Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2/2024 18.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və vəkili, Bakı şəhəri. 06 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinin müavini X5 tərəfindən tərtib edilmiş 10 aprel 2023-cü il tarixli 00100-00860/23 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan “Muradlı-M" MMC-nin ünvanına xx.xx.2023-cü il tarixdə Türkiyə Respublikasından 99XC561/99ZB914 nömrə nişanlı yük avtomaşınında İFT**********135-136 nömrəli xx.xx.2023-cü il tarixli invoys sənədi üzrə daxil olmuş mallar Bakı Baş Gömrük İdarəsində **********4271 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda bəyan edilmişdir, **********4271 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsinin 1-ci mövgeyində qeyd olunan mallar, yəni İFT20230Q0000135-1361nömrəli 21,02.2023-cü il tariff invoysun 3, 4, 5, 7, 8, 10, 32, 33, 34, 4-ci mövqelərində qeyd olunan mallar XİF MN üzrə “**********” kod altında və **********4271 sorğu nömrəli xx.xx.2023-cü il tarixlrMömrük bəyannaməsinin 3-cü mövqeyində qeyd olunan mallar, yəni İFT**********135-136 nömrəli xx.xx.2023-cü il tarixli invoysun 11, 12, 16, 19, 21, 22, 23, 24, 25, 26, 27-ci mövqelərində qeyd olunan mallar XİF MN üzrə “**********" kod altında sinifləşdirilmişdir. İFT2023Q00000135-13d nömrəli xx.xx.2023-cü il tarixli invoysun 3, 4, 5, 7, 9, 10, 32, 33, 34, 41-ci mövqelərində qeyd olunan malların XİF MN üzrə “**********” kod və və 11, 12, 16, 19, 21, 22, 23, 24, 25, 26, 27-ci mövqelərində qeyd olunan malların XİF MN üzrə “**********” kod olmasına əsaslı şübhələr yaranmışdır. Bununla əlaqədar olaraq **********4271 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsinin 1-ci və 3-cü mövqelərində, yəni İFT**********135-136 nömrəli xx.xx.2023-cü il tarixli invoysun 3, 4, 5, 7, 9, 10,11,12, 16, 19, 21, 22, 23, 24, 25, 26, 27, 32, 33, 34, 41 -ci mövqelərində qeyd olunan malların XİFMN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə X2 İdarəsinə 1400-013/0xxxx/002176 nömrəli xx.xx.2023-cü il tarixli məktubla müraciət olunmuş, həmin İdarədən Bakı Baş Gömrük İdarəsinə daxil olmuş 2200-015/002- 25/001344 nömrəli xx.xx.2023-cü İL tarixli rəyinə əsasən ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, "xxxx" MMC-nin ünvanına İFT**********135-136 saylı 21,02.2023cü il tarixli invoysun 3-5, 7, 9-12, 16, 19, 21-27, 32-34 və 41 -ci mal mövqeləri üzrə idxal olunan yükdən təqdim olunmuş nümunələr XİFMN görə fərqli kod altında sinifləşdirilmişdir. Beləliklə də, "xxxx" MMC xx.xx.2023-cü il tarixli, **********4271 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ümumilikdə 5987.38(beş min doqquz yüz səksən yeddi manat 38 qəpik)manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin səlahiyyətli orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinin müavini X5 izahatında göstərmişdir ki, bu iş üzrə kifayət qədər araşdırma aparılıb və «Muradlı-M” MMC-nin barəsində iki protokol tərtib olunubdur. Malların kodu dəyişdirilmişdir. MMC-nin təqdim etdiyi qiymətlə gömrük kodlarındakı qiymətlər fərqli olmuşdur. Onlar həmin fərqin ödənilməsini tələb etsələr də bu fərq ödənilməmişdir. Qeyd edilənlərə əsasən "xxxx" MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi xahiş olunur. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, Bakı Baş Gömrük İdarəsi tərəfindən "xxxx" MMC-nin rəhbərliyinə 05 aprel 2023-ci il tarixli 1400-013/0xx-xx/003497 saylı bildiriş təqdim edilmişdir. Həmin bildirişdə qeyd edilənlərə əsasən Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsində aparılan 34/013/006852 saylı materialın aradırılması zamanı "xxxx" MMC-nin ünvanına Türkiyə Respublikasının “Kayalar Kimya Sanayi ve Ticaret A.Ş” şirkətindən 99XC561/99ZB914 nömrəli avtomaşınlarla daxil olmuş və **********4271 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən malların Dövlət Gömrük Komitəsi X2 İdarəsinin ekspert rəyinə əsasən XİF MN üzrə kodunun düzgün bəyan edilməməsinin müəyyən edildiyi qeyd olunmuşdur. Həmin bildirişdə gömrük prosedurları və ödənişləri şöbəsindən daxl olmuş 34/012/008552 saylı 30 mart 2023-cü il tarixli raporta əsasən, **********4271 nömrəli kömrük bəyənaməsi üzrə əlavə ödəniləcək gömrük ödənişlərinin məbləğinin; -İdxal vergisi üzrə - 5.074,15 (beş min yetmiş dört manat on beş qəpik) manat, ƏDV üzrə - 913.23 (doqquz yüz on üç manat iyirmi üç qəpik) manat təşkil etdiyi göstərilmişdir. "xxxx" MMC tərəfindən 05 aprel 2023-ci il tarixli 1400-013/0xx-xx/003497 saylı bildiriş üzrə ümumilikdə, 5987,38 manat məbləğində əlavə gömrük ödənişlərinin ödənilməli olduğu bildirilmişdir. "xxxx" MMC tərəfindən 27 fevral 2023-ci il tarixində təqdim edilmiş **********4271 saylı idxal gömrük bəyannaməsində qeyd edilən mallara görə 18375,3 manat manat idxal gömrük rüsumu ödənilmişdir. Bununla bağlı BBƏİ-nin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin müavini X5 tərəfindən 16 aprel 2023-cü il tarixində “Muradlı-M’" MMC barəsində 00100-00860/23 nömrəli İnzibati xəta haqqında protokol tərtib edilərək Nəsimi rayon Məhkəməsinə göndərilmişdir ki, qeyd olunan inzibati iş xx.xx.2023-cü il tarixində Nəsimi rayon Məhkəməsinə daxil olmuş və hazırda icraatdadır. İşin hallarından da göründüyü kimi, "xxxx" MMC tərəfindən 27 fevral 2023-ci il tarixində təqdim edilmiş **********4271 saylı idxal gömrük bəyannaməsində bəyan edilən mallar Bakı Baş Gömrük İdarəsi tərəfindən yoxlanılmış və bəyan edilən malların XİF MN üzrə kodunun yoxlayan orqanın sistemində mövcud olan kodla uyğunluğu yoxlanılaraq həmin malların düzgün bəyan edilməsi səbəbindən xx.xx.2023-cü il tarixində saat 08:54:23 tarixində rəsmləşdirmənin bitdiyi və malın buraxılması barədə komitənin elektron sistemində bildiriş qeydə alınmışdır ki, sistemdən çıxarışı əks etdirən kağızdaşıyıcıda sübutda etiraza əlavə edilmişdir. "xxxx" MMC tərəfindən 27 fevral 2023-ci il tarixində təqdim edilmiş **********4271 saylı idxal gömrük bəyannaməsində bəyan edilən mallar qanunauyğun rəsmləşdirildikdən və buraxıldıqdan sonra Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə protokolun tərtib edilməsi tamamilə qanunsuzdur. Çünki, Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsinə əsasən tərkib gömrük ödənişlərinin ödənilməsindən yayınmağa görə tətbiq edilir. Tərəfimizdən isə 27 fevral 2023-ci il tarixində təqdim edilmiş **********4271 saylı idxal gömrük bəyannaməsində bəyan edilən mallar Bakı Baş Gömrük İdarəsi tərəfindən yoxlanılmış və bəyan edilən malların XİF MN üzrə kodunun yoxlayan orqanın sistemində mövcud olan kodla uyğunluğu yoxlanılaraq həmin malların düzgün bəyan edilməsi səbəbindən xx.xx.2023-cü il tarixində saat 08:54:23 tarixində rəsmləşdirmənin bitdiyi və malın buraxılması barədə komitənin elektron sistemində bildiriş qeydə alınmış və tərəfimizdən 18375,3 manat manat idxal gömrük rüsumu ödənilmişdir. Yuxarıda göstərilənlər səbəbindən iş üzrə icaata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulan əməli törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərlə müəyyən edildi: - Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsindən daxil olmuş 34/013/006852 saylı, 11,03.2023-cü il tarixli raporta əsasən ünvan 1 ünvanında qeydiyyatda olan “Muradlı-M" MMC-nin ünvanına xx.xx.2023-cü il tarixdə Türkiyə Respublikasından 99XC561/99ZB914 nömrə nişanlı yük avtomaşınında İFT**********135-136 nömrəli xx.xx.2023-cü il tarixli invoys sənədi üzrə daxil olmuş mallar Bakı Baş Gömrük İdarəsində **********4271 sorqu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış* gömrük prosedurunda bəyan edilmişdir, **********4271 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsinin 1-ci mövgeyində qeyd olunan mallar, yəni İFT20230Q0000135-1361nömrəli 21,02.2023-cü il tariff invoysun3, 4, 5, 7, 8, 10, 32, 33, 34, 4Vci mövqelərində qeyd olunan mallar XİF MN üzrə^**********” kod altında və **********4271 sorğu nömrəli xx.xx.2023-cü il tarixlrMömrük bəyannaməsinin 3-cü mövqeyində qeyd olunan mallar, yəni İFT**********135-136 nömrəli xx.xx.2023-cü il tarixli invoysun 11, 12, 16, 19, 21, 22, 23, 24, 25, 26, 27-ci mövqelərində qeyd olunan mallar XİF MN üzrə “**********" kod altında sinifləşdirilmişdir. İFT2023Q00000135-13d nömrəli xx.xx.2023-cü il tarixli invoysun 3, 4, 5, 7, 9, 10, 32, 33, 34, 41-ci mövqelərində qeyd olunan malların XİF MN üzrə “**********” kod və və 11, 12, 16, 19, 21, 22, 23, 24, 25, 26, 27-ci mövqelərində qeyd olunan malların XİF MN üzrə “**********” kod olmasına əsaslı şübhələr yaranmışdır. Bununla əlaqədar olaraq **********4271 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsinin 1-ci və 3-cü mövqelərində, yəni İFT**********135-136 nömrəli xx.xx.2023-cü il tarixli invoysun 3, 4, 5, 7, 9, 10,11,12, 16, 19, 21, 22, 23, 24, 25, 26, 27, 32, 33, 34, 41 -ci mövqelərində qeyd olunan malların XİFMN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə X2 İdarəsinə 1400-013/0xx-xx/002176 nömrəli xx.xx.2023-cü il tarixli məktubla müraciət olunmuş, həmin İdarədən Bakı Baş Gömrük İdarəsinə daxil olmuş 2200-015/002- 25/001344 nömrəli xx.xx.2023-cü İL tarixli rəyinə əsasən ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, "xxxx" MMC-nin ünvanına İFT**********135-136 saylı 21,02.2023-cü il tarixli invoysun 3-5, 7, 9-12, 16, 19, 21-27, 32- 34 və 41 -ci mal mövqeləri üzrə idxal olunan yükdən təqdim olunmuş nümunələr XİFMN görə fərqli kod altında sinifləşdirilmişdir. - Gömrük bəyannaməsi üzrə elektron çıxarışdan görünür ki, Şəxs MMC tərəfindən idxal olunan mallar xx.xx.2023-cü il tarixdə, saat 09:46-da rəsmiləşdirilmiş, xx.xx.2023-cü il tarixdə, saat 08:54-də buraxılmışdır. - X3 İdarəsı tərəfindən 07.03,2023-cü il tarixli, 2200-015/0xx-xx/001344 nömrəli ekspertiza rəyinə əsasən "Muradlı-M” MMC tərəfindən ödəniləcək gömrük ödənişlərinin məbləği barədə Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə məlumat verilməsi üçün Gömrük prosedurları və ödənişləri şöbəsinə 34/013/006985 saylı, 13 03 2023-ci il tarixli raportla sorğu verilmişdir. Həmin sorğuya cavab olaraq Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş 34/012/008552 saylı, 3003 2023-cü il tarixli raportda X2 İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixində 2200-015/***-*******4 nömrəli məktubla verilmiş Ekspert rəyində göstərilən XİF MN kodla sinifləşdirildiyi təqdirdə "Muradlı-M” MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği-idxal gömrük rüsumu üzrə 5074.15 AZN, Əlavə dəyər vergisi üzrə 913.23 AZN ümumilikdə 5987.38 (beş min doqquz yüz səksən yeddi manat 38 qəpik) manat təşkil etdiyi qeyd olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 noyabr 2023-cü il tarixli, 3-16-16/2-6/4869-9/6996 nömrəli rəyindən görünür ki, 1. Tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası Muradlı-M Məhdud Məsuliyyətli Cəmiyyəti" dairəvi əksi olan möhürlə möhürlənmiş, yazı əlavəsi olan karton qutunun içərisində olan Qutul: “7.BP 250.10 Genç Proffesional PU X16 12 kq- Tərkibində alkid qətranı əmələ gətirən birləşmələrin komponentləri vardır. Quru maddəsinin əsasını təşkil edən polimerin növü mürəkkəb poliefir əsaslıdır. “2.BN 1xx.xx.9123 X14 X7 0,75 L”- Tərkibində alkid qətranı əmələ gətirən birləşmələrin komponentləri vardır. Quru maddəsinin əsasını təşkil edən polimerin növü nitrosellüloza əsaslıdır. 2. Tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası Muradlı-M Məhdud Məsuliyyətli Cəmiyyəti" dairəvi əksi olan möhürlə möhürlənmiş, yazı əlavəsi olan karton qutunun içərisində olan Qutu 2: BN 100.100 X14 X8 2 kq- Tərkibində alkid qətranı əmələ gətirən birləşmələrin komponentləri vardır. Quru maddəsinin əsasını təşkil edən polimerin növü nitrosellüloza əsaslıdır. 3. Tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası Muradlı-M Məhdud Məsuliyyətli Cəmiyyəti" dairəvi əksi olan möhürlə möhürlənmiş, yazı əlavəsi olan karton qutunun içərisində olan Qutu 3: BP 133.77 Genç Proffesional PU X13- Tərkibində alkid qətranı əmələ gətirən birləşmələrin komponentləri vardır. Quru maddəsinin əsasını təşkil edən polimerin növü mürəkkəb poliefir əsaslıdır. 4. Tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası Muradlı-M Məhdud Məsuliyyətli Cəmiyyəti" dairəvi əksi olan möhürlə möhürlənmiş, yazı əlavəsi olan karton qutunun içərisində olan Qutu 4: VP 525.00 Genç Proffesional PU Vemik Parlak 12 kq- Tərkibində alkid qətranı və onu əmələ gətirən birləşmələrin komponentləri yoxdur. Quru maddəsinin əsasını təşkil edən polimerin növü poliüretan əsaslıdır. 5. Tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası Muradlı-M Məhdud Məsuliyyətli Cəmiyyəti" dairəvi əksi olan möhürlə möhürlənmiş, yazı əlavəsi olan karton qutunun içərisində olan Qutu 5: BN 100.77 X14 X9 Siyah- Tərkibində alkid qətranı əmələ gətirən birləşmələrin komponentləri vardır.Quru maddəsinin əsasını təşkil edən polimerin növü nitrosellüloza əsaslıdır. 6.Tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası Muradlı-M Məhdud Məsuliyyətli Cəmiyyəti” dairəvi əksi olan möhürlə möhürlənmiş, yazı əlavəsi olan karton qutunun içərisində olan Qutu 6: BL193.77.100 Genç Professional MDF Bariyeri 12 kq – tərkibində aalkid qətranı əmələ gəriən birləşmələrin komponentləri vardır. Quru maddəsinin ©sasını təşkil edən polimerin növü asetat əsaslı sintetik polimerlərdir. 7. Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Muradlı-M Məhdud Məsuliyyətli Cəmiyyəti” dairəvi əksi olan möhürlə möhürlənmiş, yazı əlavəsi olan karton qutunun içərisində olan Qutu 7: 1.BN 1xx.xx.7111 X14 X6 GRİ 2,5 kq- Tərkibində alkid qətranı əmələ gətirən birləşmələrin komponentləri vardır. Quru maddəsinin əsasını təşkil edən polimerin növü nitrosellüloza əsaslıdır.2. BN 1xx.xx.1000 X14 X12 Beyaz 2,5 kq- Tərkibində alkid qətranı və onu əmələ gətirən birləşmələrin komponentləri vardır. Quru maddəsinin əsasını təşkil edən polimerin növü nitrosellüloza əsaslıdır. 3.BN 1xx.xx.9103 X14 X12 Siyah 2,5 kq - Tərkibində alkid qətranı əmələ gətirən birləşmələrin komponentləri vardır. Quru maddəsinin əsasını təşkil edən polimerin növü nitrosellüloza əsaslıdır. 4. BN 1xx.xx.1000 X14 X10 2,5 L - Tərkibində alkid qətranı və onu əmələ gətirən birləşmələrin komponentləri vardır. Quru maddəsinin əsasını təşkil edən polimerin növü nitrosellüloza əsaslıdır. 5. VN 100.15 X14 Sellulozik Vernik - Mat 3 kq- Tərkibində alkid qətranı və onu əmələ gətirən birləşmələrin komponentləri yoxdur. Quru maddəsinin əsasını təşkil edən polimerin növü asetat əsaslı sintetik polimerlər və nitrosellüloza əsaslıdır. 6. VN 100.00 X14 Sellulozik Vernik-Parlak 3 kq- Tərkibində alkid qətranı və onu əmələ gətirən birləşmələrin komponentləri yoxdur. Quru maddəsinin əsasını təşkil edən polimerin növü asetat əsaslı sintetik polimerlər və nitrosellüloza əsaslıdır.7.VA/W7.00.8109 X1 - Ceviz pas 3 kq- Tərkibində alkid qətranı və onu əmələ gətirən birləşmələrin komponentləri yoxdur. Quru maddəsinin əsasını təşkil edən polimerin növü asetat əsaslı sintetik polimerlər və nitrosellüloza əsaslıdır. 8. BP 100.77 Genç Proffesional PU Astar Boya-Siyah 4,5 kq...”- Tərkibində alkid qətranı və onu əmələ gətirən birləşmələrin komponentləri yoxdur. Quru maddəsinin əsasını təşkil edən polimerin növü poliüretan əsaslıdır. 8. Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Muradlı-M Məhdud Məsuliyyətli Cəmiyyəti” dairəvi əksi olan möhürlə möhürlənmiş, yazı əlavəsi olan karton qutunun içərisində olan Qutu 8: 1. HP 900.00 Genç Proffesional PU Sertləşdirici 6 kq- Tərkibində alkid qətranı və onu əmələ gətirən birləşmələrin komponentləri yoxdur. Quru maddəsinin əsasını təşkil edən diizosinat və asetat əsaslı sintetik polimerlərdir. 2.HP 777.00 Genç Proffesional PU X4 6 kq- Tərkibində alkid qətranı və onu əmələ gətirən birləşmələrin komponentləri yoxdur. Quru maddəsinin əsasını təşkil edən diizosianat və asetat əsaslı sintetik polimerlərdir.3. BP 250.25 Genç Proffesional PU X17 Beyaz 3 kq- Tərkibində alkid qətranı və onu əmələ gətirən birləşmələrin komponentləri yoxdur. Quru maddəsinin əsasını təşkil edən asetat və poliüretan əsaslı polimerlərdir.4. VP 500.40 Genç Proffesional PU X15 Parlak 3 kq- Tərkibində alkid qətranı və onu əmələ gətirən birləşmələrin komponentləri Quru maddəsinin əsasını təşkil edən diizosianat və poliüretan əsaslı 380.77 Genç Proffesional PU Dolğu.Vernik 3 kq- Tərkibində alkid qətranı və onu əmələ gətirən birləşmələrin komponentləri yoxdur. Quru maddəsinin əsasını təşkil edən diizosianat və asetat əsaslı polimerlərdir. Təqdim olunmuş lak və boya materiallarının tərkibindəki komponentlərin (monomerlərin) nisbətini və birləşmə (reaksiya növünü) təyin etmək mümkün olmadığından onları təşkil edən tərkib komponentlərinin faizlə miqdarını müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati Xətalar Məcəlləsinin prinsiplərinə dair normalar xətada təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı qərarda həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Azərbaycan Respublikası İXM-in 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda - ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 104.2-ci maddəsinə əsasən malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən gömrük orqanları gömrük rəsmiləşdirilməsi məqsədi ilə mallardan prob və nümunələr götürmək və onların gömrük ekspertizasını aparmaq hüququna malikdirlər. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, müvafiq malları yoxlamaq, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün bu Məcəllənin 150.3-cü maddəsinə əsasən çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək, malların gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna malikdirlər. Həmin Məcəllənin 162.1-ci maddəsinə əsasən bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri tərəfindən bu Məcəllənin 163cü maddəsi ilə müəyyən edilmiş şərtlər yerinə yetirildikdən, bəyan olunan mallarla əlaqədar qanunvericiliklə qadağaların və məhdudiyyətlərin olmadığı müəyyən edildikdən, gömrük bəyannaməsindəki məlumatlar yoxlandıqdan dərhal sonra gömrük orqanları malların buraxılışını həyata keçirirlər. Həmin Məcəlllənin 162.2-ci maddəsinə əsasən gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdə, gömrük orqanları bəyannaməçidən müvafiq düzəlişlərin aparılmasını tələb edirlər. Buraxılış, həmin tələb yerinə yetirildikdən (bu Məcəllənin 163.6-cı maddəsində müəyyən edilmiş hal istisna olmaqla) və müvafiq gömrük ödənişləri ödənildikdən dərhal sonra həyata keçirilir. Beləliklə, məhkəmə tərəfindən tədqiq edilən sənədlərdən aydın olur ki, Şəxs MMC tərəfindən 27 fevral 2023-ci il tarixində təqdim edilmiş **********4271 saylı idxal gömrük bəyannaməsində qeyd edilən mallara görə 18375,3 manat manat idxal gömrük rüsumu ödənilmiş, Şəxs MMC tərəfindən idxal olunan mallar xx.xx.2023-cü il tarixdə, saat 09:46da gömrük orqanında rəsmiləşdirilmiş, xx.xx.2023-cü il tarixdə, saat 08:54-də buraxılmışdır. Bundan sonra gömrük orqanı tərəfindən idxal olunan malların kodunun dəyişdirilməsi və MMC-nin təqdim etdiyi qiymətlə gömrük kodlarındakı qiymətlərin fərqli olması əsası ilə Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin maddənin dispozisiyasından göründüyü kimi Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsinə əsasən tərkib gömrük ödənişlərinin ödənilməsindən yayınmağa görə tətbiq edilir. MMC tərəfindən isə 27 fevral 2023-ci il tarixində təqdim edilmiş **********4271 saylı idxal gömrük bəyannaməsində bəyan edilən mallar Bakı Baş Gömrük İdarəsi tərəfindən yoxlanılmış və bəyan edilən malların XİF MN üzrə kodunun yoxlayan orqanın sistemində mövcud olan kodla uyğunluğu yoxlanılaraq həmin malların düzgün bəyan edilməsi səbəbindən xx.xx.2023-cü il tarixində saat 08:54:23 tarixində rəsmiləşdirmənin bitdiyi və malın buraxılması barədə komitənin elektron sistemində bildiriş qeydə alınmış və MMC 18375,3 manat idxal gömrük rüsumu ödənilmişdir. İnzibati xəta haqqında protokol isə 10 aprel 2023-cü il tarixdə, yəni mallar üzərində müvafiq gömrük nəzarəti həyata keçirildikdən və həmin malların buraxılışı edildikdən sonra həyata keçirilmişdir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin tərkibi əlamətləri mövcud deyil. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Odur ki, Şəxs MMC-nin gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınma, bununla da Azərbaycan Respublikası İXM-in 505-ci maddəsində nəzərdə tutulan əməli törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-2/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2/2024
18.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver