Məhkəmə qərarları › İş №3(006)-1962/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1962/2024

03.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1962/2024 03.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, X1, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, X3 Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən qəbul edilmiş EQ 21285108 nömrəli elektron protokol əsasında inzibati tənbeh tədbirinin tədbirinin tətbiq edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, “Bank VTB (Azərbaycan)” ASC-də sürücü işləyir. “Bank VTB (Azərbaycan)” ASC-yə məxsus “Mercedes Benz S450” markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobil 0278 nömrəli yol vərəqinə (etibarnaməyə) əsasən idarə etmək üçün ona təhkim edilmişdir. Buna uyğun olaraq da xx.xx.2024-cü il tarixdə həmin avtomobili “Bank VTB (Azərbaycan)” ASC-nin hüquqi ünvanın olduğu Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospskti 172a ünvanının qarşısında (Baş Ofis) saxlamışdır. Təqribən 14:50 radələrində Yol Patrul Xidmətinin (305 nömrəli avtomobil) əməkdaşı yaxınlaşaraq avtomobili saxladığı yerdə dayanma-durmanın qadağan olduğunu bildirərək EQ 21285108 nömrəli elektron protokol tərtib etmiş və müvafiq qərarı elektron kabinetə yerləşdirmişdir. Həmin xx.xx.2024-cü il tarixli qərarla razı deyil və ləğv edilməsini xahiş edir. Belə ki, əlavə edilmiş şəkillərdən də göründüyü kimi “Mercedes Benz S450” markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobili "Bank VTB (Azərbaycan)” ASC-nin Baş Ofisinin qarşısından keçən yolda (məhlə yolu) səkinin kənarında digər hərəkət iştirakçılarına maneə yaratmayan yerdə saxlamışdır. Yolun həmin hissəsi yolun digər hissələrinə nisbət daha geniş və avtomobil saxlamaq üçün əlverişlidir. Bu da təsadüfi deyil. Çünki sözügedən Bank xidmət sektoruna aid olduğundan gün ərzində yüzlərlə insan ora yaxınlaşır. Həmin yer də Banka gələn insanların avtomobillərinin dayanmaları üçün nəzərdə tutulmuşdur. O da bankın əməkdaşı olaraq avtomobili orada dayandırmışdır. Sözügedən yolda avtomobillərin dayanma və durmasını qadağan edən nə 3.27 və 3.28 yol nişanları nə də 1.10 və 1.4 xətti vardır. Həmin nişanların quraşdırıldığı və xətlərin çəkildiyi ərazilərdə dayanmaq və durmaq qadağan edilir. Lakin həmin yolda nişan quraşdırılmamış və xətt çəkilməmişdir. Odur ki, tərtib edilmiş protokol və protokolun əsasında çıxarılmış qərar əsassız və qanunsuzdur. Məhkəmə iclasında iştirak edən şikayətçi X5 yuxarıda göstərilən məzmunda izahat verərək Azərbaycan Respublikası DİN-nin Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 21285108 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi X4 göstərdi ki, X5 idarə etdiyi “Mercedes Benz S450” markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobili piyadalar üçün nəzərdə tutulmuş səkidə saxladığı üçün barəsində protokol tərtib edilmiş və həmin protokol əsasında xx.xx.2024-cü il tarixli qərar qəbul edilərək İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilmişdir. Heç bir əsas yoxdur ki, sürücü avtomobili piyada üçün nəzərdə tutulmuş səkidə saxlasın. Buna görə də barəsində qərar çıxarılmış fiziki şəxs X3 şikayətinin təmin edilməməsini, Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsinə əsasən X3 barəsində qəbul edimiş xx.xx.2024-cü il tarixli tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarında olan Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2024-cü il tarixdə saat 14:58-də Bakı şəhəri, Xətai prospekti 172a ünvnında idarə etdiyi “Mercedes Benz S450” markalı, **-PP-*** qeydiyyat nişanlı avtomobillə dayanma və ya durma qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, xx.xx.2024-cü il tarixdə X5 Bakı şəhəri, Xətai prospekti 172a ünvanında “Mercedes Benz S450” markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobili səkidə saxlamaqla dayanma qaydalarını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. 124.5-ci maddəsinə görə bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə bu Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir və nəqliyyat vasitəsi ən yaxın mühafizə edilən duracağa aparılır. Bu halda inzibati tənbeh vermə haqqında qərarda nəqliyyat vasitəsinin aparıldığı duracağın ünvanı göstərilir. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir; 124.6-cı maddəsinə görə Bu Məcəllənin 346.1, 346.2, 346-1.2, 346-1.3 və 346-1.4cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Beləliklə müəyyən edilir ki, X5 Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə idarə etdiyi Bakı şəhəri, Xətai prospekti 172a ünvanında “Mercedes Benz S450” markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobillə dayanma və ya durma qaydalarını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi üzrə 20 manat məbləğində cərimə edilmişdir. X5 həmin qərardan şikayətlə məhkəməyə müraciət edərək onun əsassız olduğunu iddia edərək qərarın qanuniliyini mübahisələndirmişdir. Lakin iş materiallarında olan fotogörüntülərdən də aydın olur ki, xx.xx.2024-cü il tarixdə X3 idarə etdiyi “Mercedes Benz S450” markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Xətai prospekti 172a ünvanında dayanma qaydalarını pozmuşdur. Xətanın törədilməsi faktını sübut edən bu dəlili inkar edə biləcək hər hansı sübut şikayət vermiş şəxs tərəfindən məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda X5 iş üzrə inzibati icraatın aparılması qaydasının qanuniliyini mübahisələndirsə də, İnzibati Xətalar Məcəlləsinin 124.5-ci maddəsinin tələbinə uyğun qaydada foto çəkiliş aparılmaqla onun tərəfindən xətanın törədilməsi faktı aşkar edilmiş və barəsində olan inzibati tənbeh vermə haqqında qərar müvafiq qaydada aidiyyəti informasiya sistemində yerləşdirilmişdir. Bununla da görünür ki, X5 Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X3 Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin və qeyd edilən qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar