Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1955/2022 23.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X8 Qərarı qəbul etmiş qurum: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X15, İnkişafı və Bərpası üzrə Dövlət Agentliyinin nümayəndəsi X2 Şikayət vermiş şəxs: X7 müdafiəçisi vəkil X5 iştirakları ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X15, İnkişafı və Bərpası üzrə Dövlət Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X14 tərəfindən qeyd olunan qərardan verilmiş şikayətdə göstərilmişdir ki, 12 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X15, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsi tərəfindən onun icarəyə götürdüyü ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsində əsaslı təmir işlərinin aparılması və binanın fasadında məişət cihazının quraşdırılmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 231.2-ci maddəsinə əsasən MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və o, 1.500 manat məbləğində cərimə edilmişdir. Halbuki, həmin məişət cihazını o, quraşdırmamış və cihaz artıq oradan götürülüb. Yəni, onun tərəfindən hər-hansı bir inzibati xəta törədilməmişdir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X15, İnkişafı və Bərpası üzrə Dövlət Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və icraata xitam edilməsi xahiş olunur. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş şəxsin müdafiəçisi X9 şikayətdə göstərilənlərdən əlavə bildirdi ki, X14 ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsini xx.xx.2021-ci il tarixdə X3 icarəyə götürmüş, bununla bağlı notariat qaydasında müqavilə bağlanılmışdır. Həmin müqavilə bağlanılarkən obyektin mülkiyyətçisi tərəfindən bu binanın tarix və mədəniyyət abidələrinə aid olunması bildirilməmiş, eyni zamanda müqavilədə obyektdə təmir-tikinti işlərinin aparılmasının yalnız İcarəyə verənin razılığı ilə həyata keçirilməsinin mümkünlüyü göstərilmişdir. X14 da qeyd olunan obyektdə təmir-tikinti işlərini onun mülkiyyətçisindən razılıq aldıqdan sonra aparmış və başqa hansısa orqandan razılıq tələb olunduğunu bilməmişdir. Buna görə də X7 bu işdə heç bir təqsiri yoxdur. Çünki binanın tarix və mədəniyyət abidələrinə aid olmasını bildiyi halda, obyektin mülkiyyətçisi qanunvericilyin tələbinə uyğun tədbirlər görməli idi. Şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X15, İnkişafı və Bərpası üzrə Dövlət Agentliyi nümayəndəsi X4 izahatında bildirdi ki, ünvan 1 bina Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli, 132 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”na aiddir. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır. Həmin Qanunun 11-ci maddəsinə görə mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və ya hüquqi şəxslər abidələrin qorunması, tədqiqi və onlardan istifadə edilməsi qaydalarına ciddi əməl etməlidirlər. Mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və hüquqi şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) həmin abidələrin qorunmasına dair mühafizə müqaviləsi bağlamalıdırlar və həmin abidələrin salamatlığına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Bundan əlavə, bu Qanunun 25-ci maddəsinə uyğun olaraq dövlət və bələdiyyə mülkiyyətində olan abidələrdə aparılan inşaat-möhkəmləndirmə və abadlıq işləri onların konservasiyası, təmiri, bərpası, rekonstruksiyası və regenerasiyası haqqında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında dövlət və yerli büdcələrin vəsaitləri hesabına aparılır. Xüsusi mülkiyyətdə olan abidələrlə əlaqədar həmin işlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə mülkiyyətçinin vəsaiti hesabına aparılır. Lakin qanunvericiliyin qeyd olunan tələblərinə baxmayaraq ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsində onun icarədarı tərəfindən Dövlət Agentliyi ilə razılaşdırılmadan təmir-quraşdırma işləri aparılmışdır. Bununla bağlı müvafiq protokol tərtib edilmiş, həm obyektin mülkiyyətçisi X6, həm də icarədarı X1 Xətalar Məcəlləsinin 231.2-ci maddəsi üzrə məsuliyyətə cəlb edilmişlər. Şikayətin rədd olunmasını xahiş edir. İş materiallarında olan: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X15, İnkişafı və Bərpası üzrə Dövlət Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X14 ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsində əsaslı təmir işləri apardığı üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 231.2-cü maddəsi üzrə təqsirli bilinərək 1.500 manat məbləğində cərimə edilmişdir; 38 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2021-ci il tarixli İcarə müqaviləsinə əsasən X6 öz mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 182 kv.m. olan qeyri-yaşayış sahəsini xx.xx.2024-cü il tarixədək X10 icarəyə verir. Müqavilənin 8-ci bəndinə görə “İcarəçi” “İcarəyə verən”in razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməlidir. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununa görə: Abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır (10-cu maddə); Mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və ya hüquqi şəxslər abidələrin qorunması, tədqiqi və onlardan istifadə edilməsi qaydalarına ciddi əməl etməlidirlər. Mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və hüquqi şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) həmin abidələrin qorunmasına dair mühafizə müqaviləsi bağlamalıdırlar və həmin abidələrin salamatlığına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar (11-ci maddə); Dövlət və bələdiyyə mülkiyyətində olan abidələrdə aparılan inşaatmöhkəmləndirmə və abadlıq işləri onların konservasiyası, təmiri, bərpası, rekonstruksiyası və regenerasiyası haqqında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında dövlət və yerli büdcələrin vəsaitləri hesabına aparılır. Xüsusi mülkiyyətdə olan abidələrlə əlaqədar həmin işlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə mülkiyyətçinin vəsaiti hesabına aparılır (25-ci maddənin birinci hissəsi). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli, 132 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”na əsasən 1899-cu ildə inşa edilmiş ünvan 1 ünvanda yerləşən yaşayış binası memarlıq abidələrinə aiddir. Məhkəmədə müəyyən edilir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X15, İnkişafı və Bərpası üzrə Dövlət Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2022ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X14 ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsində əsaslı təmir işləri apardığı üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 231.2-cü maddəsi üzrə təqsirli bilinərək 1.500 manat məbləğində cərimə edilmişdir. Bununla belə o da aydın olur ki, Dövlət Agentliyi tərəfindən aparılan inzibati xəta haqqında iş üzrə icraat qanunvericiliyin tələbləri pozulmaqla həyata keçirilmiş, iş üzrə bütün faktiki halları tam və hərtərəfli qaydada öyrənmək üçün lazımi təbdirlər görülməmiş, o cümlədən X7 öz müdafiəsi üçün gətirdiyi dəlillərə qiymət verilməmiş, onun icarəyə götürdüyü ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin tarix və mədəniyyət abidələrinə aid olmasına dair məlumatlı olub-olmamasını dəqiqləşdirilməmişdir. Eyni zamanda bu obyektdə təmir-tikinti işlərinin aparılmasına mülkiyyətçinin razılıq verdiyi üçün onun barəsində inzibati tənbeh tətbiq edildiyi halda, hansı əsas və səbəbə görə X7 inzibati məsuliyyət daşıması əsaslandırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir (5.2-ci maddə); İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir (6.2-ci maddə); İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (48-ci maddəsi); İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə); İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X15, İnkişafı və Bərpası üzrə Dövlət Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X15, İnkişafı və Bərpası üzrə Dövlət Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1955/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1955/2022
23.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver