Məhkəmə qərarları › İş №3(006)-194/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-194/2021

19.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-194/2021 19.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayətçi X2 iştirakı ilə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun barəsində AR İXM-nin 211.1-ci maddəsi ilə bağlı xx.xx.2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokolun əsasında xx.xx.2020-ci il tarixli MN ******* saylı qərar qəbul edilmişdir. Cəriməni əsassız və qanunsuz hesab edir. Belə ki, “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında 2020-ci il 6 noyabr tarixli 443 nömrəli və “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 19 noyabr tarixli 450 nömrəli Qərarlar ilə edilmiş dəyişikliklər nəzərə alınmaqla “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarının 1 nömrəli və 2 nömrəli Əlavələrinə uyğun olaraq, rabitə və telekommunikasiya sahəsi fəaliyyətinə icazə verilən sahə idi. Buna görə də, polis orqanları xx xxxxxx 2020-ci il tarixində Azercell Eksklüziv ofisində çalışan və əhalinin rabitə ehtiyaclarının ödənilməsi üçün mühüm əhəmiyyətə malik olan telekomunikasiya xidmətlərini təqdim edən şəxsləri cərimələyə bilməzdi. Qüvvədə olan qanunvericiliyin yuxarıda istinad edilmiş müddəalarına və şərh edilənlərə əsaslanaraq. Belə ki, onun barəsində aparılmış inzibati xəta haqqında iş iizrə icraat materialları tələb edərək xx xxxxxx 2020-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi A.İ.Ələsgərova şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilmiş Nəsimi RPİ-nin 19-cu PŞ-yə lazımi qaydada məlumat verilsə də (xx xxxx 2021-ci il tarixli reyestr ilə), Nəsimi RPİ-nin 19-cu PŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri haqqında məhkəməyə məlumat verməmiş və ondan məhkəmə baxışının təxirə salınmasına dair vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Nəsimi RPİ-nin 19-cu PŞnin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, A.İ.Ələsgərova xx xxxxxx 2020-ci il tarixdə “xxxx” MMC-nin ofisində vətəndaşlara xidmət göstərmiş, karantin rejimi qaydalarını pozmuş və nəticədə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə barəsində protokol tərtib edilmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, A.İ.Ələsgərova Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 400 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş “xxxx” MMC-nin pərakəndə satış departamentinin rəhbəri tərəfindən verilmiş arayışdan görünür ki, Azərbaycan Respublikasında 2020-ci ilin dekabr 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 dekabr tarixli, 488 nömrəli Qərarı ilə Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyətinə icazə verilmiş telekommunasiya və rabitə xidmətləri sahəsində fəaliyyət göstərən “xxxx“MMC (VÖEN: **********) ilə bağlanmış müqavilə əsasında rəsmi dileri olan X1, AZE N 14948658 tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr, Cavadxan küçəsi, 3005-ci məhəllə ərazisində dilerə, o cümlədən “xxxx” MMC-nə aid təsərrüfat obyektlərində əhalinin rabitə ehtiyaclarının ödənilməsi üçün mühüm əhəmiyyətə malik olan telekommunikasiya xidmətlərinin təqdim edilməsi həyata keçirilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, A.İ.Ələsgərova xx xxxxxx 2020ci il tarixdə “xxxx” MMC-nin ofisində vətəndaşlara xidmət göstərdiyinə görə Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşı tərəfindən barəsində həmin tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında eyni tarixdə MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və o, Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 400 manat məbləğində inzibati cərimə edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, A.İ.Ələsgərova barəsində protokol tərtib edilərkən karantin dövründə onun işlədiyi MMC-nin rəsmi şəkildə fəaliyyət göstərməsinə Nazirlər Kabinetinin qərarı ilə icazə verilməsi nəzərə alınmamışdır. Bununla da A.İ.Ələsgərovanın barəsində xx xxxxxx 2020-ci il tarixdə, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında əsassız olaraq həmin tarixdə tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, sübut etmə vəzifəsi qərarından şikayət verilmiş orqanın üzərinə düşür, lakin həmin orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gələ bilməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də iş üzrə sübutlar təqdim etməmişdir. Yuxarıda göstərilən səbəblərdən də, qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi A.İ.Ələsgərovanın əməlində inzibati xəta hadisəsi olmadığından şikayəti təmin edilməli, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin olunsun. Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar