Məhkəmə qərarları › İş №3(006)-2038/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-2038/2021

04.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-2038/2021 04.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlu, X1 Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin EXP ******* saylı, 30 iyun 2021-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 30 iyun 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətini və ona əlavə edilmiş materialları məhkəmədə baxmağa hazırlayarkən, m ü ə y y ə n e t d i m: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin EXP ******* saylı, 30 iyun 2021-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 30 iyun 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, X2 Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin EXP ******* saylı, 30 iyun 2021-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 30 iyun 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etsə də, inzibati tənbeh vermə haqqında qərarı şikayət ərizəsinə əlavə etməmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərdən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə hansı tarixdə və kimin tərəfindən qərar qəbul edilməsi müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Bundan başqa, məhkəməyə ərizə təqdim edilərkən həmin ərizənin nəticə hissəsində müraciətin hansı qərar üzrə olması qeyd edilməmişdir. Qeyd olunanlara əsasən hesab edirəm ki, X1 Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin EXP ******* saylı, 30 iyun 2021-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 30 iyun 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsi Azərbaycan Respublikası İXM-nin 128-ci maddəsinin tələblərinə uyğun olmadığından geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ M: X1 Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin EXP ******* saylı, 30 iyun 2021-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 30 iyun 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsi geri qaytarılsın. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar