Məhkəmə qərarları › İş №3(006)-1973/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1973/2020

18.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1973/2020 18.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon Məhkəməsi, hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X5 qızının katibliyi ilə, barəsində X3 iş üzrə icraat aparılan şəxs Şəxs, X3 protokolu tərtib etmiş şəxs Nəsimi Rayon Dövlət X4 polis baş leytenantı X1 iştirakları ilə xx.xx.1960-cı ildə Goranboy rayonu, Xanqərvənd kəndində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı,Goranboy rayonu, Xanqərvənd kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 332.4-cü maddəsi ilə tərtib olunmuş X3 protokol üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Məhkəmənin icraatına xx.xx.2020-ci tarixdə Bakı şəhər Nəsimi rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində tərtib olunmuş X3 (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. xx.xx.2020-ci il tarixli ******* saylı AP protokolda göstərilir ki,Şəxs xx.xx.2019-cu il tarixdə saat 19:22 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində geriyə hərəkət edərkən arxasında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Hyundai” markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq hadisə yerindən qaçmışdır, hadisə zamanı xəsarət alan olmamışdır. Sürücü avtomaşını etibarnamə olmadan idarə etmiş, sürücülük vəsiqəsinin vaxtı bitmişdir. Bu səbəbdən də onun barəsində Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında X3 protokolu tərtib etmiş şəxs Nəsimi Rayon Dövlət X4 polis baş leytenantı X2 bildirdi ki, Şəxs xx.xx.2019-cu il tarixdə saat 19:22 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində geriyə hərəkət edərkən arxasında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Hyundai” markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq hadisə yerindən qaçmışdır. Bu səbəbdən də onun barəsində X3 protokol tərtib edilmiş və məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində X3 iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə özünü təqsirli bilərək bildirdi ki, o, xx.xx.2019-cu il tarixdə, saat 19:22 radələrində idarə etdiyi Mercedes Benz markalı **-XJ- *** nömrəli avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi ilə Puşkin küçəsi kəsişməsində tıxac vəziyyətdə dayandığı zaman cuzi geriyə hərəkət etmiş, arxadan dayanaqlı “Hyundai” markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Zərərçəkmiş şəxsin avtomobilini təmir etdirmək üçün öz mobil nömrəsini ona vermişdir. Lakin Zərərçəkmiş şəxs həyat yoldaşı ona zəng vuraraq avtomobili təmir etdirmək üçün 150 manat pul lazım olduğunu bildirmiş, o isə pul verə bilmədiyini, avtomobili öz ustasının yanında təmir etdirə biləcəyini demiş, sonuncunun həyat yoldaşı onunla razılaşmamışdır. Beləliklə, məhkəmə X3 protokolu tərtib etmiş şəxsi,barəsində X3 iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, işin faktiki hallarını nəzərdən keçirib belə hesab edir ki,Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclası zamanı tam sübuta yetirilir. X3 işin dayandırılması və işə xitam edilməsi üçün hallar məhkəmə iclası zamanı müəyyən edilmədi. Odur ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Eyni zamanda, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə onun ilk dəfə inzibati xəta törətməsini, İİ qrup əlil olması məsuliyyətini yüngülləşdirici hallar kimi nəzərə alıb, inzibati xətanın törətməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirib, barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh növünuntətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 25; 535.1, 40, 43, 88, 115-117, 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar