Məhkəmə qərarları › İş №3(006)-1941/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1941/2022

28.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1941/2022 28.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Barəsində icraat aparılan hüquqi “KMG Drilling and Services Məhdud şəxs: Məsuliyyətli Tərəfdaşlığı”nın Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi Nümayəndə iştirakları ilə “KMG Drilling and Services Məhdud Məsuliyyətli Tərəfdaşlığı”nın Azərbaycan Respublikasındakı Filialı (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi, ev 86, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “KMG Drilling and Services Məhdud Məsuliyyətli Tərəfdaşlığı”nın Azərbaycan Respublikasındakı Filialı 224.753,73 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddətin keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan 164.753,73 ABŞ dolları dəyərində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmədə barəsində icraat aparılan hüquqi şəxs “KMG Drilling and Services Məhdud Məsuliyyətli Tərəfdaşlığı”nın Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, filial ABŞ-da fəaliyyət göstərən “Chelo Energy Services LLC” şirkəti ilə müqavilə bağlamış, həmin müqavilədən irəli gələrək köçürmə yolu ilə ödəniş aparmış, lakin “Chelo Energy Services LLC” şirkəti tərəfindən müqavilə öhdəlikləri icra olunmamışdır. Həmin mübahisənin Bakı Kommersiya Məhkəməsində həll olunması məqsədi ilə iddia ərizəsi ilə müraciət olunmuş, lakin “Chelo Energy Services LLC” şirkətinin Azərbaycan Respublikasında filial və nümayəndəliyinin olmaması səbəbindən iddia ərizəsi məhkəmənin icraatına qəbul olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2019-cu il tarixli qərarında göstərilir ki, məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Belə ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Hesab edir ki, valyuta sərvətlərinin xarici hüquqi şəxs tərəfindən mənimsənilərək geri qaytarılmaması “KMG Drilling and Services Məhdud Məsuliyyətli Tərəfdaşlığı”nın Azərbaycan Respublikasındakı Filialının təqsirli olması qənaətinə gəlməyə əsas vermir. Bununla yanaşı qeyd etməyi zəruru hesab edir ki, Qazaxıstan Respublikasında qeydiyyatda olmaqla fəaliyyət göstərən “KMG Drilling and Services Məhdud Məsuliyyətli Tərəfdaşlığı” eyni əmələ görə bir dəfə Qazaxıstan Respublikasında inzibati məsuliyyətə cəlb olunub. Bu Qazaxıstan Respublikasının Nur-Sultan şəhərinin inzibati xətalara dair işlər üzrə rayonlararası ixtisaslaşmış məhkəmənin 18 fevral 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından, Qazaxıstan Respublikasının Nur-Sultan şəhərinin inzibati xətalara dair işlər üzrə rayonlararası ixtisaslaşmış məhkəmənin 18 mart 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından və Nur-Sultan şəhər məhkəməsinin 31 mart 2022-ci il tarixli apellyasiya şikayətinə baxılması haqqında qərardan görünür ki, “Chelo Energy Services LLC” şirkətinə Azərbaycan filialı vasitəsilə valyutanın köçürülməsi səbəbindən “KMG Drilling and Services Məhdud Məsuliyyətli Tərəfdaşlığı” inzibati qaydada tənbeh olunmuşdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş quruma bildiriş göndərilsə də, qurumun nümayəndəsi məhkəmədə iştirak etməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: “ "xxxx" ASC tərəfindən Mərkəzi Banka göndərilmiş xx.xx.2022-ci il tarixli məktubda “KMG Drilling and Services Məhdud Məsuliyyətli Tərəfdaşlığı”nın Azərbaycan Respublikasındakı Filialının ödənişin aparıldığı gündən 2 (iki) il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin təqdim edilməməsi göstərilmişdir. Həmin məlumatda “KMG Drilling and Services Məhdud Məsuliyyətli Tərəfdaşlığı”nın Azərbaycan Respublikasındakı Filialı tərəfindən xx.xx.2020-ci il tarixdə 224.753,73 ABŞ dolları məbləğində pul göndərildiyi, lakin bu vəsaitdən 164.753,73 ABŞ dolları bəyan edilmədiyi qeyd olunmuşdur; “ Köçürmə sənədinə əsasən “KMG Drilling and Services Məhdud Məsuliyyətli Tərəfdaşlığı”nın Azərbaycan Respublikasındakı Filialı tərəfindən ABŞ-da yerləşən “Chelo Energy Services LLC” şirkətinin hesabına “KMG Drilling and Services Məhdud Məsuliyyətli Tərəfdaşlığı”nın xx.xx.2020-ci il tarixli, 07-093 saylı tapşırığı üzrə xx.xx.2020-ci il tarixli, 200414-01-A saylı proforma-invoysla bağlı 224.753,73 ABŞ dolları məbləğində pul göndərilmişdir. Beləliklə müəyyən edilir ki, “KMG Drilling and Services Məhdud Məsuliyyətli Tərəfdaşlığı”nın Azərbaycan Respublikasındakı Filialı 224.753,73 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti xx.xx.2020-ci il tarixdə bank vasitəsilə Azərbaycan Respublikasından kənara köçürmüş və bunun müqabilində həmin vəsait hesabına alınan 164.753,73 ABŞ dolları dəyərində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. “KMG Drilling and Services Məhdud Məsuliyyətli Tərəfdaşlığı”nın Azərbaycan Respublikasındakı Filialının nümayəndəsinin şirkətin müdafiə üçün gətirdiyi dəlillərlə bağlı məhkəmə qeyd edir ki, köçürülmüş vəsaitin qalıq hissəsinin “Chelo Energy Services LLC” şirkəti tərəfindən mənimsənilməsinə və bununla da filialın iradəsindən asılı olmayan səbəblərdən pulun geri qaytarılmaması və ya malın göndərilməməsinə dair tutarlı və təkzibedilməz sübutlar təqdim olunmamışdır. Azərbaycan Respublikası Mərkəzi X2 xx.xx.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 2 (iki) il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, “KMG Drilling and Services Məhdud Məsuliyyətli Tərəfdaşlığı”nın Azərbaycan Respublikasındakı Filialı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında “KMG Drilling and Services Məhdud Məsuliyyətli Tərəfdaşlığı”nın Azərbaycan Respublikasındakı Filialının məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə “KMG Drilling and Services Məhdud Məsuliyyətli Tərəfdaşlığı”nın Azərbaycan Respublikasındakı Filialının törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati xətanın obyekti olmuş valyuta vəsaitinin dəyəri həcmində cərimə tənbeh növü tətbiq olunmalı və qurum tərəfindən həmin cərimə ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: “KMG Drilling and Services Məhdud Məsuliyyətli Tərəfdaşlığı”nın Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş 164.753,73 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 faizi – 32.950 (otuz iki min doqquz yüz əlli) ABŞ dolları 74 (yetmiş dörd) sent məbləğində cərimə edilsin və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar