Məhkəmə qərarları › İş №3(006)-2003/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2003/2024

25.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2003/2024 25.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X1, tələbkar X2 və onun nümayəndəsi X5 iştirakları ilə, "xxxx" X12 Yaradıcılıq Mərkəzi” MMC-nin direktoru Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN 20884526 saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə görə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5212/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən "xxxx" X12 Yaradıcılıq Mərkəzindən cəmi 11840 manat pul tutularaq tələbkar X4 ödənilməlidir. 1 saylı Bakı İnzibati-iqtisadi məhkəməsinin 2-2(81)-466/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən "xxxx" X12 Yaradıcılıq Mərkəzindən cəmi 115130,50 manat tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Bakı Apellyasiya məhkəməsinin 2-2(103)-682/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən "xxxx" X12 Yaradıcılıq Mərkəzindən cəmi 17978.60 manat tutularaq tələbkar "xxxx" MMC xeyrinə ödənilməlidir. Bakı Kommerisya Məhkəməsinin 2-2(113)-164/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən "xxxx" X12 Yaradıcılıq Mərkəzindən cəmi 6384.43 manat tutularaq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin 2- 2(103)-2160/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən "xxxx" X12 Yaradıcılıq Mərkəzindən cəmi 26867,6 manat pul tutularaq "xxxx" ASC xeyrinə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3250/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən "xxxx" X12 Yaradıcılıq Mərkəzindən cəmi 20114,63 manat pul tutularaq “Mətanət- A” şirkətinə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-632/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən "xxxx" X12 Yaradıcılıq Mərkəzindən cəmi 144176,14 manat pul tutularaq “Azəriqaz” İB-nin xeyrinə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1564/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən "xxxx" X12 Yaradıcılıq Mərkəzindən cəmi 8855 manat tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-196/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən "xxxx" X12 Yaradıcılıq Mərkəzindən cəmi 86820,14 manat tutularaq “Azəriqaz” İBnin xeyrinə ödənilməlidir. Bakı Kommersiya məhkəməsinin 2-2(81)- 813/2019 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən "xxxx" X12 Yaradıcılıq Mərkəzindən 10867,42 manat təşkil edən ƏDV məbləği, hər gecikdirilmiş günə görə 0,1 % hesablanmaq 1086,7 cərimə və 30 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1447/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən "xxxx" X12 Yaradıcılıq Mərkəzindən cəmi 13557,41 manat pul tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-795/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən "xxxx" X12 Yaradıcılıq Mərkəzi MMC-dən cəmi 22.550,56 manat pul tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin 2-2(81)-1110/2019 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən "xxxx" X12 Yaradıcılıq Mərkəzi MMC-dən cəmi 20888 manat pul tutularaq "xxxx" MMC xeyrinə ödənilməlidir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-137/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən "xxxx" X12 Yaradıcılıq Mərkəzindən cəmi 73.318,31 manat məbləğində pul tutularaq X6 ödənilməlidir. Lakin "xxxx" X12 Yaradıcılıq Mərkəzi” MMC-nin direktoru Şəxs oğlu icra sənədlərinin icrasını təmin etməmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X3 bildirmişdir ki, "xxxx" X12 Yaradıcılıq Mərkəzi” MMC-nin direktoru Şəxs 14 ədəd icra sənədi icraata daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilərək müvafiq bildirişlə birlikdə borclunun icra sənədlərində qeyd olunan ünvanına göndərilmişdir. Lakin tələb borclu tərəfindən tam şəkildə icra edilməmişdir. Görülmüş tədbirlərə baxmayaraq, borclu icra sənədlərinin icrasından və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən yayınmışdır. Qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar tələbkar X7 və onun nümayəndəsi X9 bildirmişlər ki, o, borclu tərəfindən icra sənədinin tam icra edilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq borclu barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq barəsində inzibati iş üzrə icraat aparılan vəzifəli şəxs məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5212/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən "xxxx" X12 Yaradıcılıq Mərkəzindən cəmi 11840 manat pul tutularaq tələbkar X4 ödənilməlidir. 1 saylı Bakı İnzibati-iqtisadi məhkəməsinin 2-2(81)-466/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən "xxxx" X12 Yaradıcılıq Mərkəzindən cəmi 115130,50 manat tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Bakı Apellyasiya məhkəməsinin 2-2(103)-682/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən "xxxx" X12 Yaradıcılıq Mərkəzindən cəmi 17978.60 manat tutularaq tələbkar "xxxx" MMC xeyrinə ödənilməlidir. Bakı Kommerisya Məhkəməsinin 2-2(113)-164/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən "xxxx" X12 Yaradıcılıq Mərkəzindən cəmi 6384.43 manat tutularaq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin 2-2(103)-2160/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən "xxxx" X12 Yaradıcılıq Mərkəzindən cəmi 26867,6 manat pul tutularaq "xxxx" ASC xeyrinə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3250/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən "xxxx" X12 Yaradıcılıq Mərkəzindən cəmi 20114,63 manat pul tutularaq “Mətanət-A” şirkətinə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-632/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən "xxxx" X12 Yaradıcılıq Mərkəzindən cəmi 144176,14 manat pul tutularaq “Azəriqaz” İB-nin xeyrinə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1564/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən "xxxx" X12 Yaradıcılıq Mərkəzindən cəmi 8855 manat tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-196/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən "xxxx" X12 Yaradıcılıq Mərkəzindən cəmi 86820,14 manat tutularaq “Azəriqaz” İBnin xeyrinə ödənilməlidir. Bakı Kommersiya məhkəməsinin 2-2(81)-813/2019 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən "xxxx" X12 Yaradıcılıq Mərkəzindən 10867,42 manat təşkil edən ƏDV məbləği, hər gecikdirilmiş günə görə 0,1 % hesablanmaq 1086,7 cərimə və 30 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1447/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən "xxxx" X12 Yaradıcılıq Mərkəzindən cəmi 13557,41 manat pul tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-795/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən "xxxx" X12 Yaradıcılıq Mərkəzi MMC-dən cəmi 22.550,56 manat pul tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin 2-2(81)-1110/2019 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən "xxxx" X12 Yaradıcılıq Mərkəzi MMC-dən cəmi 20888 manat pul tutularaq "xxxx" MMC xeyrinə ödənilməlidir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-137/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən "xxxx" X12 Yaradıcılıq Mərkəzindən cəmi 73.318,31 manat məbləğində pul tutularaq X6 ödənilməlidir. İcraata başlamaq haqqında qərarların və bildirişlərin surətindən görünür ki, yuxarıda göstərilən icra sənədləri əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərarlar dərhal icra olunması üçün bildirişlərlə birlikdə borclu "xxxx" X12 Yaradıcılıq Mərkəzi” MMC-nin direktoru Şəxs təqdim edilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, tələbkarın nümayəndəsinin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, "xxxx" X12 Yaradıcılıq Mərkəzi” MMC-nin direktoru Şəxs məhkəmə qərarları ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə 14 ədəd icra sənədinin icrasını tam təmin etməmiş, icra vərəqələrinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, "xxxx" X12 Yaradıcılıq Mərkəzi” MMC-nin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. "xxxx" X12 Yaradıcılıq Mərkəzi” MMC-nin direktoru Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə iclasında "xxxx" X12 Yaradıcılıq Mərkəzi” MMC-nin direktoru Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, "xxxx" X12 Yaradıcılıq Mərkəzi” MMC-nin direktoru Şəxs tərəfindən törədilən inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, "xxxx" X12 Yaradıcılıq Mərkəzi” MMC-nin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" X12 Yaradıcılıq Mərkəzi” MMC-nin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar