Məhkəmə qərarları › İş №3(006)-1986/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1986/2024

05.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1986/2024 05.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx xxxxxx 1983-cü ildə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə saat 14:20-də etibarnamə ilə idarə etdiyi özünə məxsus Hyundaı İ30 markalı **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi ilə C.Məmmədquluzadə küçəsinin kəsişməsində “yol ver” yol nişanın tələbin pozaraq hərəkətini davam etdirərək ehtiyyatsızlıqdan avtomobilin ön hissəsi ilə “baş yol” yol nişanın tələbinə uyğun olaraq hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs idarə etdiyi Toyota Corolla markalı **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsi ilə toqquşmuş, toqquşma nəticəsində sonuncu avtomobil idarəetməni itirərək sürüşüb arxa sağ yan hissəsi ilə yol kənarında dayanmış vəziyyətdə olan X2 məxsus Toyota Corolla markalı **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsinə dəyərək dayanmış, Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozumasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə təxminən saat 14:20 radələrində etibarnamə ilə idarə etdiyi ona məxsus Hyundaı İ30 markalı **-RB-*** dövlət nömrə nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi ilə C.Məmmədquluzadə küçəsinin kəsişməsində “yol ver” yol nişanın tələbini pozmuş, hərəkətini davam etdirərək ehtiyyatsızlıqdan avtomobilin ön hissəsi ilə “baş yol” yol nişanın tələbinə uyğun olaraq hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs idarə etdiyi Toyota Corolla markalı **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsi ilə toqquşmuşdur. Toqquşma nəticəsində Toyota markalı avtomobil fırlanaraq arxa sağ yan hissəsi ilə yol kənarında dayanmış vəziyyətdə olan Toyota Corolla markalı **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsi ilə toqquşmuşdur. Bundan sonra həmin ünvana TTYS avtomobili gələrək həmin şəxsi müayinə olunması üçün 1 saylı KTM-ə aparmışdır. Halhazırda zərərçəkmiş şəxslə barışmışdır. Qeyd olunanları nəzərə alaraq, barəsində olan inzibati iş üzrə cərimə cəzasının verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə saat 14:20-də idarə etdiyi “Toyota Corolla" markalı **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi ilə C.Məmmədquluzadə küçəsinin kəsişməsində “baş yol” yol nişanının tələbinə uyğun olaraq düzünə hərəkətdə olan zaman Hyundaı İ30 markalı **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobil soldan yəni N.Vəzirov küçəsində “yol ver” yol nişanının tələbini pozmuş, düzünə hərəkət edərək avtomobilin ön hissəsi ilə onun idarə etdiyi avtomobilin arxa sol yan hissəsi ilə toqquşmuşdur. Toqquşma nəticəsində onun avtomobilini fırlanaraq arxa sağ yan hissəsi ilə yol kənarında dayanmış vəziyyətdə olan Toyota Corolla markalı **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsi ilə toqquşmuşdur. Bundan sonra həmin ünvana TTYS avtomobili gəlmiş onu müayinə olunması üçün 1 saylı KTM-ə aparmış, 1 saylı KTM-də ona ilkin tibbi yardım göstərilmiş, daha sonra evə buraxılmışdır. Hal-hazırda Şəxs qarşı hər hansı şikayət və tələbi yoxdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X6 tərəfindən verilən 450 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, 1978-ci il təvəllüdlü Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə X4 müraciət etmiş və ona "başın açıq yarası, başın səthi travması” diaqnozu qoyulmuşdur. Qeyd olunan diaqnozda göstərilən xəsarət bərk küt əşyanın təsirindən əmələ gəlmişdir və qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Zaur Hacızadə tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərara əsasən 1 saylı HK-303 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzabati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi DYPŞ YNH üzrə inspektoru X1 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və digər iş materialları ilə sübuta yetirilir. Məhkəmədə Şəxs zərərçəkmiş şəxslə barışmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsim qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar