Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1886/2021 16.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Niftəliyev Babaş Şiralı oğlu tərəfindən Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsi 22-ci Polis Bölməsinin 24 dekabr 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 24 dekabr 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Niftəliyev Babaş Şiralı oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsi 22-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş 24 dekabr 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 24 dekabr 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının qanunsuz hesab edilərək ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin polis əməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi rayonunda yerləşən uşaq geyimləri mağazasına 26.12.2020-ci il tarixdə yoxlama məqsədi ilə gəlmişdirlər. Həmin vaxt ona məxsus olan “Uşaq Geyimləri” Mağazası onlayn rejimində fəaliyyət göstərmişdir. Polis əməkdaşlarının mağazaya gələrək, müştərinin mağazada olmasını və karantin rejimi qaydalarına riayyət olunmamasına bildirərək 26.12.2020-ci il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Bildirmək istəyir ki, həmin vaxt müştəri mağazanın çöl tərəfində duraraq malın verilməsini bildirmişdir. Polis əməkdaşlarının içəri girdiyi zaman müştəri bir atdım içəri girərək polis əməkdaşlarına yol vermiş və həmin an geri atdım atmışdır. Bununla bağlı polis əməkdaşları, protokol tərtib edərək, onu 22-ci polis bölməsinə aparmışdırlar. Polis bölməsində ona bildirilmişdir ki, 3000 manat cərimə bir saat ərzində ödənilməlidir. Onu 22-ci polis bölməsində cərimə ödənilməsini təmin etmək məqsədi ilə axşam saatlarına qədər saxlamışlar. Axşam saatlarında ona bildirmişlər ki, “Get səhər cəriməni gətir” əks halda cinayət işi açılacaqdır. Protokolun tərtib edilməsini qanunsuz sayır, protokolun heç bir əlavəsi qeyd olunmamış, heç bir əlavəsi və yaxud karantin rejim qaydalarını pozmağı ilə bağlı foto şəkil qeyd olunmamışdır. Qeyd edilənlərə əsasən Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsi 22-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş, 24 dekabr 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq şikayətçi Niftəliyev Babaş Şiralı oğlu və barəsində şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə şikayətçinin və barəsində şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 24 dekabr 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Niftəliyev Babaş Şiralı oğlu İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinib 3000 (üç min) manat miqdarında inzibati qaydada cərimə edilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Niftəliyev Babaş Şiralı oğlu vətəndaş epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərini pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək inzibati cərimə edilmişdir. Məhkəmə hesab edir ki, Niftəliyev Babaş Şiralı oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından və şikayətin məzmununda qeyd olunan inzibati tənbeh vermə haqqında qərarın əsassız olaraq tərtib edilməsi ilə bağlı sübutlar təqdim edilmədiyindən şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqqında iş üzrə qəbul edilmiş 24 dekabr 2020-ci il tarixli, MN ******* saylı qərar qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Niftəliyev Babaş Şiralı oğlu tərəfindən Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsi 22-ci Polis Bölməsinin 24 dekabr 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 24 dekabr 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-1886/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1886/2021
16.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver