Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1994/2024 10.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 iştirakı ilə xx.xx.1998-ci il tarixdə Ağdam rayonunun Əliməmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, Ağdam rayonu, Əliməmmədli kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 17:10 radələrində Şəxs idarə etdiyi “Toyota Prius” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi ilə hərəkət edərək Hənifə Ələsgərov küçəsinin kəsişməsində işıqforun qırmızı işığında dayanmadan yolayırıcına daxil olmuş və Hənifə Ələsgərov küçəsi ilə hərəkət edən “Kia Sorento” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına keçməsi nəticəsində toqquşma ilə nəticələnən yol nəqliyyat hadisəsini törətmiş, nəticədə “Kia Sorento” markalı avtomobilin sürücüsü X1 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi, zərər çəkmiş şəxs və barəsində icraat aparılan şəxs gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokol, fotoşəkillər və sxemə əsasən hadisə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi ilə Hənifə Ələsgərov küçəsinin kəsişməsində baş verib; • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X10 Nəsimi rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 1080 saylı rəyinə əsasən X6 bədənində aşkar edilmiş xəsarətlər – sol bazu oynağı nahiyəsinin həmin oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan iri ölçülü qançır-şişkinlik halında əzilməsi, sol bazunun, sol saidin, sol əlin İV barmağının, sol baldırın sıyrıqları, sol bazunun, sağ dirsək oynağı nahiyəsinin, qarın nahiyəsinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Ə.R.Şabanın bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadissəsi nəticəsində əmələ gələ bilmələri mümkündür; • 25.10.2022-ci il tarixli, BD seriyalı, 210528 saylı sürücülük vəsiqəsinə əsasən Şəxs «B1, B, C1, C» kateqoriyaları üzrə nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir; • 02.09.2022-ci il tarixli, BB295336 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Prius” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X5 məxsusdur və bu avtomobil xx.xx.2023cü il tarixli etibarnamə ilə xx.xx.2023-cü tarixədək idarə edilməsi üçün Şəxs verilib; • X9 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş izahatda qeyd olunur ki, xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində idarə etdiyi “Kia Sorento” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, Hənifə Ələsgərov küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində işıqforun qırmızı işığı yandığı üçün dayanmış, işıqforun yaşıl işığı yanandan 3-5 saniyə sonra o, hərəkətini davam etdirmiş, bu zaman Səməd Vurğun küçəsi ilə hərəkət edən “Toyota Prius” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobil işıqforun qırmızı işığında hərəkətinə davam etdiyinə görə onun idarə etdiyi avtomobillə toqquşmuş, zərbənin gücündən onun idarə etdiyi avtomobil aşmışdır. Hadisə nəticəsində o və idarə etdiyi avtomobildə sərnişin olan dayısı oğlu X4 xəsarət almışdır. Şəxs onunla maraqlanmamış, onun xəsarət almasına etinasız yanaşmışdır; • Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, 51/2-15471 saylı məktubunda Şəxs sürücülük vəsiqəsində 08 balın olması qeyd olunub; • “hesab.az” onlayn xidmətlər portalı vasitəsilə əldə olunmuş çıxarışa əsasən Şəxs yol hərəkəti qaydalarının pozulması ilə bağlı qəbul edilmiş 02 qərar üzrə ödənilməmiş 200 manat cəriməsi mövcuddur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin İİ hissəsinə görə svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə hərəkətinə icazə verilən nəqliyyat vasitələrinə və piyadalara maneə yaratmadan svetofor və ya nizamlayıcı qarşısında dayanmalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Şəxs şəxsiyyətini və iş üzrə tədqiq olunmuş digər halları, o cümlədən onun əvvəllər də yol hərəkəti qaydalarını pozduğu üçün məsuliyyətə cəlb edilməsini və ödənilməmiş cərimələrinin olmasını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək ona nəqliyyat vasitələrini idarə etmə hüququnun 01 (bir) il müddətinə məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1994/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1994/2024
10.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver