Məhkəmə qərarları › İş №3(006)-1966/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1966/2024

13.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1966/2024 13.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, şikayətçi X1, inzibati tənbehvermə haqqında qərar qəbul etmiş Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, X1 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinin səlahiyyətli şəxsi tərəfindən qəbul edilən xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarının ləğv edilməsi barədə verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər DYPİ Yol patrul xidməti inspektoru X4 barəsində qəbul etdiyi xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, o, 10 may 2024-cü il tarixdə, saat 20 radələrində idarə etdiyi “Hyundai Sonata minik" markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Puşkin küçəsində hərəkətdə olarkən asfalt üzərində olan yol nişanları üzrə hərəkətini davam etdirdikdən sonra barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Lakin ona aydın olmadığından yenidən həmin hərəkət zolağına baxış keçirərkən asfalt üzərində hərəkət nişanlarını göstərən işarələr qeyd olunsa da, əvvəllər hərəkət zolağını göstərən yol nişanının silinməməsini aşkar etmişdir. Bunu sübut etmək məqsədilə həmin işarələrin fotoşəkilini çəkmiş və hal-hazırda ərizəsinə əlavə edir. Fotoşəkillərdən göründüyü kimi asfalt üzərində olan yol hərəkət nişanları hərəkət iştirakçılarını tam olaraq çaşdırıcı formada yerləşdirilmişdir. Bununla da, onun əməlində qəsd olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 124.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İXM-in 8.1-ci maddəsinə görə - barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin maddənin 2-ci bəndində - inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, 3-cü bəndində isə - inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir deyilir. İXM-in 105.1-ci maddəsinə əsasən həmin məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-in 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3.-cü maddəsini rəhbər tutaraq, Bakı şəhər DYPİ Yol patrul xidməti inspektoru, polis serjantı X4 barəsində qəbul etdiyi xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı şikayət vermiş X3 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Bakı şəhər BPİ X12 İdarəsinin nümayəndəsi X5 şikayətə etiraz edərək bildirmişdir ki, barəsində qərar çıxarılmış şəxs X1 inzibati xətanı törətməməsinə dair hər hansı sübut təqdim edilməmişdir. Fotoşəkilə baxıldıqda X1 “Giriş qadağandır” işarəsinin tələblərini pozması açıq şəkildə müəyyən olunur. Göründüyü kimi, şikayətin heç bir əsası yoxdur. Qərardan verilmiş şikayət əsassız olduğundan təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, şikayətçini və X9 nümayəndəsini dinləyərək belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhər DYPİ YPX inspektoru X6 tərəfindən qəbul edilən TP ******* saylı, 10 may 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixində, saat 20:11-də «Hyundai Sonata minik» markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X3 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 80 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.3-cü maddəsinin tələbinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinin tələbinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompyuter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompyuter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Qeyd olunan Məcəllənin 61.1-ci maddəsinin tələbinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan işin materialları ilə tanış olmaq; izahat vermək; sübutlar təqdim etmək; vəsatət və etirazlar vermək; işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən istifadə etmək hüquqları vardır. Məhkəmə hesab edir ki, səlahiyyətli şəxs tərəfindən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edilməmiş, kobud pozuntulara yol verilmiş və bu da X1 İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquqlarının pozulması deməkdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məhkəmə hesab edir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair qərar qəbul edilərkən qanunvericiliyin yuxarıda qeyd edilən tələbləri pozulduğuna görə X3 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, onun barəsində qəbul edilmiş TP ******* saylı xx.xx.2024-cü il tarixli qərar ləğv edilməli və X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair materiallar tam və hərtərəfli araşdırılması üçün Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələrinin tələblərinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması barədə Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinin səlahiyyətli şəxsi tərəfindən qəbul edilən xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərar ləğv edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair materiallar yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar