Məhkəmə qərarları › İş №3(006)-1994/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1994/2021

30.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1994/2021 30.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X3, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 iştirakları ilə xx.xx.1975-ci ildə İran İslam Respublikasında anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə Nəsimi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X9 Bakı şəhər Nəsimi rayon məhkəməsinin 02.07.2019-cu il tarixli, 2(006)- 3445/2019 saylı icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X9 məhkəmə iclasında izahat verərək göstərdi ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 02.07.2019-cu il tarixli, 2(006)-3445/2019 saylı qətnaməsinə əsasən ondan 2400 manat məbləğində pulun tutularaq iddiaçı X2 ödənilməsi barədə qərar qəbul olunmuşdur. Lakin həmin qətnamədən xəbəri olmamış və qətnamə ona rəsmi olaraq təqdim olunmamışdır. Borclu ilə arasında digər bir mülki məhkəmə mübahisəsi olmuş və həmin qətnamədən vəkili vasitəsilə apellyasiya şikayəti vermiş və hal-hazırda da işə baxılmaqdadır. Hazırki işlə bağlı isə qətnaməni əldə etmək üçün məhkəməyə müraciət etmiş, qətnamə ona rəsmi qaydada təqdium olunduqdan sonra ondan da apellyasiya şikayəti verəcəkdir. Hal-hazırda işləmədiyi üçün maddi imkanı yaxşı deyil və borcunu tam olaraq ödəyə bilmir. Hissə-hissə ödənilməsi üçün vaxt verilərsə hər ay müəyyən məbləği ödəyə bilər. İcra məmuru tərəfindən tərtib edilmiş protokolla razı deyil və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş tələbkar X6 verdiyi izahatında göstərmişdir ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 02.07.2019-cu il tarixli, 2(006)-3445/2019 saylı qətnaməsinə əsasən borclu Şəxs Hasan oğlundan 2400 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qərar qəbul olunmuşdur. Borclunun həmin qətnamədən və icra sənədindən məlumatı olmuş, lakin heç bir əsas olmadan hal-hazırki günə qədər icra sənədi icra olunmur. Bir neçə dəfə borcluya pulun ödənilməsi ilə bağlı müraciət etsə də, müxtəlif bəhanələr gətirərək qeyd olunan məbləği ödəməkdən yayınmışdır. İcra sənədinin icra olunması üçün borclunun barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X8 verdiyi izahatında göstərmişdir ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 02.07.2019-cu il tarixli, 2(006)-3445/2019 saylı qətnaməsinə əsasən X4 2400 manat məbləğində pulun tutularaq iddiaçı X2 ödənilməsi barədə qərar qəbul olunmuşdur. İcra sənədi Səbail rayon İcra və probasiya şöbəsi tərəfindən icraata qəbul edilmiş, lakin sonradan borclunun ünvanı dəyişdiyi üçün aidiyyatı üzrə Nəsimi rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Borcluya 17.07.2020-ci il tarixdə xəbərdarlıq məktubu təqdim olunmuş və icra sənədinin icra olunmadığı təqdirdə məsuliyyəti barədə məlumat verilmişdir. Sonra isə borclunun izahatı alınmış və izahatında icra sənədindən məlumatı olmadığını və tələbkara heç bir borcunun olmadığını göstərmişdir. 09.07.2021-ci il tarixdə şəxs yenidən şöbəyə dəvət olunmuş icra sənədinin icrası barədə məlumatlandırılmış və sənədlərin surətləri ona təqdim olunmuşdur. Həmin tarixdə də borclunun izahatı alınmış və maddi imkanı olmadığı üçün borcunu ödəyə bilmədiyini qeyd etmişdir. İcra sənədi icra olunmadığı üçün tələbkar 30.07.2021-ci il tarixdə Nəsimi rayon İcra şöbəsinə ərizə yazaraq şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını və pulunun tam şəkildə ödənilməsini xahiş etmişdir. Bundan sonra borclu X5 barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Qeyd olunanları nəzərə alaraq, X9 barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 02.07.2019-cu il tarixli, 2(006)- 3445/2019 saylı icra vərəqəsinə əsasən başlanmış icra işi materiallarını araşdırıb, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, prosesdə iştirak edən şəxsləri dinləyib hesab edir ki, X9 icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məclləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Belə ki, təqdim edilmiş icra işinin materiallarından görünür ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 02.07.2019-cu il tarixli, 2(006)-3445/2019 saylı qətnaməsinə əsasən X4 2400 manat məbləğində pulun tutularaq iddiaçı X2 ödənilməsi barədə qərar qəbul olunmuşdur. İş materiallarında olan 17.06.2020-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icraata başlanılmış və tələbin könüllü icrası haqqında bildiriş borclunun ünvanına göndərilmişdir. İş materiallarında olan borclu X7 təqdim olunmuş 16.07.2020-ci il tarixli və 27.08.2020-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, borcluya tələbin könüllü icra edilmədiyi təqdirdə məcburi icra tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən qanunvericiliyin bütün tələblərinə əməl edilməklə Touraj Arjomandi Azərbaycan Respublikası dövlətinin adından çıxarılmış məhkəmə qərarlarının məcburi xarakter daşıması, hökmən icra olunmalı olması barədə dəfələrlə həm rəsmi, həm də şifahi formada xəbərdar edilməsinə baxmayaraq sonuncu icra məmurunun qanuni tələblərinə etinasız yanaşmaqla əməl etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” Məhkəmədə müəyyən edilmişdir ki, X5 təqsiri üzündən icra sənədi icra edilməmiş və icra sənədinin icra edilməməsi üçün üzürlü səbəb olmamışdır. X9 tərəfindən icra sənədinin icra edilməməsi, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələblərinin kobud şəkildə pozulmasına gətirib çıxarır. Məhkəmədə inzibati xəta törətmiş X5 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar