Məhkəmə qərarları › İş №3(006)-1985/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-1985/2024

25.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-1985/2024 25.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin böyük icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokola görə borclu Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)- 465/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə göstərilən tələbin icrasını təmin etməmiş, bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında böyük icra məmuru X4 izahat verərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-465/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən cavadeh "xxxx" MMC-dən iddiaçı “X5 Sanayi ve Ticaret LTD” STİ-nin 538.685 ABŞ dolları məbləğində əsas borc, 26934,5 ABŞ dolları, cəmi 565619,50 ABŞ dolları tutulmalıdır. İcra sənədi icraata daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilərək müvafiq bildirişlə birlikdə borclu "xxxx" MMC-nin direktoru Şəxs icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Lakin tələb borclu tərəfindən könüllü icra edilməmişdir. Görülmüş tədbirlərə baxmayaraq, borclu icra sənədinin icrasından və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən yayınmışdır. Qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ünvanladığı etiraz ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin pozulmasına dair İnzibati Xəta haqqında MN № ******* saylı, xx.xx.2024-cü il tarixli protokol qəbul edilmişdir. Hesab edirlər ki, protokol üzrə qərar çıxarıla bilməz. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnaməsinə əsasən inzibati məsuliyyəti icraedici orqan daşıyır. Nizamnnamə kapitalında pay qoyulması üçün götürdüyü öhdəlik təsisçi tərəfindən pozulduqda o, Ümumi Yığıncağın qərarı ilə qəbul edilmiş müvafiq qaydalara müvafiq məsuliyyət daşıyır. xx.xx.2024-cü il tarixli **********791800 nömrəli çıxarışdan da göründüyü kimi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs isə nə direktor, nə də təsisçidir. Buna görə də hesab edirlər ki, iş üzrə MN № ******* saylı, xx.xx.2024-cü il tarixli protokol düzgün tərtib edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2024-cü il tarixli çıxarışından görünür ki, "xxxx" MMC-nin əvvəlki qanuni təmsilçisi Şəxs, hazırki qanuni təmsilçisi isə X2r. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin təsisçisinin 11 iyun 2024-cü il tarixli qərarına əsasən "xxxx" MMC-nin təsisçisinin dəyişikliyi ilə əlaqədar olaraq yeni redaksiyada nizamnaməsinin təsdiq edilməsi və "xxxx" MMC-nin qanuni təmsilçilik funksiyasına malik direktor vəzifəsinə X1 təyin edilməsi qərara alınmışdır. Göründüyü kimi, hazırda Şəxs "xxxx" MMC-nin qanuni təmsilçisi olmadığından xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar natamam olduğundan və mövcud natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə qaytarılsın. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar