Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2035/2022 08.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1983-cü ildə Masallı rayonu, Qodman kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Masallı rayonu, Qodman kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdi: Sürücülük vəsiqəsi, habelə etibarnaməsi olmayan Şəxs 28 aprel 2022-ci il tarixdə saat 09 radələrində dostu X1 “Renault Megane” markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə S.Salayev küçəsindən S.Vurğun küçəsinə gözləmədən daxil olmuş və X3 idarə etdiyi “Volkswagen Polo” markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Nəsimi rayonu, S.Vurğun küçəsi ilə hərəkət edən zaman S.Salayev küçəsi ilə kəsişməyə gəlib çatmış və həmin vaxt toqquşmuşlar. Bu zaman Yalçın Xələfovun avtomobilində olan sərnişin X5 yüngül bədən xəsarəti almışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 09 radələrində “Göy Məscid” adlanan ərazinin yanında tanışı Elman Məmmədov avtomobilini çəkməsi zərurəti yaranmışdır. O, da Elman Məmmədova bu barədə demiş və Elman Məmmədov ona avtomobilin açarını vermişdir. O da həmin “Renault Megane” markalı, **- VC-*** dövlət qeydiyyat nişanlı avtomobili oradan çəkmişdir. Daha sonra o, “Kubinka” kimi tanınan ərazidən çıxmış və S.Vurğun küçəsi ilə kəsişməyə gəlib çatmışdır. O, həmin yolda hərəkət edən zaman X3 idarə etdiyi “Volkswagen Polo” markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuşdur. Daha sonra o, həmin sürücüyə sürücülük vəsiqəsinin olmadığı üçün oraya YPX əməkdaşlarının gələcəyini, habelə onun üçün problem olacağını demişdir. Lakin, həmin sürücü onunla razılaşmamışdır. Hətta digər sürücü onunla əsəbi danışmış, o, da bundan sonra hadisə yerindən yayınmışdır. Bundan sonra polis əməkdaşları ona zəng etmiş və həmin sürücünün ondan şikayət etdiyini demişlər. Halhazırda etdiyi əməldən səmimi peşman olmasını bildirərək, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq zərərçəkmiş şəxs X5 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə zərərçəkmiş şəxs X2 iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan AP ******* saylı, 08 iyun 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-nin 327.6, 332.1, 332.2 və 332.4-cü maddələri inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsi özünün etirafı və Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin YNH üzrə baş inspektoru X4 tərəfindən tərtib edilmiş AP ******* saylı, 08 iyun 2022-ci il tarixli inzibati xəta haqqında protokol və digər iş materialları ilə sübuta yetirilir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-2035/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2035/2022
08.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver