Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-2005/2021 14.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı Şəhər Reklam İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 29 iyul 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən, Şəxs ünvan 1 ünvanında 29 iyul 2021-ci il tarixdə, saat 16:30-da özünə məxsus “Yemək fabrikası” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 428.7.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı Şəhər Reklam İdarəsinin nümayəndəsi C.C.Abduləzimov öz izahatında bildirmişdir ki, inzibati xəta haqqında protokol tərtib edilərkən Şəxs adına olan VÖEN aktiv olmuşdur. Buna görə də sonuncunun barəsində idarənin müfəttişləri tərəfindən protokol tərtib edilmişdir. Bundan başqa, “Yemək fabrikası” adlı obyektin faktiki sahibi sistemdə Şəxs göstərir. Göstərilənləri nəzərə alaraq fərdi sahibkar Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, “Yemək fabrikası” adlı obyektdə 03 ay işləmiş, sonra mağazanı 2020-ci ilin noyabr ayında bağlayıb getmişdir. O, 24 oktyabr 2020-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinə qeydiyyatdan çıxarılmasına dair ərizə ilə müraciət etmiş, ərizəsi əsasında ona məxsus olan **********-17001 kodlu təsərrüfat subyekti (obyekti) adından qeydiyyatdan çıxarılmışdır. 2021-ci ilin iyun ayında o həmin obyektdə fəaliyyət göstərməmişdir. Həmin obyekt başqa şəxsin VÖEN-ni altında fəaliyyət göstərir. Hal-hazırda “Yemək fabrikası” adlı obyekt faktiki olaraq X4 icarə əsasında istifadəsindədir. Obyektin hər şeyi, hətta kassasıda onun müraciəti əsasında adından çıxarılmışdır. Həmin halları təsdiq edən sənədləri məhkəməyə təqdim edir. Göstərilənləri nəzərə alaraq barəsində başlanılmış inizbati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinin məktubunun surətindən görünür ki, Şəxs 22 oktyabr 2020-ci il tarixli ərizəsinə əsasən ona məxsus olan **********-17001 kodlu təsərrüfat subyektində quraşdırılmış Merkuri-130F-01 markalı, 00203660 nömrəli nəzarət kassa aparatı qeydiyyatdan çıxarılmışdır. İş materiallarına əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinin məktubunun surətindən görünür ki, Şəxs 24 oktyabr 2020-ci il tarixli ərizəsinə əsasən ona məxsus olan **********-17001 kodlu təsərrüfat subyekti (obyekti) qeydiyyatdan çıxarılmışdır. İş materiallarına əlavə edilmiş 28 oktyabr 2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, X3 (icarəyə verən) X2 (icarəçi) Səbail rayonu, Nizami küçəsi, ev 98 ünvanında yerləşən qeyri-yaşayış binasını icarəyə vermişdir. İş materiallarına əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********4 saylı arayışından görünür ki, X5 (VÖEN: **********) ünvan 2 ünvanında yerləşən təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması 06 noyabr 2020-ci il tarixdə təsdiq edilmiş, təsərrüfat subyektinin (obyektinin adı): “Yemək Fabrikası” şirniyyat evi, kodu isə **********-17001 nömrəsi olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı Şəhər Reklam İdarəsi tərəfindən müvafiq inzibati araşdırma natamam aparılmış, “Yemək Fabrikası” adlı obyektinin faktiki olaraq hansı şəxsin sahibliyində və istifadəsində olması düzgün araşdırılmadan, həmin obyektin hansı VÖEN nömrəsi altında fəaliyyət göstərməsi və subyekt düzgün müəyyən edilmədən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdiyi hallar üzrə araşdırma aparıldıqdan sonra sonuncu tərəfindən istinad edilən inzibati xətanın törədilib-törədilməməsini müəyyən etmək mümkündür. İndiki halda isə qeyd edilən halla bağlı protokolu tərtib edən orqan tərəfindən hər hansı araşdırma aparılmadan və ya natamam şəkildə aparılaq iş məhkəməyə göndərilmişdir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən sübut etmə vəzifəsi protokolu tərtib edən orqanın üzərinə düşür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta hadisəsinin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin şəxsin əməlində inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən (obyekt, obyektiv cəhət, subyekt və subyektiv cəhət) biri olan subyekt yoxdur. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar natamam olduğundan və mövcud natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və toplanmış material tamamlanması üçün Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı Şəhər Reklam İdarəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair 29 iyul 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və toplanmış material Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı Şəhər Reklam İdarəsinə geri qaytarılsın. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-2005/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-2005/2021
14.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver