Məhkəmə qərarları › İş №3(006)-1958/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-1958/2022

06.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-1958/2022 06.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Nəsimi rayon İcra şöbəsinin icra məmuru X11, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1970-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 06 iyun 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 21 may 2020-ci il tarixli, 2(006)-2782/2020 saylı icra vərəqəsinə əsasən Şəxs 1850 manat məbləğində vergi borcunun və 30 manat dövlət rüsumunun tutularaq dövlət nəfinə ödənilməsi, Nəsimi rayon Məhkəməsinin 2(006)-2728/2008 saylı, xx.xx.2008-ci il tarixli icra sənədinə əsasən ümumilikdə X3 ümumilikdə 4355 manat pulun tutularaq "xxxx" ASC-yə ödənilməsi, Nəsimi rayon Məhkəməsinin 2(006)-1803/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən X3 ümumilikdə 1812 manat məbləğində borcun tutularaq X7 və X1 ödənilməsi, Nəsimi rayon Məhkəməsinin 2(006)-1474/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən X3 ümumilikdə 1930 manat məbləğində borcun tutularaq X2 ödənilməsi, Binəqədi rayon Məhkəməsinin 2(001)-94/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən X3 ümumilikdə 5600 manat məbləğində borcun tutularaq X5 ödənilməsi, Nəsimi rayon Məhkəməsinin 2(006)-2064/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən X3 ümumilikdə 1994,72 manat məbləğində borcun tutularaq X2 ödənilməsi, Nəsimi rayon Məhkəməsinin 2(006)-3850/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən X3 ümumilikdə 1413 manat məbləğində borcun tutularaq X12 ödənilməsi, Nəsimi rayon Məhkəməsinin 2(006)-801/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən X3 ümumilikdə 3398 manat məbləğində borcun tutularaq "xxxx" MMC-yə ödənilməsi, Nəsimi rayon Məhkəməsinin 2(006)-3762/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədinə əsasən X3 ümumilikdə 500 manat məbləğində borcun tutularaq "xxxx" MMC-yə ödənilməsi, Nəsimi rayon Məhkəməsinin 2(006)-3160/2010 saylı, xx.xx.2010-cu il tarixli icra sənədinə əsasən X3 ümumilikdə 3559,34 manat məbləğində borcun tutularaq "xxxx" ASC-yə ödənilməsi, Nəsimi rayon Məhkəməsinin 2(006)-621/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən X3 ümumilikdə 1823 manat məbləğində borcun tutularaq X13 ödənilməsi, Nəsimi rayon Məhkəməsinin 2(006)-6626/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən X3 ümumilikdə 615 manat məbləğində borcun tutularaq "xxxx" MMC-yə ödənilməsi, Nəsimi rayon Məhkəməsinin 2(006)-3336/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən X3 ümumilikdə 1930 manat məbləğində borc tutularaq X15 ödənilməsi, Nəsimi rayon Məhkəməsinin 2(006)-3000/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən X3 ümumilikdə 900 manat məbləğində borcun tutularaq X8 ödənilməsi, Nəsimi rayon Məhkəməsinin 2(006)-935/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədinə əsasən X3 ümumilikdə 1713 manat məbləğində borcun tutularaq X4 ödənilməsi və Nəsimi rayon Məhkəməsinin 2(006)-8736/2017 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən X3 ümumilikdə 1180 manat məbləğində borc tutularaq X6 ödənilməsi göstərilmişdir. Lakin Şəxs icra sənədlərini üzrsüz səbəbdən icra etmir və bununla bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Nəsimi rayon İcra şöbəsinin icra məmuru X18 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin və Bakı şəhəri Binəqədi rayon məhkəməsinin qətnamələrinə əsasən X3 müvafiq pul məbləğlərinin tutularaq tələbkarlara ödənilməsi göstərilmişdir. İcra sənədi üzrə “icraata başlamaq haqqında” qərarlar qəbul edilmiş və borcluya tələbin könüllü icrası üçün müəyyən olunmuş müddət ərzində icranı həyata keçirməsi ilə bağlı bildirişlər və xəbərdarlıqlar göndərilmişdir. Buna baxmayaraq, borclu icra sənədlərini icra etməmişdir. İcra sənədlərini bugünədək icra etməməsi borclu Şəxs icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmasına əsas verir. Göstərilənlərə əsasən, borclu Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin və Bakı şəhəri Binəqədi rayon məhkəməsinin qətnamələrinə əsasən ondan müəyyən məblğdə pul vəsaitlərinin alınaraq tələbkarlara ödənilməsi göstərilmişdir. Lakin, həmin qətnamələrin əksəriyyətindən onun xəbəri olmamış və bəzi qətnamələrdə o zamin olaraq əsas borclu hesab edilməli olan şəxslərin əvəzinə üzərinə öhdəlik qoyulmuşdur. Qeyd olunanları nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini və ya iş üzrə protokolun geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş materialları nəzərdən keçirərək və proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol Nəsimi rayon İcra şöbəsinə qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, icra sənədi icra şöbəsinin icraatına daxil olduqdan sonra borclunun gəlirləri və əmlak vəziyyəti barədə heç bir araşdırma aparılmamışdır. Yəni, icra məmuru tərəfindən borclunun mülkiyyətində hər hansı daşınar və ya daşınmaz əmlakının, banklarda hesablarının olub-olmaması, sığortaolunan və ya əmək pensiyaçısı kimi qeydiyyata alınıb-alınmaması barədə aidiyyatı təşkilatlara sorğular verilməmiş, sonuncunun əmlak və gəlirlərinin müəyyən edilməsi istiqamətində heç bir icra tədbiri həyata keçirilməmiş, qeyd edilən araşdırmalar aparılmadığından icra məmuru tələbin borclu Şəxs əmək haqqısına yönəldilməsi ilə bağlı heç bir icra hərəkəti etməmişdir. Göstərilənlərə əsasən hazırki halda iş üzrə toplanmış materiallara əsasən icra sənədi üzrə tələbin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən qərəzli və ya üzürsüz səbəbdən icra edilməməsini məhkəmə iclasında müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, həmin materiallar əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin icra sənədinin icrasından yayınmasının qərəzli olub-olmamasını müəyyən etmək mümkün olmadığından, mövcud natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və toplanmış material Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qaytarılsın. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar