Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1960/2020 17.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Rövşən Əhmədovun, Zərər çəkmiş şəxs X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1976-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1711/2012 saylı xx xxx 2012-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 400.000 (dörd yüz min) manat məbləğində pul vəsaiti və 20 manat məbləğində dövlət rüsumu tutularaq X1 xeyrinə ödənilməlidir. Bundan sonra borclu şöbəyə dəvət edilib izahatı alınmışdır. O ödənişi ödəməyə imkanının olmadığını və hal hazırda maddi imkanının yaxşı olmamasını bildirmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Rövşən Əhmədov izahat verərək bildirdi ki, borclu tərəfindən ödənişlər edilsə də, o, qətnaməni tam icra etməmişdir. Borclu izahatında göstərmişdir ki, pandemiya ilə əlaqədar pul qazana bilmədiyinə görə borcunu tam ödəyə bilmir. İcra məmuru Rövşən Əhmədov tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək borclu Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, o, qazancını xarici ölkəyə gedərək oradan telefon aksesuarları gətirməklə təmin edir. Hal-hazırda pandemiya ilə əlaqədar başqa ölkə ərazisinə gedə bilmədiyinə görə və mağazalar da bağlı olduğuna görə maddi imkanı zəifdir. Ümumilikdə tələbkara 45.000 manatdan çox ödəniş etmişdir. Maddi imkanının zəif olduğuna görə ödəniş edə bilməməsini dəfələrlə icra məmurunun nəzərinə çatdırmış, nəzərə alınmasını xahiş etmişdir. Hal-hazırda işləmədiyi üçün maddi vəziyyəti ilə bağlı olaraq borcu tam həcmdə ödəyə bilmir. Göstərilən halların nəzərə alınmasını və iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs X4 öz izahatında bildirmişdir ki, borclu qərəzli olaraq icra sənədinin icrasından yayınır. Belə ki, onun kifayət qədər imkanı olmuşdur ki, borcu ödəsin. Borclu 9 ildir ki məhkəmə qətnaməsinin icrasından yayınır. Dəfələrlə o, borclunun qətnaməni icra etməsinə möhlət vermiş, lakin borclu hər dəfə bir bəhanə gətirərək qətnaməni tam icra etməmişdir. Göstərdiklərini nəzərə alaraq, məhkəmədən borclu barəsində daha ciddi tədbirlər görülməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1711/2012 saylı xx xxx 2012-ci il tarixli icra sənədindən görünür ki, borclu Şəxs 400.000 (dörd yüz min) manat məbləğində pul vəsaiti və 20 manat məbləğində dövlət rüsumu tutularaq X1 xeyrinə ödənilməlidir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məvəlləsinin 528.1-ci maddəsinində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli izahatdan görünür ki, borclu Şəxs şöbəyə dəvət edilərək izahatı alınmış, o öz izahatında imkanı olmadığından ödəniş edə bilmədiyini bildirmişdir. Borclu icra sənədinin icrasından və icra məmurunun qanuni tələblərinin yerinə yetirməkdən yayınmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin Şəxs ünvanladığı xx xxxxxxx 2012-ci il tarixli 4818/4 saylı tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün ona xəbərdarlıq edilmişdir. İş materiallarında olan çoxsaylı sənədlərdən görünür ki, borclu icra vərəqəsinin icrasından qərəzli olaraq yayındığından, müxtəlif icra tədbirləri həyata keçirilmiş, borcluya borcun ödənilməsi üçün vaxt verilməsinə baxmayaraq, bunun müsbət nəticəsi olmamış və icra məmurunun təqdimatları əsasında müxtəlif səpkili qərardadlar qəbul edilmiş, borclu barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq, inzibati qaydada tənbeh edilmişdir. İş materiallarında olan, tələbkarın Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinə və digər instansiyalara ünvanlanmış ərizələrindən görünür ki, tələbkar borclu barəsində ciddi tədbirlər görülməsini və borcun ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Təqdim edilmiş materiallar məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1711/2012 saylı xx xxx 2012-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 400.000 (dörd yüz min) manat məbləğində pul vəsaiti və 20 manat məbləğində dövlət rüsumu tutularaq X1 xeyrinə ödənilməlidir. Qeyd edilən icra sənədinin icrası ilə əlaqədar Nəsimi rayon İcra şöbəsi tərəfindən borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş göndərilməsinə, icra şöbəsinə dəvət edilməsinə, izahatı alınmasına baxmayaraq, o, icra sənədi üzrə ödəniş etməmişdir. Məhkəmə hesab edir ki, borclu Şəxs yuxarıda qeyd edilən hərəkətləri məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33cü maddələri ilə nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətində inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 15:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə və Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün muddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-1960/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1960/2020
17.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver