Məhkəmə qərarları › İş №3(006)-1996/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1996/2024

10.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1996/2024 10.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, Abşeron rayonu, Qobu qəsəbəsi, Natavan küçəsi, ev 01-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 19:08 radələrində etibarnamə əsasında idarə etdiyi “Opel Astra” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi ilə hərəkət edərək Bakıxanov küçəsinin kəsişməsində işıqforun yaşıl işığında sol istiqamətdə hərəkətini davam edib yol kəsişməsində piyada keçidi ilə yolu soldan sağa keçməkdə olan, xx.xx.2008-ci il təvəllüdlü X3 ehtiyatsızlıqdan vuraraq sonuncuya yüngül dərəcəli bədən xəsarətinin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsini törətmişdir. Aparılmış araşdırma nəticəsində Şəxs törətdiyi əməldə cinayət tərkibi olmadığından Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı Babək Mirzəyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd olunmuş, eyni zamanda həmin qərarda Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğu qeyd olunaraq toplanılmış materiallar onun inzibati məsuliyyətə cəlb olunması üçün aidiyyəti üzrə göndərilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, xx.xx.2024-cü il tarixdə, təxminən saat 19 radələrində etibarnamə əsasında idarə etdiyi “Opel Astra” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi ilə üzü “Bakı Tikiş Evi” istiqamətində hərəkət edən zaman Bakıxanov küçəsinin kəsişməsinə işıqforun yaşıl işığında daxil olmuş, sol istiqamətə dönərək Bakıxanov küçəsinə doğru hərəkətini davam etdikdə ehtiyatsızlıq nəticəsində yol kəsişməsində piyada zolağı ilə yolu keçməkdə olan bir nəfər qadını avtomobilin ön hissəsi ilə vurmuşdur. Zərbədən həmin qadın asfalt üzərinə yıxılaraq xəsarət almışdır. O, dərhal həmin qadına öz köməkliyini etmiş, hadisə yerində adı ona məlum olan Nəzrin adlı şəxsin anası ilə əlaqə saxlayaraq məlumat vermiş və anası hadisə yerinə gələrək qızını Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna aparmışdır. Daha sonra o da xəstəxanaya gedərək Nəzrinin səhhəti ilə maraqlanmışdır. Xəstəxanada həkimlər ilkin yardım etdikdən sonra xəstə evə buraxılmışdır. O, zərər çəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı ödəmişdir. Ona yüngül tənbehin verilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin nümayəndəsi və zərər çəkmiş şəxs məhkəməyə gəlməmiş, bunun səbəbi barədə məlumat verilməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş materiallarda olan: • “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokol, fotoşəkillər və sxemə əsasən hadisə Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi ilə Bakıxanov küçəsinin kəsişməsində piyada zolağının üzərində baş vermişdir; • “Video görüntülərə baxış keçirilməsinə dair” xx.xx.2024-cü il tarixli protokola və diskdəki olan görüntüdə piyada keçidində piyadaların yolu keçməkdə olduğu aşkar surətdə görünsə də, “Opel Astra” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü buna əhəmiyyət verməyərək yolayrıcına daxil olur, sola dönüb piyada keçidinə yaxınlaşarkən sürəti lazımınca azaltmayaraq keçiddə olan piyada qadını vurur; • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X9 Nəsimi rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 393 saylı rəyinə əsasən X2 bədənində aşkar edilmiş xəsarətlər - sağ baldırın və sağ aşıq-baldır oynağı nahiyəsinin həmin oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan iri ölçülü hematoma halında əzilməsi, sağ bazunun və sağ bud-çanaq oynağı nahiyəsinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. N.E.Bağırzadənin bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür; • 01.08.2018-ci il tarixli, AE seriyalı, 039811 saylı sürücülük vəsiqəsinə əsasən Şəxs “B, C” kateqoriyaları üzrə nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir; • xx.xx.2023-cü il tarixli, BA312216 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Opel Astra” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X6 məxsusdur və bu avtomobil xx.xx.2023cü il tarixli etibarnamə ilə xx.xx.2024-cü il tarixədək idarə edilməsi üçün Şəxs verilib; • Notariat qaydasında təsdiq olunmuş ərizəyə əsasən X2 anası X1 Şəxs qarşı şikayət və tələbi yoxdur; • Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, 51/2-15982 saylı məktubunda Şəxs sürücülük vəsiqəsində 10 balın olması qeyd olunmuşdur; • “hesab.az” onlayn xidmətlər portalı vasitəsilə əldə olunmuş çıxarışa əsasən Şəxs 09 inzibati xəta haqqında qərar üzrə (o cümlədən yol hərəkəti qaydalarının pozulması ilə bağlı) cəmi 529,40 manat ödənilməmiş cərimələri mövcuddur. Məhkəmə proses iştirakçısının izahatını, habelə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin İ hissəsinə əsasən sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara, habelə belə hərəkət hissəsini velosiped yolu ilə keçməkdə olan velosipedçilərə yol verməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs zərər çəkmiş şəxslə barışıq əldə etməsini İnzibati Xətalar Məcəlləsinin 32.1.7-ci maddəsinə müvafiq olaraq onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda onun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs şəxsiyyətini və iş üzrə tədqiq olunmuş digər halları, o cümlədən onun əvvəllər də yol hərəkəti qaydalarını pozduğu üçün məsuliyyətə cəlb edilməsini və xeyli sayda ödənilməmiş cərimələrinin olmasını nəzərə alaraq hesab edir ki, B.Bağırzadə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin aşağı həddinə uyğun tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək ona nəqliyyat vasitələrini idarə etmə hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar