Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1983/2023 28.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 Qərardan şikayət verən şəxs: X5 Qərarından şikayət verilən orqan: X15 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X13 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətlə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Şikayətdə göstərilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarla X2 Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərini pozduğuna görə onun barəsində inzibati tənbeh növü kimi 4.000 manat inzibati cərimə tətbiq edilmişdir. X15 Xidmətinin nümayəndələri onu bir sahibkar kimi sıxışdırmaqda davam edir, əsassız şəkildə onu əmək müqaviləsiz işçi işlətməkdə ittiham edirlər. Belə ki, onu bu işlə bağlı olaraq yenidən 06 mart 2023-cü il tarixdə X7 inzibati binasına çağırmışlar və barəsində protokol tərtib olunacağı, eləcə də cərimə ediləcəyi bildirilmişdir. O, bu işlə bağlı Müfəttişliyə çağırılmasının əsassız olduğunu, heç bir sübut, heç bir əsas və heç bir izahatı alınmadan onu cərimə edə bilməyəcəklərini bildirmişdir. Eləcə də 15 dekabr 2022ci il tarixdə onu heç bir çağırış vərəqəsi olmadan sadəcə telefon vasitəsilə Müfəttişliyə çağırmışlar. O, 06 mart 2023-cü il tarixdə Müfəttişliyin nümayəndəsinə bu faktı deyəndə sonuncu bunu təkzib etmiş və həmin tarixdə onun ora çağırılmadığını iddia etmişdir. Lakin o, 06 mart 2023-cü il tarixdə ora gedəndə əməkdaş İlqar Hüseynov kinayə ilə “15 dekabrda qapını çırpıb gedən sən deyildin?!” ifadəsini işlətmişdir. Bu fakt ilə bağlı əlində maddi əsaslar (səs yazısı) var. Buradan da bəlli olur ki Müfəttişliyin nümayəndəsi 15 dekabr 2022-ci il tarixdə onu qeyri-rəsmi, hüquqi ünvana bildiriş göndərmədən çağırmış və heç bir əsas olmadan özünə uyğun şəkildə izahatı ona imzalatmağa çalışmışdır. Həmin izahat nümunəsi əsassız və həqiqəti əks etdirmədiyi üçün o, izahata imza atmamış və Müfəttişliyin inzibati binasını tərk etmişdir. Bütün bunlara baxmayaraq yenidən ona əsassız şəkildə iştirakı olmadan hazırlanmış protokol ilə tanış olmağını tələb etmişlər və həmin protokol əsasında cərimə ediləcəyini bildirmişlər. Qeyd olunanlardan da aydın olur ki, heç bir sübut olmadan, onun iştirakı və xəbəri olmadan barəsində hazırlanmış protokol tam əsassızdır və bu Müfəttişliyin özbaşına tutduğu bir əməldir. Açıq-aydın şəkildə vətəndaş və kiçik sahibkar olaraq hüquqları pozulmuşdur. Bu müddət ərzində X15 şikayəti tam şəffaf şəkildə araşdırıb, tərəfsiz olaraq qərar və nəticə çıxarmaq yerinə ona bu qədər təzyiq göstərmişlər. Hesab edir ki, xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunun tələblərinə zidd olaraq qəbul edilmişdir. Göstərilənləri nəzərə alaraq bu qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş olunur. Məhkəmə iclasında şikayət vermiş şəxs X13 şikayətdə göstərilənlərə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsində “Nizami Mall” Ticarət Mərkəzinin 2-ci mərtəbəsində yerləşən 206 nömrəli mağazada o, bijuteriyaların satışını həyata keçirir. 2022-ci ilin mart ayından oktyabr ayınadək olan müddət ərzində mühasibatlıq işlərində ona həmin ticarət mərkəzinin mühasibi X1 göstərib məsləhətlər versə də, işlərində problemlər yaranmış, mağazada 2022-ci ilin avqust ayının əvvəlində mənimsəmə baş vermişdir. Məsələ ilə bağlı tərəfindən polisə şikayət edilsə də, işçi ilə işə götürən şəxs arasında əsas sənədlərdən biri hesab edilən maddi məsuliyyət müqaviləsi olmadığından, bu faktı tam sübut etdirə bilməmişdir. Buna görə də ona ümümilikdə 6.000 manat məbləğində maddi ziyan dəymişdir. Bir müddət sonra X14 onu sevdiyini bildirmiş, barəsində ciddi fikirdə olduğunu və elçi göndərmək niyyətində olduğunu demişdir. Onun həmin şəxsə qarşı heç bir istək hisləri olmadığına görə ona “yox” cavabını vermiş, bundan sonra sonuncu ona qarşı qərəzli mövqe tutmuş, onunla ədavət aparmağa başlamış, dəfələrlə onun qarşısını kəsərək, habelə ona zəng edərək hədə-qorxular gəlmiş, ona pislik edəcəyini söyləmişdir. O isə A.Əsədovun bu hərəkətlərinə əhəmiyyət vermədiyi üçün sonuncu bundan daha da qıcıqlanmış, hətta işçisinin yanına gəlib onun ünvanına nalayiq ifadələr işlətmiş, onu və işçisini hədələmişdir. Eyni zamanda qeyd edir ki, bu məsələdən bir müddət əvvəl o, yeni məhsullar almaq üçün Aqil Əsədovdan ümumilikdə 2.100 manat borca pul almış, sonra borcu qaytarmaq istəyəndə A.Əsədovdan bank kartı istəmiş, sonuncu isə ona başqa bir şəxsə aid olan bank kart hesabını göndərib pulu həmin karta köçürməyi xahiş etmişdir. O da onun pislik edəcəyi barədə dəfələrlə işlətdiyi sözləri bilib bunu etməmiş, çünki sonra A.Əsədov pulu vermədiyini deyə bilərdi. Buna görə də o, təkidlə ondan öz bank kartını verməyi tələb etmişdir. Bu zaman Aqil Əsədov ona demişdir ki, onun bank kartının vergi yoxlaması var, oraya əlavə edilmiş hər bir hesaba görə ondan izahat alınacaqdır. Bundan sonra 2022-ci ilin sentyabr ayında Aqil Əsədov ona öz bank kartını göndərsə də, o həmin anda 2.100 manat pulu birdəfəlik ödəmək qabiliyyətində olmadığı üçün ona hər həftə 50-100 manat civarında pul göndərəcəyinə söz verib 100 manat göndərmişdir. Lakin, sonradan pulunun qaytarılmaması barədə onun barəsində əvvəlcə Bakı Şəhər Baş Polis İdarəsinə şikayət etmiş, məsələnin mülki xarakterli olduğunu cavab məktubunu aldıqdan sonra isə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə mülki iddia ərizəsi vermişdir. Bütün bunlarla yanaşı, Aqil Əsədov onun sahibkarlıq fəaliyyəti ilə bağlı müxtəlif qurumlara əsassız şəkildə şikayətlər etmiş, onu və işçilərini narahat etmişdir. O, heç kəsi qanunsuz olaraq işə cəlb etməmiş, əksinə olaraq Aqil Əsədov bir neçə ticarət obyektlərində qeyri-rəsmi müqaviləsiz mühasibatlıq işlərini görərək bunun müqabilində onlardan nağd şəkildə pul alır. Şikayətin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, X14 idarəyə müraciət edərək 2022-ci ilin mart ayının 01-dən oktyabr ayının 05-dək olan müddət ərzində X5 “NİZAMİ MALL” Ticarət Mərkəzində yerləşən mağazasında mühasibat işlərini icra etmiş və sübut kimi hazırladığı əmək müqavilələrini, əmrləri, bildirişləri, vergi hesabatlarını və s. sənədləri təqdim etmişdir. Bununla bağlı X13 izahat vermək üçün idarəyə dəvət olunsa da, o bundan imtina etmişdir. Lakin faktla bağlı polis bölməsində araşdırma aparılan zaman M.Rzazadə öz izahatında X8 işə cəlb etdiyini bildirmişdir. Bununla da X5 əməlində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkib əlamətləri olduğundan o, həmin maddə üzrə təqsirli bilinərək 4.000 manat məbləğində cərimə edilmişdir. Şikayətin rədd olunmasını xahiş edir. İş materiallarında olan: • X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı Şəhər İdarəsinə verdiyi izahatında qeyd olunur ki, o, 2022-ci ilin mart ayının 01-dən oktyabr ayının 05-dək olan müddət ərzində X5 bir neçə mağazasında mühasibat işlərini icra etmişdir. Bu müddət ərzində onunla heç bir əmək müqaviləsi bağlanılmamış, kart hesabı açılmamışdır. O, X5 “NİZAMİ MALL” Ticarət Mərkəzində yerləşən mağazasında baş mühasib vəzifəsində işləyə vaxt onu qeyri-rəsmi əlavə başqa işə də cəlb etmişdir. O, sübut kimi işləyən zaman hazırladığı əmək müqavilələrini, əmrləri, bildirişləri, vergi hesabatlarını və s. sənədləri təqdim edərək onun əmək haqqısının düzgün hesablanmasını xahiş etmişdir; • 16.02.2023-cü il tarixli, 79494209 saylı “Müraciət vərəqəsi”ndən görünür ki, X4 Əmək Müfəttişliyi Xidmətinə şikayət edərək göstərir ki, dəfələrlə quruma müraciət edib, lakin heç bir nəticə yoxdur. Sahibkar özü də BŞBPİ-də qeyd edib ki, həqiqətən o mühasibat işlərini aparıb, onda da lazımi sənədlər var, qoşma fayla əlavə edib. Ona bildiriblər ki, BŞBPİ-dən izahat gəlməlidir ki, öz təsdiqini tapsın. Belə sual yaranır ki, əgər qanun pozuntusu yox idisə, o, izahatı onlara təqdim edib, onun sürətini almaq nəyə lazımdır; • X15 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli, **********4 saylı sorğusuna cavab olaraq Bakı şəhər Baş Polis İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 9- 13-44-5/2-419-23 nömrəli məktubla X5 izahatının surəti göndərilmişdir. M.Rzazadənin xx.xx.2022-ci il tarixdə verdiyi izahatında qeyd olunur ki, X14 onun fərdi sahibkar kimi fəaliyyət göstərdiyi “NİZAMİ MALL” Ticarət Mərkəzində yerləşən mağazasında mühasib vəzifəsində işləmişdir. O, 2022-ci ilin yaz aylarında Aqil Əsədovdan 2.100 manat borc pul almış, lakin 2022-ci ilin avqust ayında fərdi olaraq işlətdiy mağazadan satıcı tərəfindən 6.000 manat pulun mənimsənilməsi ilə əlaqədar olaraq ona maddi ziyan dəyməsi səbəbindən A.Əsədova həmin pulu qaytara bilməmişdir. A.Əsədov həmin pulu tələb etməyə başlayanda o, həftəlik olaraq pul göndərəcəyini söyləmiş və A.Əsədovun istifadəsində olan karta 50 manat olmaqla ümumilikdə 100 manat pul göndərmişdir. Lakin, A.Əsədov pulu nağd şəkildə göndərməyi tələb etmiş, o da gəlirinin olmadığını bildirmişdir. A.Əsədov “NİZAMİ MALL” Ticarət Mərkəzində yerləşən mağazasında mühasibi vəzifəsində işləyən zaman onun səhlənkarlığı ucbatından ona avqust ayında dəymiş maddi ziyanın ödənilməsində problemlər yaranmışdır. O, A.Əsədova qalan 2.000 manat borcunu hissə-hissə olaraq qaytarmağa razı olduğunu bildirmişdir; • Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş “Cinayət işi başlanılmasının rədd edilməsi haqqında” 01 yanvar 2023-cü il tarixli qərarda X5 hazırki məhkəmə baxışında verdiyi izahata uyğun ifadəsi əks olunmuşdur. X6 isə izahatına əsasən M.Rzazadənin ona 2.000 manat borcu olmuş və o, ondan bunu tələb etmişdir. Lakin M.Rzazadə borcunu qaytarmadığı üçün bu barədə Daxili İşlər Nazirliyinə şikayət etmişdir. M.Rzazadənin mühasibatlıq işlərində köməklik göstərdiyi xidmətə görə onun ona 2.000 manat borcu vardır; • Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X8 2022-ci ilin mart ayının 01-dən oktyabr ayının 05-dək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər-hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə vəzifəli şəxs X2 Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə təqsirli bilinərək 4.000 manat məbləğində cərimə edilmişdir. Beləliklə məhkəmədə müəyyən edilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X8 2022-ci ilin mart ayının 01-dən oktyabr ayının 05-dək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər-hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə vəzifəli şəxs X2 Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə təqsirli bilinərək 4.000 manat məbləğində cərimə edilmişdir. Bununla belə o da aydın olur ki, X15 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən X6 müraciəti əsasında aparılan inzibati xəta haqqında iş üzrə icraat qanunvericiliyin tələblərinə tam riayət olunmaqla aparılmamış, iş üzrə bütün faktiki halları tam və hərtərəfli qaydada öyrənmək üçün lazımi təbdirlər görülməmiş, yalnız X6 izahatı ilə kifayətlənilmiş, X5 Bakı Şəhər Baş Polis İdarəsində verdiyi izahatında, habelə “Cinayət işi başlanılmasının rədd edilməsi haqqında” 01 yanvar 2023-cü il tarixli qərarda əks olunmuş izahatlarla bağlı zəruri araşdırma aparılmamış, X6 mühasibatlıq işləri üzrə xidməti hansı qaydada və şərtlərlə həyata keçirilməsi, onun X9 bu işi faktiki olaraq onunla əmək münasibətlərində olaraq aparılıb-aparılmaması dəqiqləşdirilməmişdir. Bununla da şəxsin təqsirliyini sübut edən kifayət qədər dəlil toplanılmayaraq X15 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən prosessual normalara və sübutetmə vəzifəsinə əməl olunmamışdır. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə cəlb etmə müddətinin keçib-keçməməsinə də diqqət yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: • İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir (6.2ci maddə); • İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (48ci maddəsi); • İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə); Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1983/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1983/2023
28.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver