Məhkəmə qərarları › İş №3(006)-202/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-202/2025

24.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-202/2025 24.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" QSC) nümayəndəsi X1 iştirakı ilə, "xxxx" QSC-nin (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Natiq Şahbazov, ev 25, mənzil 10; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 430.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokola görə "xxxx" QSC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir, ona görə ki, o, 850000.00 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçsə də, 54112.75 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. "xxxx" QSC-nin direktoru məhkəməyə etiraz ərizəsi ünvanlayaraq qeyd etmişdir ki, yeni il qabağı Türkiyə Cumhuriyyətinin, Gürcüstan Respublikasının və Azərbaycan Respublikasının sərhədlərində avtomobillər vaxtında keçə bilmədikləri üçün bəyannamə 1 həftə gec verilmiş, yalnız 1273.89 ABŞ dolları kəsrləri qalmışdır. Məhkəmə iclasında "xxxx" QSC-nin nümayəndəsi X2 izahat verərək göstərmişdi ki, "xxxx" QSC ilə “CASSA OFİS GEREÇLERİ SANAYİ VE TİCARET A.Ş” şirkəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən "xxxx" ASC-də olan hesabdan həmin şirkətin bank hesabına qabaqcadan avans olaraq 850000.00 ABŞ dolları məbləğində vəsait köçürülmüş, həmin vəsait hesabına alınan malların bir qismi ölkəyə idxal olunsa da, qalıq 54112.75 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxal olunması gecikmişdir. Belə ki, 54.112,75 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar 2024-cü ilin dekabr ayının 9-na kimi ölkəyə gətirilməsi planlaşdırılsa da, lakin dekabr ayında Türkiyə Cumhuriyyətinin, Gürcüstan Respublikasının və Azərbaycan Respublikasının sərhədlərində yaranmış sıxlıqla əlaqədar malları gətirən avtomobillər gömrük postundan zamanında keçə bilməmiş, buna görə də bəyannamələrin verilməsi gecikdirilmişdir. Lakin, 51.351,75 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilmiş, 2,761 ABŞ dolları kəsrləri qalmışdır. Köçürülmüş vəsait alınan malların ölkəyə idxal edilməsi faktı isə təqdim etdikləri gömrük bəyannamələri ilə sübuta yetirilir. Göstərilənləri nəzərə alınmaqla iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş quruma bildiriş göndərilsə də, qurumun nümayəndəsi məhkəmədə iştirak etməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına göndərilmiş xx.xx.2024-cü il tarixli məlumatda "xxxx" QSC-nin ödənişin aparıldığı gündən 02 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin təqdim edilməməsi göstərilmişdir. - Xarici valyutada köçürmələr üçün ərizədən görünür ki, "xxxx" QSC tərəfindən Cənubi Koreya Respublikasında yerləşən “CASSA OFİS GEREÇLERİ SANAYİ VE TİCARET A.Ş” şirkətinin hesabına xx.xx.2022-ci il tarixdə 850000.00 ABŞ dolları məbləğində pul göndərilmiş, həmin məbləğ qismən bağlanmış və qalıq avans 54112.75 ABŞ dolları təşkil edir; - xx.xx.2024-cü il tarixli **********2356 saylı gömrük bəyannaməsindən görünür ki, xx.xx.2017-ci il tarixli üzrə “CASSA OFİS GEREÇLERİ SANAYİ VE TİCARET A.Ş” şirkəti tərəfindən "xxxx" QSC-yə xx.xx.2024-cü il tarixdə 20.824.58 ABŞ dolları məbləğində mal idxal olunmuşdur. - xx.xx.2024-cü il tarixli **********7611 saylı gömrük bəyannaməsindən görünür ki, xx.xx.2017-ci il tarixli üzrə “CASSA OFİS GEREÇLERİ SANAYİ VE TİCARET A.Ş” şirkəti tərəfindən "xxxx" QSC-yə xx.xx.2024-cü il tarixdə 30.527.21 ABŞ dolları məbləğində mal idxal olunmuşdur. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" QSC xx.xx.2022-ci il tarixdə “CASSA OFİS GEREÇLERİ SANAYİ VE TİCARET A.Ş şirkətinin hesabına xx.xx.2017-ci il tarixli müqavilə üzrə 850000.00 ABŞ dolları məbləğində vəsait xaricə köçürülmüş, ödənişin aparıldığı 2 il müddət ərzində 795.887,25 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilmiş, qalıq avans 54.112,75 ABŞ dolları təşkil etmişdir. Lakin məhkəməyə təqdim edilmiş gömrük bəyannamələri ilə müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə 20.824.58 ABŞ dolları məbləğində, xx.xx.2024-cü il tarixdə isə 30.527.21 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilmiş, bununlada qalıq avans 54.112,75 ABŞ dollarının məbləğinin 51.351,75 ABŞ dolları məbləği hesabına alınan mallar ölkəyə idxal edilmiş, qalıq avans 2,761 ABŞ dolları təşkil edir. Bu məqamda məhkəmə qeyd edir ki, işin bütün halları nəzərə alınmaqla "xxxx" QSC-nin iradəsindən asılı olmayan səbəblərdən, yəni fors-major vəziyyətə görə qalıq avans məbləğində vəsait hesabına alınan malların vəsaitin köçürüldüyü 2 il müddətdən ümumilikdə 7 gün gecikmə ilə ölkəyə idxal edilməsi maliyyə qaydaları əleyhinə olan inzibati xətanı törətməsi QSC-nin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mərkəzi X3 xx.xx.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Qeyd edilən maddənin dispoziyasından göründüyü kimi, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət müəyyən edilir. Müqavilə üzrə avans olaraq ödənilmiş 850.000.00 ABŞ dolları vəsaitdən qalıq vəsait 2.761 ABŞ dolları təşkil edir və belə olduğu təqdirdə məhkəmə hesab edir ki, geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən az olduğundan alınmaqla "xxxx" QSC-nin hərəkətlərində inzibati xəta tərkibi yoxdur. Bu səbəbdən məhkəmə, "xxxx" QSC tərəfindən Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş məbləğin geri qaytarılmaması kimi hərəkətlərə yol verilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu Məcəllənin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, "xxxx" QSCnin hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Bu səbəbdən "xxxx" QSC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: "xxxx" QSC barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar