Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1898/2021 27.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs, protokolu tərtib edən şəxs Bakı şəhər Nəsimi RPİ-nin 22-ci PŞ-nin sahə inspektoru X2 iştirakları ilə, xx.xx.1996-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, neft sektorunda işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə Nəsimi RPİ-nin 22-ci polis şöbəsi tərəfindən tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs 26 iyul 2021-ci il tarixdə, saat 16:05 radələrində ünvan 2 ünvanının qarşısında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, o Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin sahə inspektoru X4 izahat verərək göstərdi ki, 26 iyul 2021-ci il tarixdə, saat 16:05 radələrində ünvan 2 ünvanının qarşısında Şəxs avtomaşını ilə hərəkətdə olan zaman yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılmış və həmin avtomobilin konstruksiyasında dəyişikliklərlə əlaqədar Şəxs xəbərdarlıq edilərək avtimobilin duracağa yerləşdirilməsi zərurəti izah edilmişdir. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs avtomobilin konstruksiyasında edilən dəyişikliklərlə əlaqədar heç bir pozuntu etməməsini bildirib avtomobili işlək olmayan vəziyyətə gətirmişdir. Yol patrul xidməti əməkdaşları şəxsin avtomobilini avtobus dayanağının yaxınlığında saxlamasını bildirib yol hərəkət iştirakçılarına mane olması barədə xəbərdar etsə də, Şəxs polisin qanuni tələbini yerinə yetirib avtomobilini kənara çəkməmiş və işlək olmayan vəziyyətdə saxlamışdır. Bundan sonra yol patrul xidməti əməkdaşları müvafiq olaraq post-patrul xidməti əməkdaşlarına məlumat verdikdən sonra şəxs saxlanılaraq aidiyyəti üzrə Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə gətirilmişdir. Polis şöbəsində həmin şəxsin anket məlumatları müəyyənləşdirilərək barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və aidiyyatı üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 26 iyul 2021-ci il tarixdə, saat 16:05 radələrində ünvan 2 ünvanının qarşısında avtomaşını ilə hərəkətdə olan zaman yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılmış və həmin avtomobilin konstruksiyasında dəyişikliklərlə əlaqədar ona xəbərdarlıq edilərək avtimobilin duracağa yerləşdirilməsi zərurəti izah edilmişdir. Lakin həmin vaxt avtomobilində olan texniki nasazlıq səbəbindən avtomobili işlək vəziyyətdə olmamış, bu səbəbdən həmin avtomobilin yalnız evakuator vasitəsilə aparılmasının mümkünlüyünü yol-patrul xidməti əməkdaşlarına bildirmişdir. Buna baxmayaraq, bir müddət sonra post-patrul xidməti əməkdaşları gələrək onu Nəsimi RPİ-nin 22-ci Polis şöbəsinə aparmış, o da şöbədə avtomobilində konstruksiya dəyişiklikləri etməsini bildirib izahatını tam şəkildə vermişdir. Orada onun şəxsiyyəti müəyyən olunaraq, barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İzahatının sonunda əməlinə görə peşman olduğunu bildirib, barəsində həbslə bağlı olmayan qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyi Bakı şəhəri BPİnin X10 İdarəsinə bilavasitə tabe olan Yol patrul Xidməti Alayı yol-patrul xidməti baş inspektoru X3 verdiyi izahatında göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 26 iyul 2021-ci il tarixdə, saat 16:05 radələrində ünvan 2 ünvanının qarşısında Şəxs avtomaşını ilə hərəkətdə olan zaman o, digər yol-patrul xidməti əməkdaşı ilə birlikdə saxlamış və həmin avtomobilin konstruksiyasında dəyişikliklərlə əlaqədar Şəxs xəbərdarlıq edilərək avtimobilin duracağa yerləşdirilməsi zərurəti izah edilmişdir. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs avtomobilin konstruksiyasında edilən dəyişikliklərlə əlaqədar heç bir pozuntu etməməsini bildirib avtomobili işlək olmayan vəziyyətə gətirmiş və yalnız evakuatorun vasitəsilə həmin avtomobilin aparılmasının mümkün olmasını bildirmişdir. Həmin şəxsə bir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs polisin qanuni tələbinə əməl etməmişdir. Bundan sonra yol patrul xidməti əməkdaşları müvafiq olaraq post-patrul xidməti əməkdaşlarına məlumat verdikdən sonra şəxs saxlanılaraq aidiyyəti üzrə Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə gətirilmişdir. Polis şöbəsində həmin şəxsin anket məlumatları müəyyənləşdirilərək barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və aidiyyatı üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyi Bakı şəhəri BPİnin X10 İdarəsinə bilavasitə tabe olan Yol patrul Xidməti Alayı yol-patrul xidməti baş inspektoru X7 da şahid X1 izahatına oxşar məzmunlu izahat vermişdir. Məhkəmə, Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin sahə inspektoru X4 tərəfindən tərtib edilmiş 26.07.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarına əlavə edilmiş 26 iyul 2021-ci il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 26 iyul 2021-ci il tarixdə, saat 20:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs cəzasının tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 26 iyul 2021-ci il tarixdən, saat 20:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X6 Məntəqəsinə və Nəsimi rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-1898/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1898/2021
27.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver