Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2054/2021 13.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, Bakı Nəqliyyat Agentliyinin 08 may 2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Bakı Nəqliyyat Agentliyinin 08 may 2021ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2015-ci il tarixli 89 nömrəli qərarına əsasən yaradılıb. Cəmiyyət Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olmaqla nizamnamə əsasında fəaliyyət göstərir. 2015-ci ildən Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəznində olan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının təşəbüssü ilə taksi fealiyyəti üçün Bakıya gətirilən “London Cab TX4” markalı, **-TH-*** dövlət qeydiyyat markalı avtomobili idarə edir. İdarə etdiyi avtomobilə görə bu günə kimi dövlətə 55.000 manat vergi ödəmiş və bu gündə də həmin avtomibili idarə etdiyindən vergi ödəməyə də davam edir. Azərbaycan yollarında hərəkətdə olan avtomobillərin 90%-i taksi fəaliyyəti ilə məşğul olur, amma bunun müqabilində həmin sürücülərin çoxu vergidən yayınırlar. Yuxarıda qeyd etdiyi məbləğdə vergi ödəyərək və dövlət əmlakına lazımi qaydada qulluq edərək istifadə etməsinə baxmayaraq bu gündə BNA cameraları sayəsində cərimə tədbiq olunur. S.Vurğun küçəsi ilə Lev Tolstoy küçələrinin kəsişməsində taksi nişanı olmasına baxmayaraq “Parkovşiklərin” qeyri-qanuni yığdıqları maşınların əlindən dayanmaq qeyrimümkündür. Həmin ərazidə 100 metr uzunluğunda qeyd olunmuş və BNA əməkdaşlarının şəxsən özləri tərəfindən tətbiq olunmuş taksi nişanı quraşdırılmışdır. Lakin buna baxmayaraq 12.04.2021-ci il tarixdə, saat 15.59.13-də BNA ******* qeydiyyatla “dayanmadurma”-nın pozulması cəriməsi protokolu qeydə almış, 08.05.2021-ci il tarixdə, saat 10.07.23-də isə qeydə alınmış protokol qüvvəyə minmişdir. Bu barədə dəfələrlə şikayət etsə də şikayətinə bu günə kimi baxılmamışdır. “X4” Qanunun l-ci fəslinin 1-ci maddəsinin 29-cu bəndi nəqliyyat vasitəsinin dayanması haqqındadır. Nəqliyyat vasitəsinin dayanması - adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsidir. Buradan aydınlaşır ki, nəqliyyat vasitəsini sərnişin və ya yük üçün saxladıqda bu dayanma olur. Lakin o, avtomobilinizi sərnişin və ya yükdən ötrü saxlamısınızsa bu dayanma sayılmayacaq. Bu artıq durmadır. Həmin Qanunun 31-ci bəndinə əsasən nəqliyyat vasitəsinin durması - əgər nəqliyyat vasitəsi digər yol istifadəçisi və ya hər hansı maneə ilə toqquşmanın qarşısını almaq və ya hərəkət qaydalarının göstərişlərini yerinə yetirmək səbəblərindən başqa digər səbəblərə görə hərəkətsiz vəziyyətə gətirilmişdirsə və onun dayanması adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxtla məhdudlaşmırsa, nəqliyyat vasitəsi durmuş hesab edilir. Bu nişanlar yola qoyulduqda 3.28 nişanı durmanı, 3.27 nişanı isə dayanma və durmanı qadağan edir. Həmçinin. 3.28 nişanında durmaq qadağan olunsa da dayanmaq qadağan deyil. Yəni, bu nişanın təsir dairəsində sərnişin və ya yük olarsa avtomobili dayandırmaq olar. Amma, maşınını bu nişanın altında saxlayıb kimi və ya nəyisə gözləyirsinizsə, bu artıq dayanma deyil, durma sayılır. “X4” Qanunun 52-ci maddəsi məhz dayanma və durmaya aiddir. Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində - yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında cərgədə dayanmasına və durmasına icazə verilir. Yan qoşqusu olmayan motosikletlər, mopedlər və velosipedlər yolun hərəkət hissəsinin kənarında iki cərgədə dayana və dura bilərlər. İİ. Yolun sol tərəfində dayanmağa və durmağa yaşayış məntəqələrində tramvay yolunun olması səbəbindən sağ tərəfdə dayanmaq mümkün olmadıqda və ya birtərəfli hərəkət yollarında (icazə verilən maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinə birtərəfli hərəkət yollarının sol tərəfində dayanmağa yalnız yük götürmək və ya boşaltmaq üçün) icazə verilir. Yolun hərəkət hissəsinə bitişik səkinin kənarında durmağa yalnız minik avtomobillərinə, motosikletlərə, mopedlərə və velosipedlərə bu şərtlə icazə verilir ki, onlar piyadaların hərəkətinə mane olmasın. Buna əsasən deyə bilərik ki, birtərəfli yollarda yolun sağ tərəfində dayanmadurma qadağandır (3.27) nişanı varsa, maşını sol tərəfdə saxlamaq olar. Həmçinin, sürücülərin sarı xətt anlayışını hələ də unutmayıblar. YHQ 52-ci maddəsinə əsasən 3.27 nişanı san xətlə bərabər tədbiq edildikdə həmin xətdə saxlamaq olmaz. Amma sarı xətt nişansızdırsa, həmin ərazidə başqa qadağanedici nişan yoxdursa, nəqliyyat vasitəsini saxlaya bilərsiniz. Daha bir məqama diqqət edək. Şəkildə gördüyü kimi ikincidərəcəli yolla kəsişmə nişanı və 3.27 və ya boşaltmaq üçün icazə verilir. Yolun hərəkət hissəsinə bitişik səkinin kənarında durmağa yalnız minik avtomobillərinə, motosikletlərə, mopedlərə və velosipedlərə bu şərtlə icazə verilir ki, onlar piyadaların hərəkətinə mane olmasın. Buna əsasən deyə bilərik ki, birtərəfli yollarda yolun sağ tərəfində dayanma-durma qadağandır (3.27) nişanı olarsa sol tərəfdə dayanmaq olar. Həmçinin, sürücüləri sarı xətt anlayışını hələ də unutmayıblar. YHQ 52-ci maddəsinə əsasən 3.27 nişanı sarı xətlə bərabər tədbiq olunduqda həmin xətdə saxlamaq olmaz. Amma san xətt nişansızdırsa, həmin ərazidə başqa qadağanedici nişan yoxdursa, nəqliyyat vasitəsini saxlaya bilərsiniz. Daha bir məqam, şəkildə göründüyü kimi ikinci dərəcəli yolla kəsişmə nişanı və 3.27 nişanı yanaşı quraşdırılıb. Bu o deməkdir ki, ikincidərəcəli yolla kəsişmə yol nişanından sonra 3.27 nişanı qüvvədən düşür və siz avtomobilinizi durdura bilərsiniz. Beləliklə, hesab edir ki, İXM-nin 55.0 maddəsinin 53.0.1-ci bəndinə əsasən inzibati xəta hadisəsi olmadıqda və 53.0.2.-ci bəndinə əsasən isə inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmçinin nəzərinizə çatdırır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.5-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan verilən şikayətdən dövlət rüsumu tutulmur. Kamera vasitəsi ilə 12.04.2021-ci il tarixdə, saat 15.59.13-də qeydə alınmış BNA1480235 saylı protokola BNA tərəfindən çıxarılmış 08.05.2021-ci il tarixli, saat 11.27.32-də səhv tərtib edilmiş protokolun qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, şikayətimə rəsmi cavab verilmədən ödəniş sisteminə yerləşdirilmiş cərimə məbləğinin xitamı barədə qərar çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi S.M.İbrahimov şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı Nəqliyyat Agentliyinə lazımi qaydada məlumat verilsə də, Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Bakı Nəqliyyat Agentliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan S.M.İbrahimovun barəsində Azərbaycan Respublikasının İXM-nin 346.1-ci maddəsi ilə 08 may 2021-ci il tarixdə, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və o, 20 (iyirmi) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, S.M.İbrahimovun barəsində dayanma və ya durma qaydalarını pozması halına yol verməsi ilə bağlı BNA-nın əməkdaşı tərəfindən 12 aprel 2021-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 08 may 2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarla o, həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 (iyirmi) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, S.M.İbrahimovun barəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən 08 may 2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərar “X4” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə riayət edilmədən qəbul edilmişdir. Bununla da, S.M.İbrahimovun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş hüquqları pozulmuşdur. Məhkəmə həmçinin hesab edir ki, sübut etmə vəzifəsi qərarından şikayət verilmiş orqanın üzərinə düşür, lakin həmin orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gələ bilməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də iş üzrə sübutlar təqdim etməmişdir. Bununla da məhkəmə hesab edir ki, protokol və qərar qəbul edilərkən yuxarıda göstərilən hallar tam araşdırılmamış və S.M.İbrahimovun barəsində əsassız qərar qəbul olunmuşdur. Belə ki, “X4” Azərbaycan Respublikasının Qanununun 29-cu bəndinə əsasən adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsi- nəqliyyat vasitəsinin dayanmasıdır. Həmin Qanunun 31-ci bəndinə əsasən əgər nəqliyyat vasitəsi digər yol istifadəçisi və ya hər hansı maneə ilə toqquşmanın qarşısını almaq və ya hərəkət qaydalarının göstərişlərini yerinə yetirmək səbəblərindən başqa digər səbəblərə görə hərəkətsiz vəziyyətə gətirilmişdirsə və onun dayanması adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxtla məhdudlaşmırsa, nəqliyyat vasitəsi durmasıdır. Həmçinin, «İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin “b” bəndinə əsasən öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq; “c” bəndinə əsasən şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etməsinə yol verilir. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Bakı Nəqliyyat Agentliyində aparılan inzibati araşdırma zamanı hakimin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikasının İXM-nin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Nəqliyyat Agentliyinin 08 may 2021-ci il tarixli, BNA ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş həmin tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Bakı Nəqliyyat Agentliyinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin olunsun. Bakı Nəqliyyat Agentliyinin 08 may 2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Bakı Nəqliyyat Agentliyinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-2054/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2054/2021
13.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver