Məhkəmə qərarları › İş №3(006)-2028/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2028/2022

08.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2028/2022 08.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ASC-nin Nəsimi rayon Sukanal idarəsinin hüquq məsləhətçisi X1, protokolu tərtib edən şəxs Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin polis sahə inspektoru X5 iştirakları ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi tərəfindən tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2022-ci il, xx.xx.2022, xx.xx.2022-ci il tarixlərdə Bakı şəhəri, Nəsimi rayonu, 1-ci MKR, 2-ci MKR və 4-cü MKR ərazisində Zərərçəkmiş şəxs ASC-nin Nəsimi rayon Sukanal İdarəsinə məxsus ümumilikdə 11 ədəd baxış quyusu qapaqlarını oğurlamışdır. Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 19-ci Polis Şöbəsinin polis sahə inspektoru X7 izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs ASC-nin Nəsimi rayon Sukanal İdarəsinin xx.xx.2022-ci il tarixdə Nəsimi RPİ-yə daxil olmuş və xx.xx.2022-ci il tarixdə icra üçün 19-cu Polis şöbəsinə göndərilmiş məktubuna əsasən 21-22 mart 2022-ci il tarixlərində M.Cəlal küçəsi 36 ünvandan 1, M.Cəlal küçəsi 2A ünvandan 1, 20 yanvar küçəsi 1 ünvandan 1, Moskva prospekti 70 ünvandan 1, Cavadxan küçəsi 3 ünvandan 2, Cavadxan küçəsi 7 ünvandan 1, A.Məhərrəmov küçəsi 25 ünvandan 3 və H.B.Əliyev küçəsi 22 ünvandan 1 ədəd (cəmi 11 ədəd) baxış quyularının (lyuk) qapaqlarının oğurlanması bildirilmişdir. Müraciət xx.xx.2022-ci il tarixdə raport əsasında qeydiyyata alınmış və təhqiqatçının icraatına verilmişdir. Araşdırma aparıldıqdan sonra əməldə cinayət tərkibi olmadığı üçün təhqiqatçı tərəfindən xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuş və material üzrə əməli törətmiş şəxs və ya şəxslərin yaxalanaraq barələrində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tələblərinə əsasən inzibati tənbeh tədbirinin görülməsi məqsədilə qəbul edilmiş qərarın surəti icra edilməsi üçün Nəsimi RPİ-nin 19-cu PŞ-yə həvalə edilmişdir. Bundan sonra, aparılmış əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxsin Şəxs olduğu müəyyən edilmiş və sonuncu polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilmiş, şəxs əməlini etiraf etdiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətada özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, o, narkotik vasitələrin aludəçisi olduğu üçün məcbur olub Nəsimi rayonu ərazisində 1-ci, 2-ci və 4-cü mikrorayon ərazisində müxtəlif vaxtlarda su idarəsinə məxsus baxış qapaqlarını oğurlayıb dəmir yığan şəxslərə 20-25 manat məbləğində pula satmışdır. Qeyd edilən hadisə ilə bağlı polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Orada törətdiyi əməli etiraf etmişdir. İzahatının sonunda törətdiyi əməldən peşman olduğunu, himayəsində azyaşlı uşağının olmasını nəzərə alıb, həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ASC-nin Nəsimi rayon Sukanal İdarəsinin hüquq məsləhətçisi X2 verdiyi izahatında göstərmişdir ki, cari ilin mart ayının 20-23 tarixlərində Nəsimi rayon Sukanal İdarəsinə rayonun bəzi küçələrindən baxış quyularının qapaqlarının oğurlanması barədə ayrı-ayrı şəxslərdən məlumatlar daxil olmuşdur. Bundan sonra Nəsimi rayon Polis İdarəsinə bununla bağlı müraciət olunmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, naməlum şəxs və ya şəxslər tərəfindən 20-23 mart 2022-ci il tarixlərində M.Cəlal küçəsi 36 ünvandan 1, M.Cəlal küçəsi 2A ünvandan 1, 20 yanvar küçəsi 1 ünvandan 1, Moskva prospekti 70 ünvandan 1, Cavadxan küçəsi 3 ünvandan 2, Cavadxan küçəsi 7 ünvandan 1, A.Məhərrəmov küçəsi 25 ünvandan 3 və H.B.Əliyev küçəsi 22 ünvandan 1 ədəd (cəmi 11 ədəd) baxış quyularının (lyuk) qapaqları oğurlanmışdır. Oğurluq nəticəsində Zərərçəkmiş şəxs ASC-yə hər birinin qiyməti 98 manat olmaqla ümumilkdə 1082 manat ziyan dəymişdir. Hal-hazırda onlara dəymiş ziyan Şəxs tərəfindən ödənilmədiyindən ona qarşı şikayətçidir və sonuncu barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarında olan 08 iyun 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 08 iyun 2022-ci il tarixdə, saat 17.30-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin təhqiqatçısı X3 tərəfindən araşdırma aparılaraq, hadisəni törətmiş şəxs(lər)in əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmiş, həmçinin hadisəni törətmiş şəxs(lər)in tapılaraq Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün toplanmış materiallar Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə göndərilmişdir. Məhkəmə Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin polis sahə inspektoru X7 tərəfindən tərtib edilmiş 08 iyun 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyəti müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs tənbeh tədbirinin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 03 (üç) ay müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs müddətinin əvvəli 07 iyun 2022-ci il tarixdən, saat 17:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X6 Məntəqəsinə və Nəsimi rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar