Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1919/2024 07.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Vəkil, Barəsində protokol tərtib olunmuş şəxs Şəxs iştirakları ilə xx.xx.1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2a yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci PŞ-nin sahə inspektoru, polis baş leytenantı X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materiala görə, Şəxs xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvanında yerləşən “Bol-Mart” super marketin dayanacağında Zərərçəkmiş şəxs məxsus “Mercedes GLC” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobilini cızaraq maddi ziyan vurmuş, bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində protokol tərtib olunan şəxs Şəxs etirazını məhkəməyə təqdim edərək göstərmişdir ki, Zərərçəkmiş şəxs 21-ci Polis Bölməsində ona qarşı şikayət edərək bildirmişdir ki, guya ki, o, Zərərçəkmiş şəxs maşınına xəsarət etmişdir. Zərərçəkmiş şəxs şikayətində qeyd etmişdir ki, onlar hadisədən əvvəl də tanış olmuşlar. Qeyd edir ki, onlar hadisədən əvvəl nəinki tanış, yaxın dost və rəfiqə olmuşlar. O, Zərərçəkmiş şəxs keçmiş heyət yoldaşı ilə ona xəyanət edərkən yaxalayanda onun iradına “sənin ərinlə istirahət edirəm” deyə cavab vermişdir. Ondan sonra münasibətləri pozulmuşdur. Bundan əlavə Zərərçəkmiş şəxs şikayət ərizəsində qeyd edir ki, guya ki, o, Zərərçəkmiş şəxs izləyir və s. O, Zərərçəkmiş şəxs ilə qonşudur, yəni bir küçədə yaşayırlar və onlar tez-tez bir-birilərinə rastlaşırlar, avtomobillərini bir ərazidə saxlayırlar. Yəni, onların bir-birilərini izləməyə ehtiyacları belə yoxdur. Əlavə olaraq qeyd edir ki, Zərərçəkmiş şəxs onun yoldaşını ondan və oğlu X1 uzaqlaşdırmışdır.. Zərərçəkmiş şəxs əsas məqsədi qonşuların qarşısında onu alçatmaq, ondan pul tələb edib və bildirirki guya ondan qorxur, manipulasiya yolu ilə yoldaşından mənzili əldə etmək istəyir. O, Zərərçəkmiş şəxs xasiyyətini bilib qeyd edir ki, o, hətta başqa şəxsin ona qarşı etdiyi mənfi bir halı, onun üzərinə atmaq istəyir. Yoldaşı Bakı şəhərində böyük tikinti şirkətinin rəhbəridir. O, isə evdar qadındır, işsizdir, ona maddi və mənəvi dəstək edən bir şəxs yoxdur. Zərərçəkmiş şəxs isə salonu və dediyinə görə onunla iş birliyi var. Göstərilənləri nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra o, hazırda zərərçəkmiş şəxslə barışdığını və ondan heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvanında yerləşən “Bol-Mart” super marketin dayanacağında Zərərçəkmiş şəxs məxsus “Mercedes GLC” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobilini cızaraq 2000 manat məbləğində maddi ziyan vurmuşdur. Hazırda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir. Şəxs qarşı heç bir şikayət və maddi tələb yoxdur. Göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış materialda cinayət tərkibi yaranmadığından cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda qərarın surəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün Nəsimi RPİ-nin 21-ci PB-nə göndərilmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş diskə baxış zamanı Şəxs tərəfindən həmin inzibati xətanın törədilməsi görünür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs tərəfindən törədilmiş inzibati xəta nəticəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş maddi zərər ödənilmiş və onunla barışmışdır, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Şəxs barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanılmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə görə bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 53-cü, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-1919/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1919/2024
07.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver