Məhkəmə qərarları › İş №3(006)-2016/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-2016/2020

24.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-2016/2020 24.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlu, X1 Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin baş leytenantı Ramil Aslanov tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qərarından verdiyi şikayət ərizəsini məhkəmədə baxmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: X2şikayətlə məhkəməyə müraciət edərək MN ******* saylı, xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. X2 tərəfindən verilmiş şikayəti və ona əlavə edilmiş materialları araşdıraraq hesab edirəm ki, X1 şikayəti aidiyyəti üzrə baxılması üçün Sumqayıt şəhər məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.2-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. İş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən əldə olunmuş çıxarışdan görünür ki, şikayətçi X1 yaşayış yeri Sumqayıt şəhəri, 12-ci mikrorayon, MİK-12, ev ½, mənzil 37-dir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.4-cü maddəsinə əsasən şikayətin və protestin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim tərəfindən şikayətin və ya protestin baxılması onun səlahiyyətinə aid olmadıqda, şikayəti və ya protesti bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Qeyd olunanlara əsasən hesab edirəm ki, verilmiş şikayətin Nəsimi rayon məhkəməsində baxılması üçün hüquqi əsaslar olmadığından aidiyyəti üzrə baxılması üçün Sumqayıt şəhər məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.4 və 132.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin baş leytenantı Ramil Aslanov tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qərarından verdiyi şikayəti aidiyyəti üzrə baxılması üçün Sumqayıt şəhər məhkəməsinə göndərilsin. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar