Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2026/2020 03.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Pənahov Babək Əkbər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İnzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş şəxs X1 iştirakları ilə X1 Bakı şəhər Səbail rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə icla-sın-da baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X5 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 12:16-da ərzaq və dərman almaq üçün “8103” SMS xidmətindən istifadə edərək 2 saat müddətinə icazə alıb evdən çıxmış, idarə etdiyi “X9” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avotmobil ilə Nizami küçəsi ilə S.Vurğun küçəsinin kəsişməsində olan postda Bakı şəhəri Dövlət X7 Yol Patrul xidməti inspektoru X2 tərəfindən saxlanılaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi üzrə xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və qeyd olunan protokol əsasında da həmin tarixdə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək o, 100 manat məbləğində cərimə edilmişdir. O, polis əməkdaşına hələ 20 dəqiqə icazə müddətinin olduğunu və yaşadığı evin yaxın məsafədə yerləşdiyini bildirsə də, sonuncu onunla kobud şəkildə danışmış və dediklərinə əhəmiyyət verməyərək barəsində əsassız olaraq protokol tərtib etmişdir. Qərar qanunsuz və əsassız olduğu üçün onun ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş olunur. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş X5 şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq qərarı qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan: - “8103” SMS xidmətindən olan çıxarışa əsasən AZE07045474 saylı şəxsiyyət vəsiqəsinin sahibinə xx.xx.2020-ci il tarixdə, saat 12:16-da yaşayış yerini 2 saat müddətinə tərk etməsinə icazə verilmişdir; - X4 məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin vəsiqənin seriya və nömrəsi AZE07045474-dir; - xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X5 həmin tarixdə, saat 14:00-da karantin rejimini pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi üzrə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 124 saylı Qərarına müvafiq olaraq Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə 05 aprel saat 00:00-dan 20 aprel saat 00:00-dək hərəkət məhdudiyyətləri müəyyən olunmuşdur. Həmin Qərarın 1.5-ci bəndinə görə bu Qərarın 1.4-cü bəndində göstərilən şəxslər yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS - məlumat göndərməlidirlər. SMS məlumatın mətnində aşağıdakı 3 indeksdən biri və şəxsin şəxsiyyətini təsdiq edən məlumat qeyd edilməlidir: təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar (1.5.1); ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar (icazə 2 saat müddətinə gündə 1 dəfə verilir, dövlət xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk edən şəxslər üçün geri qayıtma müddəti müvafiq dövlət qurumu tərəfindən verilən arayışla müəyyən edilir-1.5.2); yaxın qohumunun dəfnində iştirakla əlaqədar (1.5.3). Qeyd olunan Qərarın 1.7-ci bəndinə əsasən şəxs yaşayış yerini və olduğu yeri yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər. Göründüyü kimi, X5 xx.xx.2020-ci il tarixdə, saat 12:16-da karantin rejiminin qaydalarına uyğun olaraq “8103” SMS xidmətindən istifadə edərək 2 indeksi üzrə müvafiq qaydada icazə almışdır, həmin icazənin müddəti isə qaydalara uyğun olaraq saat 14:16da bitir. Lakin iş materiallarından da aydın olur ki. İnzibati xəta haqqında protokol həmin tarixdə saat 14:00-da tərtib edilmişdir. Beləliklə, barəsində karantin rejiminin tələblərini pozmasına görə inzibati xəta haqqında protokol tərtib edildiyi vaxt hələ icazə müddəti bitmədiyindən şikayət vermiş şəxs tərəfindən karantin rejiminin tələblərinin pozulması faktı müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhər Səbail rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Bakı şəhər Səbail rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-2026/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2026/2020
03.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver