Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1927/2021 18.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, qərarından şikayət verilən Azərbaycan Respublikası X3nin nümayəndəsi X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X6 X3 Bakı Regional Bölməsinin 10 iyun 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 Bakı Regional Bölməsinin 10 iyun 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının qanunsuz hesab edilərək ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyinin Bakı Regional Bölməsinin 10 iyun 2021-ci il tarixli, MN ******* saylı qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə ünvan 1 ünvanında yaşayan X11 600 (altı yüz) manat məbləğində cərimə edilmişdir. Qərara görə Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyinin Bakı Regional Bölməsinin əməkdaşları tərəfindən aparılmış monitorinqlər zamanı ünvan 3 ünvanında yerləşən "Okean" restoranında epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarının tələblərinin pozulması faktı aşkar edilmişdir. X11 fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur və külli miqdarda dövlət büdcəsinə vergi ödəyir, eləcə də Azərbaycan Respublikası Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin sadiq əsgəri və Azərbaycan dövlətinin vətandaşı kimi 8000 (səkkiz) manat məbləğində vəsaiti Silahlı Qüvvələrin hesabına köçürmüşdür. Hörmətli Prezident cənab İlham Əliyev hər çıxışında sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxləri həmişə dəstəkləmiş, öz diqqəti və qayğısını əskik etməmiş, həmçinin dövlət qurumlarına qəti şəkildə tapşırıq vermişdir ki, sahibkarların fəaliyyətinə süni maneələr, əngəllər yaratmasınlar. Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyinin Bakı Regional Bölməsinin əməkdaşları tərəfindən sadəcə qərəzli, əsassız və qanunsuz olaraq, eləcə də bilərəkdən sahibkarlıq faəliyyətinin həyata keçirilməsinə maneə törətmək məqsədi ilə inzibati cərimə haqqında protokol tərtib etmişdirlər. Belə ki, Azərbaycan Respublikası X3nin Bakı Regional Bölməsinin əməkdaşları tərəfindən yoxlama keçirilən zaman "Okean” restoranında olan bütün personal heyəti epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarının tələblərinə riayət etmələrinə baxmayaraq, Bakı Regional Bölməsinin əməkdaşları tərəfindən qərəzli, qanunsuz və heç bir fakta söykənməyən, öz mülahizələrinə görə 10.06.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh haqqında qərarla 600 (altı yüz) manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Göstərilən əsaslara görə, X3 Bakı Regional Bölməsinin onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında 10 iyun 2021-ci il tarixli, MN ******* saylı qərarının qanunsuz olduğundan ləğv edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən şikyətçi X9 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, X3 Bakı Regional Bölməsinin onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında 10 iyun 2021-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası X3nin nümayəndəsi X5 izahatında bildirdi ki, X1 Xətalar Məcəlləsinin 211.3-cü maddəsinin tələblərini pozduğu üçün X3 Bakı Regional Bölməsi tərəfindən 10 iyun 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla cərimə edilmişdir. Belə ki, X3 Bakı Regional Bölməsi əməkdaşları tərəfindən baxış keçirilərkən X6 işlətdiyi obyektdə olan şəxslərin maskadan istifadə etməməsi müəyyən olunmuş və inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə maskadan istifadə edilməsi zərurəti olsa da, barəsində inzibati tənbeh qərarı qəbul edilmiş şəxs tərəfindən lazım olan nəzarət olmamış və onun işçiləri tərəfindən bu qaydaya əməl edilməmişdir. Həmçinin X3 Bakı Regional Bölməsi əməkdaşları tərəfindən fotoşəkillər çəkilmiş və protokol tərtib olunmuş, həmin protokolda X1 xəta törətdiyini etiraf etmişdir. Qeyd olunanları nəzərə alaraq, verilmiş şikayət təmin edilməməklə X3 Bakı Regional Bölməsinin 10 iyun 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qüvvədə qalmasını xahiş etmişdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyib hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 10 iyun 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X9 İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətdiyinə görə barəsində İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan 06 noyabr 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X9 İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyi görə üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati qaydada cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, X7 məxsus kafeyə X3 Bakı Regional Bölməsi əməkdaşları tərəfindən baxış keçirilərkən işçilərin tibbi maskalardan və əlcəklərdən istifadə etmədiyi müəyyən olunmuş və fotoşəkillər çəkilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsinə əsasən bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X9 İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar inzibati xəta törətdiyinə görə İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə təqsirli bilinmiş və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək inzibati cərimə edilmişdir. Məhkəmə hesab edir ki, X9 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından və şikayətin məzmununda qeyd olunan inzibati tənbeh vermə haqqında qərarın əsassız olaraq tərtib edilməsi ilə bağlı sübutlar təqdim edilmədiyindən şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqqında iş üzrə qəbul edilmiş 10 iyun 2021-ci il tarixli, MN ******* saylı qərar qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X6 X3 Bakı Regional Bölməsinin 10 iyun 2021-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-1927/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1927/2021
18.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver