbəsinə dəvət edilmiş, məsələ ilə bağlı izahatı alınmış və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq barəsində icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs X11 izahatında göstərdi ki, Şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08.02.2013-cü il tarixli, 2(006)-99/13 saylı icra sənədi üzrə ötən ilin mart ayına qədər mütəmadi olaraq ödənişlər etsə də, sonradan ödəmələrə fasilə vermiş, noyabr ayına qədər 3 dəfəyə cəmi 1.000 manat pul ödəmiş, qalan 2.200 manat aliment borcunu isə ödəmir. O, uşaqlarının təkbaşına saxlanılmasında çətinliklər çəkir. Aliment üzrə yaranmış borcun tam ödənilməsini istəyir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, pandemiya ilə əlaqədar işsiz olduğundan və səhhətində yaranmış ciddi problemlərlə, o cümlədən qaraciyər sirrozu ilə bağlı alimenti ödəməkdə çətinlikləri yaranıb. X1 hazırda 400 manat, qalan aliment borcu isə ayda 200 manat olmaqla ödəyə bilər. Digər tələbkar X3 isə aliment ödəmək fikri yoxdur. Çünki, o uşağı rayonda nənəsinin yanında qoyub ailə həyatı quraraq Rusiyaya gedib. Qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını nəzərdən keçirib müəyyən edir ki, Şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08.02.2013-cü il tarixli, 2(006)-99/13 saylı və Tovuz Rayon Məhkəməsinin 28.03.2019-cu il tarixli, 2(062)-196/2019 saylı icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, hər iki sənəd üzrə yaranmış cəmi 4.120 manat aliment borcu üzrə heç bir ödəniş etməmiş, üzrsüz olaraq icra sənədini tam şəkildə icra etməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli Qərarında vurğulayır ki, Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə 7 may 2002-ci il tarixli Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs tərəfindən törədilən inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, əmlak vəziyyətini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh növü tətbiq olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 22 iyul 2021-ci il tarixdən, saat 17:00-dan hesablansın. Qərarın icrası Bakı şəhər Nəsimi rayon İcra şöbəsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1884/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1884/2021
22.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver