Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1951/2020 11.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati qaydada icraat aparılan “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Nəsimi rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Əhmədov Rövşən Arif oğlunun iştirakları ilə, “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti barəsində Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Rövşən Əhmədov tərəfindən borclu “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı protokol tərtib edilərək baxılması üçün Nəsimi Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 verdiyi izahatında göstərmişdir ki, Salyan rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(057)-900/2020 saylı icra vərəqəsinə əsasən Salyan rayonu, Çuxanlı kəndində yerləşən Dadaşov vahid Əli oğluna məxsus fərdi yaşayış evinə cavabdeh “xxxxxxxx” ASC tərəfindən elektrik enerjisinin verilişinin bərpa edilməsi qət edilmişdir. Hazırda qeyd edilən icra sənədi “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən icra edilmişdir. Belə ki, Respublikada olan pandemiya ilə əlaqədar olaraq, icra sənədinin tam olaraq icra edilməsi mümkün olmamış, lakin görülmüş tədbirlər nəticəsində Salyan rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(057)-900/2020 saylı icra sənədi hazırda tam olaraq icra olunmuşdur. Qeyd olunanları nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan Nəsimi rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Rövşən Əhmədov verdiyi izahatında göstərmişdir ki, Salyan rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(057)-900/2020 saylı icra vərəqəsinə əsasən Salyan rayonu, Çuxanlı kəndində yerləşən Dadaşov vahid Əli oğluna məxsus fərdi yaşayış evinə cavabdeh “xxxxxxxx” ASC tərəfindən elektrik enerjisinin verilişinin bərpa edilməsi qət edilmişdir. “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə xx xxxx 2020-ci il tarixdə Salyan rayon məhkəməsinin 2(057)-900/2020 saylı icra vərəqəsi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş, həmçinin xx xxxxxx 2020-ci il tarixdə “xxxxxxxx” ASC-yə inzibati məsuliyyət haqqında bildiriş və xəbərdarlıq göndərilmişdir. “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı protokol tərtib edilərək baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilsə də, hal-hazırda Salyan rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(057)-900/2020 saylı icra vərəqəsi tam olaraq cavabdeh tərəfindən icra edilmişdir. Məhkəmə, prosesiştirakçılarnınfikrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında protokol üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. İş materiallarında olan Salyan rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(057)- 900/2020 saylı icra vərəqəsinə əsasən Salyan rayonu, Çuxanlı kəndində yerləşən Dadaşov vahid Əli oğluna məxsus fərdi yaşayış evinə cavabdeh “xxxxxxxx” ASC tərəfindən elektrik enerjisinin verilişinin bərpa edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin Hüquq İdarəsinin rəis müavini Arif Ləzimzadə tərəfindən həmin ASC-nin X2 direktor müavini V.Nəbibəyliyə ünvanlanmış xx xxxx 2020-ci il tarixli təqdimatdan görünür ki,Salyan rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(057)-900/2020 saylı icra vərəqəsinə əsasən Salyan rayonu, Çuxanlı kəndində yerləşən Dadaşov vahid Əli oğluna məxsus fərdi yaşayış evinə cavabdeh “xxxxxxxx” ASC tərəfindən elektrik enerjisinin verilişinin bərpa edilməsi qət edilmiş və bu qətnamənin icra edilməsi üçün göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə xx xxxx 2020-ci il tarixdə Salyan rayon məhkəməsinin 2(057)-900/2020 saylı icra vərəqəsi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş, həmçinin xx xxxxxx 2020-ci il tarixdə “xxxxxxxx” ASC-yə inzibati məsuliyyət haqqında bildiriş və xəbərdarlıq göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2 və 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53-cüvə53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq halda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata müvafiq maddələrə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-1951/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1951/2020
11.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver