Məhkəmə qərarları › İş №3(006)-200/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-200/2021

16.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-200/2021 16.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, qərarından şikayət verilmiş Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X1 iştirakı ilə, X3 Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 08 dekabr 2020-ci il tarixli protokolu əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 08 dekabr 2020-ci il tarixli protokolu əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X2 izahatında bildirmişdir ki, Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 08 dekabr 2020-ci il tarixli protokolu əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar 07 may 2021-ci il tarixdə ləğv edildiyindən işin mahiyyəti üzrə baxılıb qərar qəbul edilməsinə heç bir zərurət qalmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq şikayətçi X4 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə şikayətçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Bakı Nəqliyyat Agentliyinin nümayəndəsinin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, BNA ******* saylı, 08 dekabr 2020-ci il tarixli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar üzrə 08.12.2020-ci il tarixdə inzibati tənbeh növü olan cərimə cəzası tətbiq edilmiş lakin, 07 may 2021-ci il tarixdə həmin qərar ləğv edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Məhkəmə hesab edir ki, X3 Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 08 dekabr 2020-ci il tarixli protokolu əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsi geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X3 Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 08 dekabr 2020-ci il tarixli protokolu əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsi geri qaytarılsın. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar