Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1917/2021 27.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin sahə inspektoru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1971-ci ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, İmişli rayonu, Şahverdili kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi 21-ci Polis Bölməsindən daxil olmuş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 21 aprel 2021-ci il tarixdə, təxminən saat 11:00 radələrində ünvan 1 ünvanının qarşısında atası Zərərçəkmiş şəxs boğazına güzgü parçasını dirəyərək sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan Şəxs özünü inzibati xəta üzrə təqsirli bilməyərək verdiyi izahatında göstərdi ki, 21 aprel 2021-ci il tarixdə valideynlərinin yaşadığı ünvan 1 ünvanına gəlmişdir. Onun ixtisası heykəltəraşlıq üzrə olsa da, əvvəllər yaşadığı İmişli rayonunda ixtisasına uyğun iş tapa bilmədiyindən məcburi olaraq Bakı şəhərinə gəlmişdir. Lakin atası Zərərçəkmiş şəxsla yaşadıqları ünvanda mübahisələri olmuşdur. Mübahisənin yaranmasına səbəb isə rayonda yerləşən torpaq sahəsinin atası tərəfindən icarəyə verilsə də, əldə edilmiş vəsaitdən ona verilməməsi olmuşdur. Sonuncu dəfə evə gəldikdə atası onun içkili vəziyyətdə olmasına tənqidi münasibət göstərərək evdən çıxmasını tələb etmişdir. Bu zaman o əsəbləşərək evdə olan güzgünü sındırmış və şüşə parçası ilə özünə xəsarət yetirib qanını atası Zərərçəkmiş şəxs üzünə yaysa da, ona heç bir xəsarət yetirmədən evi tərk edərək getmişdir. Daha sonra Zərərçəkmiş şəxs ondan polisə şikayət edib xəsarət almasını bildirmişdir. İzahatının sonunda Zərərçəkmiş şəxs ilə barışıq cəhdləri nəticəsiz qalmasını bildirmişdir. Buna görə də, o heç bir inzibati xəta törətmədiyini və qeyd etdiklərini nəzərə alaraq, barəsində olan icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş Zərərçəkmiş şəxs verdiyi izahatında bildirmişdir ki, 21 aprel 2021-ci il tarixdə tüfeyli həyat tərzi sürən oğlu Şəxs onun yaşadığı ünvan 1 ünvanına gəlmiş və heç bir səbəb olmadan içkili vəziyyətdə onunla mübahisə etmişdir. Sərxoş vəziyyətdə olduğundan oğlu Şəxs evdə olan əşyaları sındırmağa başlamış və daha sonra şüşə parçasını onun boğazına diriyərək öldürəcəyi ilə hədələmişdir. Daha sonra oğlu evi tərk edərək getmiş, o da polisə müraciət edərək hadisə barədə məlumat vermişdir. İzahatının sonunda Şəxs ilə heç bir barışığa getmək istəmədiyini onun barəsində qanuni yolla məhkəmə qaydasında cəza tədbiri görülməsini xahiş edir. İşdə olan Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş 05.05.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs Məhkəmə-Tibbi ekspertizası təyin edilmiş və ekspertizanın 28 aprel 2021-ci il tarixli 276 saylı rəyindən görünür ki, onun bədən səthində aşkar edilmiş xəsarətlər-boyun nahiyəsinin səthi kəsilmiş yaraları iti kənarlı əşaynın təsirindən müayinədən bir neçə gün əvvəl əmələ gəlmişdirlər, həm ümumilikdə, həm də ayrıayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin sahə inspektoru X2 tərəfindən tərtib edilmiş MN ******* saylı, 07.05.2021-ci il tarixli inzibati xəta haqqında protokolu nəzərdən keçirib, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özü tərəfindən inkar edilsə də, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə tərəfindən inzibati xəta törətmiş Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi nəzərə alınaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərardan rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-1917/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1917/2021
27.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver