Məhkəmə qərarları › İş №3(006)-1920/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1920/2024

30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1920/2024 30.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 Şikayətçi: X2 iştirakları ilə Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş 21 may 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X5 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə idarə etdiyi avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti ilə hərəkət etdiyi zaman işıqforun sarı işığında keçdikdən sonra polis əməkdaşı onu saxlayaraq sarı işıqa keçdiyi üçün barəsində protokol tərtib etməsi barəsində xəbərdarlıq etmişdir. O, bu protokolun surətini istədiyi halda, ona heç bir protokol təqdim edilməmiş və protokolun surətini Bakı şəhəri X9 İdarəsindən ala biləcəyi deyilmişdir. O, protokolun surətini almadığı üçün polis orqanına şikayət etsə də, bu heç bir nəticə verməmişdir. Şikayətində o, surətinin işıqfora 8-10 metrə qalmış 70 km/saatda olduğu halda, ətrafında olan avtomobillərə və onun həyatına təhlükə olduğu halını qiymətləndirib sarı işıqda keçməyi qərara almışdır. Ona yaxın olan işıqforda sarı işıq yanmamış, yəni yaşıl işıq yanıb sönməyə başlamış və işıqforda saniyəni göstərən tablo olmamışdır. Əgər əyləcdən həmin an istifadə etsə idi, digər hərəkət iştirakçılarına təhlükə yarada bilərdi. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarlarına əsasən şikayətləri qismən təmin edilmiş, inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş baxılması üçün həmin quruma göndərilmişdir. Lakin Bakı şəhər X8 İdarəsi tərəfindən heç bir araşdırma aparılmadan yenidən onun təqsirli bilinməsinə dair 21 may 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Qeyd olunanları nəzərə alaraq barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş olunur. Məhkəmə iclasında şikayətçi X5 izahatında göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə idarə etdiyi avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti ilə hərəkət etdiyi zaman barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan razı olmayaraq ondan məhkəməyə şikayət vermişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 mart tarixli qərarı ilə bu qərar ləğv olunaraq iş yenidən obyektiv, hərtərəfli, tam araşdırılması üçün polis idarəsinə göndərilmişdir. Lakin məhkəmə qərarında qeyd olunan nöqsanlar aradan qaldırılmadan və onun iştirakı təmin olunmadan işə baxılaraq yenidən onun cərimə olunması barədə xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərar qəbul edilmişdir. O bu qərardan da məhkəmə şikayət vermiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli qərarı ilə həmin qərar da ləğv olunaraq iş yenidən baxılması üçün Bakı Şəhər X8 İdarəsinə göndərilmişdir. Və bu dəfə də onun iştirakı təmin olunmadan və gətirdiyi dəlillər yoxlanılmadan işə baxılaraq onun cərimə olunmasına dair 21 may 2024-cü il tarixli, TP ******* saylı qərar qəbul edilmişdir. Məsələyə öz etirazını bildirəndə, sonuncu qərarı qəbul etmiş Nihad Əzimli ona bildirmişdir ki, ona heç bir sübut təqdim olunası deyil və başqa qərar da qəbul olunmayacaq. Göründüyü kimi, Bakı Şəhər X8 İdarəsinin əməkdaşları tərəfindən onun şikayətində göstərdiyi hallar araşdırılmır, süründürməçiliyə yol verilir, məhkəmə qərarlarında da hörmət edilmir, heç məhkəməyə də gəlmirlər. Bu səbəbdən də şikayətinin təmin olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • Bakı şəhər X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X5 xx.xx.2024-cü il tarixdə idarə etdiyi “Ford Maverick” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan ünvanda svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətə davam etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir; • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli, 3(006)- 1017/2024 saylı qərarına əsasən Bakı şəhər X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş baxılması üçün həmin quruma göndərilmişdir; • Bakı şəhər X9 İdarəsi tərəfindən qəbul edilmiş 08 aprel 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara görə X1 Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir; • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, 3(006)- 1391/2024 saylı qərarına əsasən Bakı şəhər X9 İdarəsi tərəfindən qəbul edilmiş 08 aprel 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş baxılması üçün həmin quruma göndərilmişdir. Həmin qərarda qeyd olunmuşdur ki, Bakı şəhər X9 İdarəsi tərəfindən hazırkı inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin tələblərinə riayət olunmamış, barəsində icraat aparılan şəxsin iştirakı təmin olunmadan, habelə mövcud olan məhkəmə qərarında göstərilmiş işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək prosessual pozuntular aradan qaldırılmamışdır; • Bakı şəhər X9 İdarəsi tərəfindən qəbul edilmiş 21 may 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara görə X1 Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş 21 may 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından aydın olur ki, hazırki inizbati xəta ilə bağlı Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsi tərəfindən 26 fevral və 08 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə barədə qərarlar X2 iştirakı olmadan və zəruri araşdırma aparılmadan qəbul edilmiş, bu səbəbdən də bu qərarlar Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin müvafiq olaraq 18 mart və 18 aprel 2024-cü il tarixli qərarları ilə ləğv edilmiş və qanunvericiliyin tələblərinə əməl olunması üçün iş baxılması məqsədi ilə səlahiyyətli orqana göndərilmişdir. Lakin Bakı Şəhər X9 İdarəsi tərəfindən buna əhəmiyyət verilməmiş, barəsində icraat aparılan şəxsin iştirakı olmadan 21 may 2024-cü il tarixdə yenidən qərar qəbul edilmiş, bu zaman heç bir araşdırma aparılmamış, işlə bağlı digər zəruri sübutlar göstərilməmişdir. Eyni zamanda şəxsin təqsirliyini sübut edən kifayət qədər dəlil toplanılmayaraq Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsi tərəfindən prosessual normalara və sübutetmə vəzifəsinə əməl olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: • Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir (5.2-ci maddə); • Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (8-ci maddə); • İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (48-ci maddəsi); • İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir (6.2-ci maddə); • İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun (61.3-cü maddə); • İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə); • Hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: işin baxılması onun səlahiyyətinə aiddirmi; işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; işin icraatını rədd edən hallar mövcuddurmu; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; iş üzrə vəsatətlər və etiraz etmə vardırmı (106.0-cı maddə); • İnzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; işin baxılması tarixi və yeri; işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; işə baxılarkən müəyyən edilmiş hallar; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; qərardan şikayət verilməsi müddəti və qaydası (115.1-ci maddə). Göründüyü kimi, qərarı qəbul etmiş qurum tərəfindən iş üzrə bütün faktiki hallar tam araşdırılmadan, şikayət vermiş şəxsin törətdiyi xətaya dair gətirdiyi dəlillər tam yoxlanılmadan, əvvəlki məhkəmə qərarlarında göstərilən nöqsanlar aradan qaldırılmadan, bu şəxsin iş üzrə icraatın aparılmasında iştirakı təmin olunmadan və qəbul edilmiş qərarda şəxsin öz müdafiəsi üçün gətirdiyi hallara qiymət verilmədən qanunvericiliyin tələbləri kobud şəkildə pozulmaqla əsassız olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Bu Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş 21 may 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar