Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2028/2020 25.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Ağayev Cavad Elşad oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci PB-nin sahə inspektoru, polis mayoru X1, Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri, Nəsimi Rayonu, Mərdanov Qardaşları küçəsi, döngə 16 üvnanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs zərərçəkmiş şəxsi döyərək qəsdən ona fiziki ağrı yetirmişdir. Belə ki, Şəxs xx xxxx 2020-ci il tarixdə X2 mübahisə zamanı xəsarət yertirmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci PB-nin sahə inspektoru, polis mayoru X4 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, əvvəllər də Zərərçəkmiş şəxs ilə Şəxs arasında mübahisələr olmuş və onlara dəfələrlə xəbərdarlıq edilmiş, lakin sonuncu həmin xəbərdarlıqlara məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmiş və tərəflər arasındakı son mübahisə fiziki zor tətbiq etmə ilə müşahidə olunmuşdur. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, sahə inspektoru X4 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şəxs protokol tərtib edilməsi üçün xx xxxxxx 2020-ci il tarixə, saat 15:30-a Polis Bölməsinədəvət edilmiş və onun iştirakı ilə protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək göstərmişdir ki, hazırki iş üzrə Zərərçəkmiş şəxs onun qonşusudur. O, heç vaxt həmin şəxsi vuraraq ona xəsarət yetirməmişdir. Bunlar hamısı tamamilə şər-böhtandır. Onların arasında sadəcə söz mübahisəsi olmuşdur. Polis əməkdaşı zəng vuraraq onu PB-nə dəvət etmiş və oda PB-nə gəlmişdir. Göstərilən halları nəzərə alaraq barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bundan başqa, Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, inzibati qaydada tutlamamış, xx xxxxxx 2020-ci il tarixdə, saat 15:30-da Polis Bölməsinə gəlmiş, Polis Bölməsindəolarkən hüquq və vəzifələri ona izah edilmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmişdir. Bundan əlavə, məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hazırda məhkəmə iclasında hüquqlarının müdafiəçi tərəfindən müdafiə edilməsinə ehtiyacı yoxdur, bu, onun maddi vəziyyəti ilə əlaqədar deyildir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs öz izahatında bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə, küçədə olarkən Şəxs ilə aralarında mübahisə olmuş və Şəxs atası və anası ilə birlikdə onunla dalaşmış, Babək Rəfael oğlunun atası daşla hücum edərək dayandığı istiqamətə daş atmış, lakin daş yerə düşərək ona dəyməmişdir. Şəxs ona dəmirlə vurmaqla xəsarət yetirmişdir. Göstərilən halları nəzərə alaraq, Şəxs barəsində ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmamışdır. Məhkəmə iclasında şahid qismində iştirak edən şəxs X5 izahatında göstərmişdir ki, qonşuları olan Şəxs ilə Zərərçəkmiş şəxs arasında mübahisə olmuş və onlar arasında yaranan səs-küyə görə küçəyə çıxmış, bu zaman Şəxs Zərərçəkmiş şəxs üzərinə yeriyərək ona dəqiq görmədiyi əşya ilə xəsarət yetirdiyinin şahidi olmuşdur. Məhkəmə iclasında şahid qismində iştirak edən şəxs X3 izahatında göstərmişdir ki, qonşuları olan Şəxs ilə Zərərçəkmiş şəxs arasında mübahisə olmuş və o onlar arasında yaranan səs-küyə görə küçəyə çıxmış, bu zaman Şəxs Zərərçəkmiş şəxs üzərinə yeriyərək ona dəqiq görmədikləri əşya ilə xəsarət yetirdiyinin şahidi olmuşdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, həmçinin Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həlli üçün qərarın surəti Nəsimi RPİ-nin 21-ci PB-nin aidiyyatı əməkdaşına göndərilmişdir. Həmin qərarın təsviri hissəsində qeyd edilmişdir ki, məhkəmə-tibbi ekspertizasının 475 saylı xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-sol süd vəzinin, sağ bazunun və sol saidin qançırları, hər iki bazunun və sağ saidin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdilər, həm ümumilikdə və həm də ayrı ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildikdən dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdilər və şəxsin özü tərəfində yetirilməsi inandırıcı deyildir . Beləliklə, Şəxs törətdiyi inzibati xəta əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin və polis əməkdaşının məhkəmə iclasında verdikləri ifadələri və digər iş materialları ilə onun zərərçəkmiş şəxsi döyərək qəsdən ona fiziki ağrı yetirməsi və bununla da, Azərbaycan Respublikasının İXM-nin 157ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İXM-nin 157-ci maddələri ilə tövsif edilməlidir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İXM-nin 31.4-cü maddəsinə əsasən bu məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də, inzibati tənbehin məqsədinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən, saat 15:30-dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 43, 106- 112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 157-ci maddələrini rəhbər tutaraq, məhəkmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən, saat 15:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hakim: Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-2028/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2028/2020
25.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver