Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-2031/2020 27.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Pənahov Babək Əkbər oğlu, X1 Bakı şəhəri Nizami Rayon Dövlət Yol Polis şöbəsinin xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının icrasına xitam verilməsi barədə vəsatətinə baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: X2 barəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən o, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Hazırda X2 məhkəməyə ərizə ilə müraciət edərək qeyd olunan qərarın icrasına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 143.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin maddi vəziyyəti nəzərə alınmaqla, inzibati cərimənin ödənilməsi bu barədə qərar qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən altı ayadək müddətə uzadıla bilər. X2 barəsində xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar Bakı şəhəri Nizami Rayon Dövlət Yol Polis şöbəsi tərəfindən qəbul edildiyindən hesab edirəm ki, həmin qərarın icrasına xitam verilməsi məsələsinə də bu orqan (vəzifəli şəxs) tərəfindən baxılmalıdır. Bu səbəbdən də qərarın icrasına xitam verilməsinə dair vəsatətgeri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: X1 Bakı şəhəri Nizami Rayon Dövlət Yol Polis şöbəsinin xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının icrasına xitam verilməsi barədə vəsatəti geri qaytarılsın. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-2031/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-2031/2020
27.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver