Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1982/2021 12.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MTK-nın nümayəndəsi və vəkili “Arbitrium” Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, Şəxs MTK-nın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MTK-nın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 17 iyul 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs MTK 37.500,00 ABŞ Dolları məbləğində vəsaiti 09.07.2019-cu il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 37.500,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Bununla da, Şəxs MTK Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MTK-nın nümayəndəsi V.N.Abdullayev bildirmişdir ki, 15.10.2019-cu il tarixli, **********9538 nömrəli gömrük bəyannaməsi hazırlanan zaman bəyannaməçi şirkət tərəfindən texniki səhvliyə yol verilmiş və bəyannamədə malın alqı-satqısına dair 29091901 nömrəli müqavilə qeyd edilsə də, 24061903 nömrəli, 29071901 nömrəli müqavilələr qeyd edilməmişdir. Bəyannamə hazırlanmamışdan öncə sözügedən müqavilələr şirkət tərəfindən gömrük portalına yerləşdirilərək, şirkətə 24061903 nömrəli müqavilə üzrə (pin kod 1********), 29071901 nömrəli müqavilə üzrə isə ********* nömrəli pin kodlar verilmişdir. Edilmiş texniki səhvliyə baxmayaraq, bəyannamədə valyuta və malların ümumi invoys dəyəri 86.660 ABŞ dolları qeyd edilmişdir. Gömrük bəyannaməsi hazırlanarkən texniki səhvliyə yol verilərək yuxarıda sadalanan müqavilələrdən yalnız biri qeyd edildiyindən, Mərkəzi Bank tərəfindən MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilmişdir. Əlavə olaraq bildirmək istəyir ki, Şəxs MTK-ilə “X2 Makine İnşaat Sanayi və Ticaret Anonim Şirketi arasında bağlanmış 28.06.2019-cu il tarixli, 24061903 saylı alqı-satqı müqaviləsinin ümumi dəyəri 75.000 ABŞ dolları, 28.06.2019-cu il tarixli, 29071901 saylı alqı-satqı müqaviləsinin ümumi dəyəri 10.000 ABŞ dolları, 28.06.2019-cu il tarixli 29091901 saylı alqı-satqı müqaviləsinin ümumi dəyəri 1660 ABŞ dolları təşkil edir. X5 Ağ şəhər filialı tərəfindən verilmiş olan 05.08.2021-ci il tarixli “Parkhill MTK”-nın şəxsi hesab çıxarışından aydın görünür ki, 09.07.2019-cu ildə tarixdə 24061903 saylı alqı-satqı müqaviləsi 37.500 ABŞ dolları, 01.10.2019-cu il tarixdə 37500 ABŞ dolları, 31.07.2019cu il tarixdə 29071901 saylı alqı-satqı müqaviləsi üzrə 5000 ABŞ dollar, 01.10.2019-cu i il tarixdə 5000 ABŞ dolları, 04.10.2019-cu il tarixdə 29091901 saylı alqı-satqı müqaviləsi üzrə 1.660 ABŞ dolları “X2 Makine İnşaat Sanayi və Ticaret Anonim Şirketinin hesabına köçürülmüşdür, hər 3 müqavilə üzrə xaricə köçürülmüş vəsaitləri topladıqda 15.10.2019-cu il tarixli, **********9538 nömrəli gömrük bəyannaməsində valyuta və malların ümumi invoys dəyəri 86.660 ABŞ dolları məbləğini verir. Bəyannamədə isə yalnız yuxarıdakı müqavilələrdən ümumi dəyəri 1660 ABŞ dolları olan 29091901 saylı alqı-satqı müqaviləsi qeyd olunmuşdur. Aydın görünür ki, Bəyannamədə malların ümumi invoys dəyəri 86.660 ABŞ dolları qeyd edilmişdir. Belə olduğu halda 85000( 86.660-1660) dollar məbləğində mal hardadır? Unudularaq bəyannamədə qeyd edilməmiş 24061903 saylı, 29071901 saylı müqavilələr üzrə malların toplam dəyəri 85.000 ABŞ dolları edir. Sadəcə olaraq texniki səhvliklə bəyannamədə ******* saylı, 29071901 saylı müqavilələr qeyd edilmədiyindən, MTK barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs MTK barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının hüquqi ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Azərbaycan Respublikasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MTK-nın barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 28 iyun 2019-cu il tarixli, 24061903 saylı müqavilənin surətindən görünür ki, Şəxs MTK ilə X3 Makine İnşaat Sanayi ve TİC.A.A. şirkəti arasında həmin tarixdə 75.000 ABŞ dolları məbləğində alqı-satqı müqaviləsi imzalanmışdır. İş materiallarına əlavə edilmiş 28 iyun 2019-cu il tarixli, 29071901 saylı müqavilənin surətindən görünür ki, Şəxs MTK ilə X3 Makine İnşaat Sanayi ve TİC.A.A. şirkəti arasında həmin tarixdə 10.000 dollarlıq məbləğində alqı-satqı müqaviləsi imzalanmışdır. İş materiallarına əlavə edilmiş 29 iyul 2019-cu il tarixli invoysdan görünür ki, 5.000 ABŞ dolları məbləğində pul X3 Makine İnşaat Sanayi ve TİC.A.A. şirkətinin hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş 05 oktyabr 2019-cu il tarixli köçürmə ərizəsinin surətindən görünür ki, Şəxs MTK tərəfindən həmin tarixdə 1.660 ABŞ dolları məbləğində vəsait "xxxx" ASC-də olan hesabından X3 Makine İnşaat Sanayi ve TİC.A.A. şirkətinin hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən təsdiq edilmiş hesabdan çıxarışdan görünür ki, 37.500 ABŞ dolları məbləğində vəsait 09 iyul 2019-cu il tarixdə Şəxs MTK-nın hesabından X3 Makine İnşaat Sanayi ve TİC.A.A. şirkətinin hesabına köçürülmüşdür. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətdə müvafiq mallar ölkəyə idxal edildiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsi yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də, Şəxs MTK-nın barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MTK-nın barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-1982/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1982/2021
12.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver