Məhkəmə qərarları › İş №3(006)-2022/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2022/2022

28.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2022/2022 28.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X5 Şikayətçi: X1 Qərarından şikayət verilən Bakı şəhər X11 İdarəsinin orqan: nümayəndəsi Ələkbərzadə Nicat Vaqif oğlunun iştirakları ilə X1 Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermək haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X3 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, 21.05.22-ci il tarixdə, təxminən saat 15:10 radələrində Bakı şəhəri, C.Məmmədquluzadə küçəsində iki zolaqlı yolda “HYUNDAİ ELANTRA” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ailəsi ilə birlikdə 40-50 km/s hərəkət etdiyi vaxt yolun sərt sağa əyilmə yerindən keçərkən onun sol zolağında bir avtomobil hərəkət edirdi. O, öz zolağı ilə hərəkətdə olarkən sağ tərəfindən, yolun əyilmə tərəfindən sürətlə gələn başqa bir avtomobil onu sağdan, ensiz, qarşısı görünməz yoldan ötərkən avtomobilinin qabaq sağ qanadını əzərək vurub keçdi. O da “102 xidmət”inə zəng vurub hadisə haqqında məlumat vermişdir. Hadisə yerinə təxmini 1 saatdan sonra Bakı şəhər X10 İdarəsinin əməkdaşı X4 gəlmiş və hadisə haqqında heç bir şey soruşmadan onlardan sənədləri alıb demişdir ki, növbəti günü saat 12-dən sonra idarəyə yaxınlaşsınlar. O da həmin günü idarəyə gedərək izahat vermiş və bu zaman ona bildirilmişdir ki, baş verən hadisədə günahkar odur. Ötmə manevrinin qaydaları “Yol hərəkəti haqqında” Qanunun 51-ci maddəsində təsbit olunur: Ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki, girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaq. Ötmənin ən vacib qaydalarından biri sağdan ötmənin qadağan edilməsidir. Eyni zamanda Qanunun 51-ci maddəsinin İİ hissəsində deyilir ki, relssiz nəqliyyat vasitəsini yalnız sol tərəfdən ötməyə icazə verilir. Hesab edir ki, polis əməkdaşının ona qarşı yazdığı qərar qanunsuzdur. Bu səbəbdən də Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermək haqqında qərar ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında şikayətçi X3 şikayətdə göstərilənlərə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında qərarı qəbul etmiş qurumun nümayəndəsi X2 izahatında göstərdi ki, X3 21 may 2022-ci il tarixdə, saat 15:40 radələrində Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi ilə idarə etdiyi “Hyundaı Elantra” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə manevr qaydasını pozaraq özündən sağda hərəkətdə olan “Lexus” markalı avtomobilin arxa sol qanadını vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Videogörüntüdən də müəyyən olunur ki, “Hyundaı Elantra” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü təhlükəli manevr edərək hərəkətin digər iştirakçısına zərər yetirir. Bununla əlaqədar Bakı şəhəri Baş Polis İdarəsinin X11 İdarəsinin yol nəqliyyat hadisələri şöbəsinin əməkdaşı Elnur Qafarov tərəfindən araşdırma aparılmış və müəyyən edilmişdir ki, X3 hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddsəinin İ-ci hissəsinin tələbinə pozaraq manevr qaydasını pozmuşdur. Ona görə də barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunmuş və xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermək haqqında qərarla o, 40 manat məbləğində inzibati tənbeh tətbiq edilmişdir. Göstərilənlərə əsasən şikayətin rədd edilməsini, xx.xx.2022-ci il tarixli tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlamasını xahiş edirəm. İş materiallarında olan: - xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola görə X3 idarə etdiyi “Hyundaı Elantra” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində hərəkətdə olarkən manevr qaydalarını pozaraq İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətaya yol vermişdir; - xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermək haqqında qərara əsasən X3 xx.xx.2022-ci il tarixdə “Hyundaı Elantra” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş, bununla da o, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuşdur; - Videogörüntüyə əsasən “Hyundaı Elantra” markalı, **-XZ-*** qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yolun orta hissəsində hərəkət edərkən manevr etmə qaydasını pozaraq ondan sol tərəfdə hərəkətdə olan “Lexus” markalı avtomobilin arxa sol qanadını vurur. Məhkəmə iş materiallarını araşdıraraq, habelə proses iştirakçısının izahatını dinləyərək belə nəticəyə gəlir ki, X3 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin İ-ci hissəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə məsuliyyət müəyyən edir. Məhkəmədə müəyyən edilir ki, X3 xx.xx.2022-ci il tarixdə “Hyundaı Elantra” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində idarə edərkən təhlükəli manevr edərək hərəkətin digər iştirakçısına zərər yetirir. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Baş X11 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermək haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar