Məhkəmə qərarları › İş №3(006)-2046/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2046/2021

31.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2046/2021 31.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayətçi X1 və onun nümayəndəsi və vəkili Abşeron Rayon Vəkil Bürosunun vəkili X4, qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi X8 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsinin 16 iyul 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsinin 16 iyul 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X7 Xidməti tərəfindən barəsində çıxarılmış 16.07.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qeyd olunmuşdur. Belə ki, həmin qərarı vətəndaş Sidiqə Əhmədovanın əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəlindən hər hansı islərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməlində guya qanun pozuntusunun yol verməsi ilə əsaslandırmışlar. X7 Xidməti tərəfindən barəsində çıxarılmış 16.07.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar aşağıda göstərilən səbəblərdən tamamilə əsassız və qanunsuzdur. Belə ki, onun Slovakiya-Azərbaycan Ticarət Palatası yaratmaq niyyəti var idi, o, ölkədə az olduğundan həmin palatanın yaradılması və eyni zamanda yaradıldıqdan sonra Palatada işləmək üçün bir nəfər axtarırmış, bununla əlaqədar Sidiqə Əhmədova ilə tanışlığı yaranmış, danışıqları o şəkildə olmuşdur ki, atasının ofisində ona yer veriləcək və Slovakiya-Azərbaycan Ticarət Palatası yaradılana qədər sənədləşmə işlərinin görülməsi üçün hər ikisi də vergi ödəyicisi olduqlarına görə aralarında xidmət müqaviləsi hazırlayacaq və xidmət müqaviləsinə əsasən isə palatanın yaradılması ilə bağlı sənədləşmə işlərini aparacaqdır. Bununla bağlı Sidiqəyə aralarında bağlanacaq xidmət müqaviləsini hazırlayıb onun emailinə göndərməsini tapşıraraq ölkəyə gələn vaxt imzalayacağını demiş, lakin ölkəyə qayıda bilmədiyi üçün müqavilə imzalanmamışdır. Lakin Sidiqə tərəfindən müqavilə göndərilməmiş, eyni zamanda həmin ərəfələrdə o ölkəyə gələ bilmədiyi üçün müqavilə imzalanmamışdır. Bununla bağlı xidmət haqqını o, Sidiqəyə ödəmişdir, lakin işlər onun tərəfindən görülmədiyindən yerdə qalan məbləği ödəməmişdir. O bu işlərin görülməsini atası Səlimxan Allahverdiyevə tapşırmış, bir müddət sonra ona bildirilmişdir ki, Sidiqə tərəfindən onun tapşırığı ilə bağlı hər hansı işlər görülmür. O bu barədə özü ilə danışdıqda həqiqətən də tapşırıqlarının icra etmədiyini anlamış, bu barədə atasına demiş və onunla davam etməyəcəyini bildirmişdir. Göründüyii kimi S.Əhmədova ilə onun arasında olan münasibət əmək münasibəti yox xidmət müqaviləsindən əmələ gələn münasibətlərə əsaslanır. Onların hər ikisi sahibkarlıq fəaliyyətinin subyektləridir. (hər ikisinin VÖEN-i var). Belə ki, o, S.Əhmədovanı Slovakiya-Azərbaycan Ticarət Palatası yaradıldıqdan sonra həmin Palatada əmək müqaviləsi bağlamaqla işə götürmək niyyəti var idi. Buna qədər olan münasibətlər isə həmin palatanın yaradılması ilə bağlı xidmətlərin göstərilməsi ilə bağlı idi. Bu halları həm atası S.Allahverdiyev (hansı ki, aralarında olan razılaşmaya əsasən palatanın yaradılması ilə bağlı xidməti həyata keçirmək üçün atasının ofisində ona yer verilmişdir). Nəzərə alınmalıdır ki, hər ikisi sahibkardırlar və aralarında şifahi olaraq xidməti razılaşma bağlanıla bilər. Onun S.Əhmədovanı əmək münasibətləri baxımından işə cəlb etməsi ilə bağlı iş materiallarında hər hansı sübut yoxdur. Əksinə şahidlər də təsdiq edirlər ki, onun S.Əhmədova ilə olan münasibəti sırf xidmətə əsaslanmışdır. Belə ki, Azerbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə başlanmış icraata xitam verilən hallardan biri kimi inzibati xəta hadisəsi olmaması göstərilir. Yuxarıda göstərilən səbəblərdən, İXM-nin 192.1-ci maddədə nəzərdə tutulmuş inzibati xəta hadisəsi mövcud deyildir. İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-cı maddəsində nəzərdə tutulmuş hallar istisna qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə hilər. Göstərilənləri nəzərə alaraq, barəsində çıxarılmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdaliəsi Nazirliyi vanında X7 Xidmətin 16.07.2021-ci il tarixli. MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçinin nümayəndəsi və vəkili R.N.Əmiraslanov şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi A.B.Əliyev şikayətlə razılaşmayaraq bildirmişdir ki, 16 iyul 2021-ci il tarixli qərar ilə E.S.Allahverdiyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3.000 manat miqdarında cərimə edilmişdir. Belə ki, o, E.S.Allahverdiyev vətəndaş S.F.Əhmədova ilə əmək müqaviləsi bağlamadan sonuncunu hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Həmin halı təsdiq edən sənədləri məhkəməyə təqdim edir. Belə ki, E.S.Allahverdiyev təsisçisi olduğu şirkətdə işləməsi ilə bağlə şikayətçi S.F.Əhmədovanın və həmin şirkətin digər işçisi “Leyla” adlı xanımın izahatı, E.S.Allahverdiyevin atası S.Allahverdiyevin izahatlarını məhkəməyə təqdim edir. E.S.Allahverdiyevin atası S.Allahverdiyev öz izahatında S.F.Əhmədovanın oğlunun şirkətində işləməsini göstərmişdir. Belə ki, Əmək Məcəlləsinin 51-ci maddəsinə əsasən sınaq müddəti ilə bağlı müqavilə olmalıydı, lakin işəgötürən tərəfindən işə cəlb edilən şəxs arasında heç bir müqavilə imzalanmamışdır. Məhkəmə proses iştirakçılarının izahatlarına və digər sübutlara məcmu halında qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan 07 iyul 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, E.S.Allahverdiyev tərəfindən S.F.Əhmədova Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozmaqla əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müəyyən işlərin və xidmətlərin göstərilməsinə cəlb edilmiş, bununla da, E.S.Allahverdiyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan 16 iyul 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, E.S.Allahverdiyev S.F.Əhmədovanı Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozmaqla əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müəyyən işlərin və xidmətlərin göstərilməsinə cəlb etmiş, nəticədə E.S.Allahverdiyev Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3.000 (üç min) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan S.F.Əhmədovanın şikayətinin surətindən görünür ki, o, 29 noyabr 2020-ci il tarixdən 02 iyun 2021-ci il tarixədək “We Forward” şirkətinə E.Allahverdiyev tərəfindən işə cəlb olunmuşdur. İş materiallarında olan X3 izahatının surətindən görünür ki, o, S.F.Əhmədovaya direktorları E.Allahverdiyev xahişi ilə ofislərində yer verilmiş, S.Əhmədova "xxxx" MMC-nin işçisi olmamış, o, E.Allahverdiyev tərəfindən gələn tapşırıqları icra edirmiş, E.Allahverdiyev ilə onun arasında xidmət müqaviləsi olduğunu və ticarət palatası yaradıldıqdan sonra aralarında əmək müqaviləsi bağlayacaqlarını bilmişdir. O, S.F.Əhmədovanın işdə boş vaxt keçirtdiyini və E.Allahverdiyevin tapşırdığı işlərlə məşğul olmadığını müşahidə etmiş və bu barədə direktora məlumat vermişdir. Daha sonra E.Allahverdiyevin tapşırığı ilə S.Əhmədovaya ofisə gəlməməsi bildirilmiş və sonuncu ofisə gələrək xidmət müqaviləsi üzrə ödənişini götürmüşdür. İş materiallarında olan S.M.Allahverdiyevin izahatının surətindən görünür ki, S.F.Əhmədova onların şirkətində əmək müqaviləsi olmadan işləmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, E.S.Allahverdiyev tərəfindən S.F.Əhmədova Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozmaqla əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müəyyən işlərin və xidmətlərin göstərilməsinə cəlb edilmiş, buna görə də E.S.Allahverdiyev Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsinin 16 iyul 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə o, Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3.000 (üç min) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, E.S.Allahverdiyev öz vəsifəsini lazımınca icra etməmiş, sonuncu S.F.Əhmədovanı Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozmaqla əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müəyyən işlərin və xidmətlərin göstərilməsinə cəlb etmiş və bu səbəbdən də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələbinin pozulmasına dair Qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsinin 16 iyul 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan E.S.Allahverdiyevin verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsinin 16 iyul 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar