Məhkəmə qərarları › İş №3(006)-2020/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2020/2020

09.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2020/2020 09.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Pənahov Babək Əkbər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş X1 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: xx.xx.1998-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), Sabirabad rayonu, Füzuli küçəsi, dalan 1, ev 14-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi üzrə tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 11:20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində «VAZ 21013 MİNİK» markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş halda idarə etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X3 izahatında bildirdi ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 11:10 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində xidmətdə olarkən “VAZ 21013 MİNİK” markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən işıq cihazlarından istifadə qaydalarının pozulmasına, habelə avtomobilin ağırlıq mərkəzinin pozulmasına yönəlmiş dəyişiklik edildiyinə görə tərəfindən saxlanılmışdır. Bu zaman sürücü Şəxs spirtli içkinin qoxusu gəldiyindən onu alkotester müəyinəsindən keçirmiş və müəyyən olunmuşdur ki, o, nəqliyyat vasitəsini sərxoş halda idarə edir. Bununla bağlı tərtib edilmiş “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında Protokol”da Şəxs həmin nəticə ilə razı olduğunu və pivə qəbul etdiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxin inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 11:20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində “VAZ 21013 MİNİK” markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol patrul xidmətinin əməkdaşı tərəfindən saxlanılaraq içkili olduğu bildirilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin həmin vaxt o, sərxoş olmamış, bununla bağlı tibbi müayinədən də keçmişdir. Həmin aktı məhkəməyə təqdim edir. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilirvə o, həmin maddə üzrə təqsirli bilinməlidir. İş materiallarında olan: - Sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitənin çıxarışından görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 11:14-də **-OG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin “Bayramov” soyadlı sürücüsündə aşkar edilmiş alkoqolun miqdarı 0,418‰ təşkil edir; - “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında Protokol”a əsasən Şəxs spirtli içki (pivə) qəbul etdiyi, alkotesterin nəticəsi ilə razı olduğu və həkimə getməyə ehtiyac olmadığı barədə qeyd aparmışdır; - xx.xx.2020-ci il tarixli, 2/5653 saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi Aktı”na əsasənŞəxs saat 15:30-da alkoqol qəbulu əlamətləri müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-cü maddəsinin “Qeyd” hissədinə göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən təqdim edilmiş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi Aktı” ilə bağlı bildirir ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 11:20 radələrində hadisə yerində tərtib edilmiş “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokol”a görə Şəxs spirtli içki qəbul etdiyini etiraf edərək bu barədə qeyd aparmış, eyni zamanda həmin vaxt alkotesterlə keçirilən yoxlama nəticəsində əldə olunmuş nəticəyə əsasən onda aşkar edilmiş alkoqolun miqdarı 0,418‰ təşkil etmişdir. Bununla da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqdim etdiyi, xx xxxxxx 2020-ci il tarixdə baş vermiş hadisədən sonra saat 15:30 radələrində tərtib olunantibbi müayinə aktının əsaslılığı şübhə doğurur İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bu Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini və digər halları nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək ona nəqliyyat vasitələrini idarə etmə hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar