Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1922/2022 20.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X11 Şikayət vermiş şəxs: X5 iştirakları ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X8 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şikayətdə göstərilmişdir ki, X3 2 saylı X4 tərəfindən onunla bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələblərinin pozulması ilə xitam verilməsinə dair şikayəti əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli MN ******* nömrəli qərara əsasən X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə 1.500 manat məbləğində cərimə olunmuşdur. Bu qərar qanunsuz olduğu ləğv edilməlidir. Belə ki, xx.xx.1997-ci ildə 2 saylı Kliniki Psixiatriya xəstəxanasının aptekinə “əczaçı” vəzifəsinə daxil olmuş Sənubər Rüstəmovanın əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən çalışmanın yaş həddinə çatdığına görə xx.xx.2022-ci ildə xitam verilmişdir. S.Rüstəmovaya xx.xx.2021-ci ildə 65 yaşının tamam olması ilə əlaqədar müqaviləsinin uzadılmaması barədə 1 ay öncədən xəbərdarlıq edilmişdir. 28-30 dekabr 2021-ci il tarixlərinə qardaşının əməliyyat olunması adı ilə o, icazə alıb işə gəlməmiş, lakin həmin tarixlərə heç kimə məlumat vermədən xəstəlik vərəqəsi alaraq xx.xx.2022-ci il tarixdə “xəstəlik bülletenində olarkən əmək müqaviləsinə xitam verildiyini əsas tutaraq X10 şikayət etmişdir. X12 Xidməti Bakı şəhər İdarəsi S.Rüstəmovanın işə bərpa olunması, əks təqdirdə cərimə ödənilməsi qərarını verdi. xx.xx.2022-ci il tarixdə DƏMX-nin Bakı şəhər idarəsinin **********6 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunan qərar icra olunaraq S.Rüstəmovanın xx.xx.2022-ci il tarixində xitam verilən əmri ləğv edilmiş, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan əmək haqqının ödənilməsi əmr edilmişdir. S.Rüstəmova xx.xx.2022-ci il tarixdən işə bərpa olunması barədə telefon zəngi və rəsmi məktub vasitəsilə məlumatlandırılmışdır. Lakin o, işə gəlməmiş və səhhətində olan problemlə bağlı əmək qabiliyyətinin müvəqqəti itirməsi barədə vərəqə açdırdığı qənaitinə gələrək onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduğuna görə) xitam verə bilməmişdir. S.Rüstəmova xx.xx.2022-ci il tarixdə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi işə gəlməməsinin səhhəti ilə əlaqədar olmasını, əmək qabilliyyətinin itirilməsini təsdiq edən heç bir sübut və ya sənəd təqdim etmədən işə çıxmışdır. S.Rüstəmovaya xx.xx.2022-ci il tarixində əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən verilən xitam barədə əmrin surəti təqdim edilmişdir. S.Rüstəmova hətta öz şikayət ərizəsində 16 martda ona xx.xx.2022-ci il tarixdən etibarən işinə xitam verilməsi barədə əmrin surətinin təqdim olunmasını qeyd etmişdir. Lakin S.Rüstəmova təkrarən eyni qaydada 9 nömrəli poliklinikadan xx.xx.2022-ci il tarixindən işdən azad olunmasını bilərək 17-19 mart 2022-ci il tarixləri əhatə edən xəstəlik vərəqəsi almışdır. Bunu əsas tutaraq, yenidən X10 şikayət edərək işinə bərpa olunmasını tələb etmişdir. S.Rüstəmova xəstəlik vərəqəsini COVİD-19 virusuna yoluxmasından şübhələndiyini bildirərək təcili yardım çağırışı əsasında almışdır. Nəticədə müayinəsinin cavabı neqativ çıxmışdır. Bu səbəbdən S.Rüstəmovaya açılmış xəstəlik vərəqəsi əsassızdır. Göstərilənləri nəzərə alaraq X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və icraata xitam edilməsi xahiş olunur. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş şəxs X8 şikayətdə göstərilənlərə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - 2 saylı X4 üzrə verilmiş xx.xx.2022-ci il tarixli, 75-K saylı əmrlə əczaçı X7 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən xitam verilmişdir; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X3 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərini pozaraq xitam verdiyinə görə 2 saylı X2 baş həkimi X1 Xətalar Məcəlləsinin 192.6-cı maddəsi üzrə təqsirli bilinərək 1.500 manat məbləğində cərimə edilmişdir; - X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən 2 saylı X2 baş həkimi X6 ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********9 nömrəli məktubda qeyd olunur ki, X3 idarəyə təqdim edilmiş sənədlərə əsasən onunla bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərinə əməl edilmədən xitam verilməsi müəyyən edilmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir (5.2-ci maddə); İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (48-ci maddəsi); İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə); inzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; işin baxılması tarixi və yeri; işinə baxılan şəxs haqqında məlumat,o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; işə baxılarkən müəyyən edilmiş hallar; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsivə inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; qərardan şikayət verilməsi müddəti və qaydası (115.1-ci maddə). Məhkəmədə müəyyən edilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla 2 saylı X2 baş həkimi X1 Xətalar Məcəlləsinin 192.6-cı maddəsi üzrə təqsirli bilinərək 1.500 manat məbləğində cərimə edilsə də, qərarda müəyyən edilmiş hallar konkret olaraq göstərilməmiş, sadəcə olaraq “X3 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərini pozaraq xitam verdiyinə görəkimi müddəalar əks olunmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən X3 şikayəti əsasında aparılan inzibati xəta haqqında iş üzrə icraat zamanı X5 təqdim etdiyi dəlillərə qiymət verilməsi halına rast gəlinmir, bununla da iş üzrə bütün faktiki halları tam və hərtərəfli qaydada öyrənmək üçün lazımi təbdirlər görülməmişdir. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1922/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1922/2022
20.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver