Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1897/2021 18.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Əhəd oğlunun iştirakı ilə 25.05.1977-ci ildə İran İslam Respublikasında anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Əhəd oğlunun barəsində Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsindən daxil olmuş materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs Əhəd oğlu 10.07.2021-ci il tarixdə, saat 21:25-də idarə etdiyi **-CF-*** dövlət nömrə nişanlı, «MERCEDES BENZ E240 MİNİK» markalı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi ilə hərəkətdə olan zaman saxlanılmış, yoxlama zamanı avtomaşını sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Əhəd oğlu özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, 10.07.2021-ci il tarixdə günorta saatlarında tanışı ilə görüşdükdən sonra kafelərdən birində nahar etmiş və bir bakal pivə içmişlər, sonra saat 18:00 radələrində həmin tanışı bazarlıq etdiyini bildirmiş və ondan onu evinə aparmağı xahiş etmişdir. O, da həmin şəxsi müvafiq ünvana **-CF-*** dövlət nömrə nişanlı, «MERCEDES BENZ E240 MİNİK» markalı avtomobillə aparmışdır. Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi ilə hərəkətdə olan zaman DYPİ Yol patrul xidmətinin əməkdaşı tərəfindən saxlanılmış, ondan avtomobilinin sənədlərini təqdim etməsi tələb edilmiş, o da, heç bir etiraz etmədən sənədlərini yol patrul xidməti əməkdaşına təqdim etmişdir. Yol patrul xidmətinin inspektoru onun sənədlərinə baxış keçirən zaman spirtli içki qəbul etməsindən şübhələnmiş və bu məqsədlə onun tibbi yoxlamadan keçməsini istəmişdir. O, isə inspektora cavabında spirtli içki qəbul etmədiyini bildirsə də, sonradan onun içkili vəziyyətdə olması öz təsdiqini tapmışdır. Bundan sonra, onun barəsində protokol tərtib edilmişdir. İzahatının sonunda məhkəmədən barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İşdə olan 2/19445 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, 10.07.2021-ci il tarixdə müayinə edilmiş 1974-cü il təvəllüdlü Şəxs Əhəd oğlunun sərxoşluq vəziyyətində olması halı müəyyən olunmuşdur. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, Şəxs Əhəd oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi özünün ütirafı, Bakı şəhər DYPİ YPX-nin inspektoru X1 tərəfindən tərtib edilmiş 10.07.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol, tibbi müayinə aktı və digər iş materialları ilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qeyd olunan Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs Əhəd oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Əhəd oğluna təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şəxs Əhəd oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-1897/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1897/2021
18.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver