Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2034/2021 12.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayətçi X2 iştirakı ilə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşı tərəfindən tərtib edilmiş 09 iyul 2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 12 iyul 2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşı tərəfindən tərtib edilmiş 09 iyul 2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 12 iyul 2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 09 iyul 2021-ci il tarixdə, saat 12:39 radələrində “28 Mall” Ticarət Mərkəzinin çıxışında DİN-nin Nəsimi RPİ-nin polis əməkdaşı tərəfindən saxlanılmışdır. Onu saxlayan sahə inspektoru X1 rejiminin pozulmasını məhz üz maskasının tam taxılmaması və burun nayihəsinin açıq saxlanmasını səbəb kimi göstərmiş və inzibati xəta haqqında ******* nömrəli protokol tərtib etmişdir. Diqqətinizə çatdırmaq istəyir ki, səhhətində oksigen çatışmamazlığı səbəbindən yaranan hipoksiya haqqında Nəsimi Rayon 1 nömrəli Uşaq Poliklinikası tərəfindən 22.12.2020-ci il tarixində verilmiş və üzərində gəzdirdiyi tibbi arayışa onu saxlayan polis əməkdaşı heç bir əhəmiyyət verməmiş arayışla tanış olmamış və onun barəsində protokol tərtib etmişdir. Göstərilənləri nəzərə alaraq onun haqqında tərtib olunmuş 09.07.2021-ci il tarixli, ******* nömrəli protokolun ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi H.S.Hüseynov şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilmiş Nəsimi RPİ-nin 22-ci PB-yə lazımi qaydada məlumat verilsə də (04 avqust 2021-ci il tarixli reyestrin 06 sıra nömrəsi ilə), Nəsimi RPİ-nin 22-ci PB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri haqqında məhkəməyə məlumat verməmiş və ondan məhkəmə baxışının təxirə salınmasına dair vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Nəsimi RPİ-nin 22-ci PB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 09 iyul 2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, H.S.Hüseynov 09 iyul 2021-ci il tarixdə, saat 12:30-da Azadlıq prospekti, 28 Mall küçəsində olarkən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə barəsində protokol tərtib edilmişdir. İş materiallarında olan 12 iyul 2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, H.S.Hüseynov Azərbaycan Respublikasının İXM-nin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 200 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Nəsimi Rayon 1 saylı Uşaq Poliklinikasının 22 dekabr 2020-ci il tarixli Tibbi Arayışın surətindən görünür ki, S.Rüstəm küçəsi 33 a ünvanında yaşayan H.S.Hüseynov sin toksikardiyası, Arterial hipertanziya, hipoksit əlamətlər diaqnozu ilə kardioloji kabinetdə müayinə və müalicə olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, H.S.Hüseynovun barəsində 09 iyul 2021-ci il tarixdə, saat 12:30-da Azadlıq prospekti, 28 Mall küçəsində olarkən Nəsimi RPİ-nin 21-ci PB-nin əməkdaşı tərəfindən barəsində həmin tarixdə EXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında 12 iyul 2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və o, Azərbaycan Respublikasının İXM-nin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 200 manat məbləğində inzibati cərimə edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, polis əməkdaşı tərəfindən H.S.Hüseynovun barəsində protokol tərtib edilərkən sonuncunun səhhətinin yaxşı olmaması, onun tənginəfəslikdən əziyyət çəkməsi və buna görə də tibbi maskasını çıxartmadan aşağı endirməsinə əhəmiyyət verməmiş, vətəndaşın məcburi olaraq tibbi maska istifadə edə bilməməsini qeyd etməsini nəzərə almamışdır. Halbuki həmin vaxt şəxsin əlində xəstəxana tərəfindən verilmiş rəsmi tibbi arayış olmuş və o, həmin halı sübut etmək məqsədilə sənədi polis əməkdaşına təqdim etmişdir. Bununla da H.S.Hüseynovun barəsində əsassız olaraq 09 iyul 2021-ci il tarixdə, EXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında 12 iyul 2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, sübut etmə vəzifəsi qərarından şikayət verilmiş orqanın üzərinə düşür, lakin həmin orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gələ bilməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də iş üzrə sübutlar təqdim etməmişdir. Yuxarıda göstərilən səbəblərdən də, qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi H.S.Hüseynovun əməlində inzibati xəta tərkibi olmadığından şikayəti təmin edilməli, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşı tərəfindən tərtib edilmiş 09 iyul 2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 12 iyul 2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin olunsun. Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşı tərəfindən tərtib edilmiş 09 iyul 2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 12 iyul 2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-2034/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2034/2021
12.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver