Məhkəmə qərarları › İş №3(006)-2045/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2045/2020

07.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2045/2020 07.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Pənahov Babək Əkbər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İnzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş şəxs X5 iştirakları ilə X5 Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X15 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə icla-sın-da baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X10 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 08:59 radələrində Xəzər rayonu, Mərdəkan şossesi ilə hərəkətdə olan zaman Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X11 Yol Patrul xidməti inspektoru X3 tərəfindən saxlanılaraq karantin rejiminin qaydalarını pozduğuna görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi üzrə xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və bu protokol əsasında da həmin tarixdə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək o, 200 manat məbləğində cərimə edilmişdir. Halbuki, o, polis əməkdaşına xx.xx.2020-xx.xx.2020-ci il tarixlərində qüvvədə olan müvafiq icazəsinin olması ilə bağlı “icaze.e-gov.az” portalından çıxarışı təqdim etmiş, lakin buna əhəmiyyət verilməmişdir. O, barəsində qəbul edilmiş qərardan Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X12 şikayət versə də, onun iştirakı olmadan araşdırma aparılaraq cavab məktubu ilə həmin qərardan məhkəməyə şikayət vermək hüququnun olması ona izah edilmişdir. Göstərilənləri nəzərə alaraq Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X15 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş X10 şikayəti müdafiə edərək əlavə olaraq qeyd edir ki, o, həmin tarixlərdə dəfələrlə postlarda saxlanılaraq sənədləri yoxlanılmış və hərəkətinə davam etmişdir. O, heç bir inzibati xəta törətməmiş və karantin rejimi qaydalarını pozmamışdır. Barəsində qəbul edilmiş qərar qanunsuz və əsassız olduğu üçün onun ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq qərarı qəbul etmiş orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan: - “icaze.e-gov.az” portalından əldə edilmiş çıxarışa əsasən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-də böyük hüquqşünas vəzifəsində işləyən X7 (FİN:2NG18X1) xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Bakı şəhəri üzrə hərəkətinə icazə verilir, o, **-TU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edir; - xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X1 Xətalar Məcəlləsinin 211.1-ci maddəsi üzrə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi, X7 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Bakı şəhəri üzrə hərəkətinə qanuni əsaslarla icazə verilmişdir. Bununla da onun tərəfindən “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 208 saylı Qərarının tələblərinin pozulması faktı müəyyən edilmir. Həmin Qərarının 1.2-ci bəndinə görə aşağıdakı şəxslərin xidməti vəsiqələri əsasında hərəkət etmələrinə yol verilir: Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin, Azərbaycan Respublikası Xüsusi Tibb Xidmətinin, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının və Azərbaycan Respublikası Nazirlər X2 əməkdaşları; Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Aparatının əməkdaşları; mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və onların müavinləri; dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin rəhbərləri və onların müavinləri; hüquq mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşları, vəkillər; Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti (Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartları əsasında). Həmin Qərarın 1.3-cü bəndinə müvafiq olaraq bu Qərarın 1.2-ci bəndində qeyd olunanlar istisna olmaqla, digər dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, “ASAN Könüllüləri” İctimai Birliyinin, “Aqrar İnkişaf Könüllüləri” Hərəkatının, “Regional İnkişaf” İctimai Birliyinin, “Bir” tələbəkönüllülərinin, Azərbaycan Respublikası Əmək və X6 Nazirliyinin könüllülərinin, həmçinin bu Qərarın əlavəsində nəzərdə tutulan sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin əməkdaşlarının və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və onların işçilərinin, fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşların hərəkətinə onlar barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 12 iyul tarixli 292 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta hadisəsinin baş verməsi hər hansı mötəbər dəlillərlə öz təsdiqini tapmadığından şikayət təmin edilməli,Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X15 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X15 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar