Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-201/2021 06.01.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Pənahov Babək Əkbər oğlu, X3 oğlunun Bakı şəhər Dövlət X4 xx xxxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətinin baxılmağa hazırlanması zamanı M Ü Ə Y Y Ə N E T D İ M: Şikayətdə göstərilir ki, X2 xx.xx.2020-ci il tarixdə idarə etdiyi avtomobili ilə Bakı şəhəri, Tbilis prospekti, 48a saylı ünvanda hərəkətdə olarkən həmin ərazidə karantinlə bağlı qurulmuş stasionar postda saxlanılmış, müvafiq icazəsinin yanlış olmasına əsas gətirilərək barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi üzrə protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2020-ci il tarixli Qərarında qeyd olunur ki, qanunverici tərəfindən İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İş materiallarına görə inzibati xəta Bakı şəhəri, Tbilisi prospekti, 48a ərazisində törədilmiş, “Tbilisi prospekti, 48a” isə Bakı şəhərinin iki inzibati ərazi vahidində (Yasamal və Nəsimi rayonları) yerləşir. Belə olan halda isə işin ərazi aidiyyətini müəyyən etmək mümkün deyil. Şikayət verən şəxsin yaşayış yeri isə Bakı şəhəri, Nəsimi rayonu, Ak. Həsən Əliyev küçəsi, 1 d, mənzil 88-dir. Eyni zamanda vəzifəli şəxsin qərarından verilmiş şikayətə şikayətçinin yaşayış yeri üzrə baxılması barədə vəsatət mövcud deyil. Qeyd olunanlarla əlaqədar hesab edirəm ki, hazırkı şikayət aidiyyət qaydalarına uyğun verilmədiyindən geri qaytarılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcudluğu məsələləri həll edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: X3 oğlunun Bakı şəhər Dövlət X4 xx xxxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-201/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-201/2021
06.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver