Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1885/2024 30.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Şikayət vermiş şəxs X1, Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi X2 iştirakı ilə, X1 Bakı şəhər BPİ DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər BPİ DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cu il tarixində, saat 19:46-da Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsində yerləşən “Aztürk Bank”-ın qarşısında, avtomobili ilə hərəkətdə olarkən yerdə olan qırıq-qırıq nisanlanma xəttləri olduğu üçün sola dönmə işığını yandırıb sola dönmə əməliyyatını icra etmiş, bu zaman, Azərbaycan Respublikası DİN Bakı şəhəri DYPİ-nin Yol patrul xidmətinin yol patrul xidməti inspektcru, polis sıravisi X6 ona “saxla” əmrini vermiş və o, idarə etdiyi avtomaşınını saxlamışdır. X5 müvafiq sənədlərimi təqdim etmiş və nə üçün onu saxladığını soruşanda ona bildirmişdir ki, “siz qırıq-qırıq nisanlanma xətt” olmayan yerdən dönmə əməliyyatını icra etmisiniz. O, etirazını bildirərək yerdə olan qırıq-qırıq xəttin olduğunu ona göstərmişdir. Patrul xidməti inspektoru X6 isə ona bildirmişdir ki, “yerdə olan qırıq-qırıq xəttlər qanunsuzdur, onu vətəndaşlar çəkib!!! O, isə öz növbəsində bildirmişdir ki, axı vətəndaş yerdə necə qırıqqırıq xətt çəkə bilər??? O, neçə illərdir bu yoldan istifadə edir, bütün maşınlar həmin xəttdən sola dönmə əməliyyatı icra edir deyə bildirmişdir. Sözügedən inspektor onu bu sözlərindən qıcıqlanaraq onun üzərinə şığımış və ona əl-qol atması üçün onu işlətdiyi ifadələrlə təhrik etməyə çalışmışdır. Təbii ki, o, sakit şəkildə ona “sizinlə məhkəmədə görüşərik” demişdir. O isə “hara şikayət edirsən et, məhkəmə mənə hecnə edə bilməz, uzaq başı qərarımı ləğv edər”! demişdir. “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, 5.9, 5.10.1 -5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri ücün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bələrlər Həmçinin belə yerlərdə yola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçun bu zolağa keçməyə icazə verilir, lakin bu, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün maneə yaratmamalıdır. Nəticədə, onun barəsində AR İXM-nin 327.2-1.1. 1.3 və 1.11 üfüqi nişanlanma xəttlərinin tələblərinə riayət etmədiyi üçün Azərbaycan Respublikası DİN Bakı şəhəri DYPİ Yol patrul xidmətinin yol patrul xidməti inspektoru X6 03 may 2024-cü il tarixli, İXP № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etdi. Lakin cərimə olunmasına dair inzibati qərar ona təqdim edilməmişdir. Xüsusi olaraq qeyd edir ki, o, elektron kabineti vasitəsi ilə müvafiq inzibati protokol əsasında 06 may 2024-cü il tarixli qərarla 80 manat cərimə olunmasını və 3 bal cərimə balının tətbiq olunduğunu görmüşdür. Aşağıdakı göstərilən əsaslara görə, Azərbaycan Respublikası DİN Bakı şəhəri DYPİ Yol patrul xidmətinin 03 may 2024-cü il tarixli, İXP № ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında yol patrul xidməti inspektoru X6 tərəfindən tərtib edilən 06 may 2024-cü ıl tarixli qərar əsassız və qanunsuz olduğuna görə ləğv edilməli və inzibati icraata xitam verilməlidir. Belə ki, onun inzibati xəta törətməsi sübuta yetirilməmişdir. Çünki o, heç bir inzibatı xəta törətməmiş, yerdə qırıq- qırıq xəttlərin vətəndaşlar tərəfindən çəkildiyi məsələsinə gəldikdə isə bu onun problemi deyil. Əgər belə bir hal var idisə polis, qeyd edilən pozuntunu, anlaşılmazlığı aradan qaldırmaq onun vəzifəsidir. İnzibati xətanın törədilməsinə əsas olan hüquqpozmaların aradan qaldırılması vəzifəsi, vətəndaş olaraq mənim deyil, polisin üzərinə düşür. Lakin polislər qeyd edilən halı aradan qaldırmaq əvəzinə sürücüləri cərimə etməklə məşğuldur. Göründüyü kimi, Azərbaycan Respublikası DİN Bakı şəhəri DYPİ Yol patrul xidmətinin 03 may 2024-cü il tarixli, İXP № ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında yol patrul xidməti inspektoru X6 tərəfindən tərtib edilən 06 may 2024-cü ıl tarixli qərar ləğv edilməli və icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X3 yuxarıda göstərilən məzmunda izahat verərək şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi X4 göstərdi ki, 03 may 2024-cü il tarixdə saat 19:46-da X1 idarə etdiyi “Hyundai Santafe” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanında 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydasının pozulmasına görə barəsində xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında İXP ******* saylı protokol tərtib edilmiş, həmin tarixdə 80 manat məbləğində cərimə inzibati tənbeh etmə haqqında qərar qəbul olunmuşdur. Həmin inzibati xətanın törədilməsi ilə bağlı videogörüntünü məhkəməyə təqdim edərək barəsində qərar çıxarılmış fiziki şəxs X1 şikayətinin təmin edilməməsini, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən X1 barəsində qəbul edimiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarında olan Bakı şəhər BPİ DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 xx.xx.2024-cü il tarixdə saat 19:46-da idarə etdiyi “Hyundai Santafe” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobillə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və həmin maddədə nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün xx.xx.2024-cü il tarixdə 80 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş hadisənin videogörüntülərini əks etdirən diskə baxış zamanı X3 tərəfindən qeyd olunan inzibati xətanın törədilməsi təsdiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən, Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görəaltmış manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəlləsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, X3 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta hadisəsinin törədilməsi iş materiallarında olan sübutlar ilə öz təsdiqini tapmışdır. Ona görə də X3 barəsində Bakı şəhər BPİ DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunidir, şikayət əsassız olduğundan təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhər BPİ DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin və qeyd edilən qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-1885/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1885/2024
30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver