Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-1977/2021 30.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlu, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qusar rayon Polis Şöbəsinin 03.07.2020ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan verdiyi şikayətə baxaraq məhkəmə m ü ə y y ə n e t d i m: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Qusar rayon Polis Şöbəsinin 03.07.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini araşdıraraq hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qusar rayon Polis Şöbəsinin 03.07.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, həmin qərarla X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə edilmişdir. Məhkəməyə təqdim edilən şikayət ərizəsindən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qusar rayon Polis Şöbəsinin 03.07.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməsinə dair şikayət ərizəsi Ülviyyə Alışova tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qusar rayon Polis Şöbəsinin 03.07.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərarıından verdiyi şikayət ərizəsi imzalanmadığından və Azərbaycan Respublikası İXM-nin 128-ci maddəsinin tələblərinə uyğun olmadığından geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ M: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qusar rayon Polis Şöbəsinin 03.07.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərarının ləğv edilməsi barədə şikayət ərizəsi geri qaytarılsın. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-1977/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-1977/2021
30.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver