Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2056/2021 30.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X3, X1 iştirakları ilə, xx xxxx 1976-ciı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X4 tərəfindən 05 avqust 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün 06 avqust 2021-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Nəsimi Rayon Məhkəməsinin 13 aprel 2021ci il, 20 aprel 2021-ci il və 29 iyun 2021-ci il tarixli icra sənədləri icra edilməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş böyük icra məmuru C.Y.Əliyev tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Nəsimi Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(006)-2533/2021 saylı icra sənədinə əsasən hazırkı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək ünvan 2 ünvanında tikinti işlərinin aparılması tələbkar "xxxx" MMC və başqa şəxslərə qadağan edilməlidir. Nəsimi Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2(006)- 2533/2021 saylı icra sənədinə əsasən ilk iddia üzrə borclu qarşılıqlı iddia üzrə tələbkar R.Ə.İsmayılzadə tərəfindən verilmiş ərizə təmin edilmişdir. Hazırki mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək ünvan 2 ünvanında söküntü işlərinin aparılması ilk iddia üzrə tələbkar qarşlıqlı iddia üzrə borclu "xxxx" MMC-yə və başqa şəxslərə qadağan edilməlidir. Nəsimi Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(006)-3409/2021 nömrəli icra sənədinə əsasən ünvan 2 ünvanında "xxxx" MMC tərəfindən aparılan inşaat işləri dayandırılmalıdır. Nəsimi Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2(006)- 2533/2021 saylı icra sənədi üzrə icraata başlamaq haqqında qərar və bildiriş 19.04.2021ci il tarixdə borclu "xxxx" MMC-nin rəhbəri Şəxs rəsmi qaydada təqdim olunmuş və icra məmuru tərəfindən 19.04.2021-ci il tarixli akt tərtib olunmuşdur. Nəsimi Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2(006)-2533/2021 saylı icra sənədi üzrə icraata başlamaq haqqında qərar və bildiriş 22.04.2021-ci il tarixdə borclu "xxxx" MMC-nin rəhbəri Şəxs rəsmi qaydada təqdim olunmuş və icra məmuru tərəfindən 22.04.2021-ci il tarixli akt tərtib olunmuşdur. Nəsimi Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(006)- 3409/2021 saylı icra sənədi üzrə icraata başlamaq haqqında qərar və bildiriş 07.07.2021ci il tarixdə borclu "xxxx" MMC-nin rəhbəri Şəxs rəsmi qaydada təqdim olunmuş və icra məmuru tərəfindən 07.07.2021-ci il tarixli akt tərtib olunmuşdur. Nəsimi Rayon Məhkəməsinin icra sənədləri 05 avqust 2021-ci il tarixli qərarla bir icraatda birləşdirilmişdir. 04 avqust 2021-ci il tarixdə icra məmurları tərəfindən ünvan 2 ünvanına baxış keçirilmiş, həmin ərazidə borclu tərəfindən tikinti işləri aparıldığı müəyyən olunmuşdur. Göstərilənləri nəzərə alaraq, "xxxx" MMC-nin direktoru Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinin məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar R.Ə.İsmayılzadə izahatında göstərmişdir ki, "xxxx" MMC söküntü-tikinti işlərini davam etdirir və onun evində yaşayış ola-ola evini dağıdaraq yerlə yeksan edir. Onun evində söküntü işlərinin dayandırılmasını tələb edir. Göstərilənləri nəzərə alaraq "xxxx" MMC-nin direktoru Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin direktoru Şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, inzibati protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin direktoru Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(006)-2533/2021 saylı icra vərəqəsindən görünür ki, ərizə təmin edilmiş, hazırkı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək ünvan 2 ünvanında tikinti işlərinin aparılması tələbkar "xxxx" MMC və başqa şəxslərə qadağan edilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında 14 aprel 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Nəsimi Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(006)- 2533/2021 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Nəsimi rayon İcra Şöbəsinin 16 aprel 2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borclu "xxxx" MMC-nin direktoru Şəxs ünvan 2 ünvanında tikinti işlərinin aparılması qadağan olunmuş və sonuncu həmin məktubu 19 aprel 2021-ci il tarixdə qəbul etmişdir. İş materiallarında olan Nəsimi rayon İcra Şöbəsinin icra məmurları tərəfindən tərtib edilmiş 19 aprel 2021-ci il tarixli aktdan görünür ki, ünvan 2 ünvanında mənzillər sökülmüş vəziyyətdə olduğu və hər hansı tikinti işlərinin aparılmadığı müəyyən edilmişdir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2(006)- 2533/2021 saylı icra vərəqəsindən görünür ki, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı R.Ə.İsmayılzadə tərəfindən verilmiş ərizə təmin edilmiş, hazırki mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək ünvan 2 ünvanında söküntü işlərinin aparılması ilk iddia üzrə tələbkar qarşlıqlı iddia üzrə borclu "xxxx" MMC-yə və başqa şəxslərə qadağan edilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında 21 aprel 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Nəsimi Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2(006)- 2533/2021 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Nəsimi rayon İcra Şöbəsinin 21 aprel 2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu "xxxx" MMC-nin direktoru Şəxs tələbin könüllü icrası barədə bildiriş sonuncu tərəfindən 22 aprel 2021-ci il tarixdə qəbul edilmişdir. İş materiallarında olan Nəsimi rayon İcra Şöbəsinin icra məmurları tərəfindən tərtib edilmiş 22 aprel 2021-ci il tarixli aktdan görünür ki, ünvan 2 ünvanında mənzillər sökülmüş vəziyyətdə müəyyən olunmuş və foto-şəkillər çəkilmişdir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(006)- 3409/2021 saylı icra vərəqəsindən görünür ki, ərizə təmin edilmiş və ünvan 2 ünvanında "xxxx" MMC tərəfindən aparılan inşaat işləri dayandırılması qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında 05 iyul 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Nəsimi Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(006)- 3409/2021 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Nəsimi rayon İcra Şöbəsinin 05 iyul 2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu "xxxx" MMC-nin direktoru Şəxs tələbin könüllü icrası barədə bildiriş bildiriş sonuncu tərəfindən 07 iyul 2021-ci il tarixdə qəbul edilmişdir. İş materiallarında olan Nəsimi rayon İcra Şöbəsinin icra məmurları tərəfindən tərtib edilmiş 04 avqust 2021-ci il tarixli aktdan görünür ki, ünvan 2 ünvanında tikinti işlərinin aparıldığı müəyyən olunmuşdur. İş materiallarında olan bir neçə icra sənədinin ümumi icraata birləşdirilməsi haqqında 05 avqust 2021-ci il tarixli qərardan görünür ki, 14.04.2021-ci il tarixli qərarla icrasına başlanılmış Nəsimi Rayon Məhkəməsinin 13.04.2021-ci il tarixli, 2(006)-2533/2021 saylı icra sənədi, 21.04.2021-ci il tarixli qərarla icrasına başlanılmış Nəsimi Rayon Məhkəməsinin 20.04.2021-ci il tarixli, 2(006)-2533/2021 saylı icra sənədi və 05.07.2021-ci il tarixli qərarla icrasına başlanılmış Nəsimi Rayon Məhkəməsinin 29.06.2021-ci il tarixli, 2(006)-3409/2021 saylı icra sənədi bir icraatda birləşdirilmişdir. İş materiallarına əlavə edilmiş 19 avqust 2021-ci il tarixli teleqramdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs növbəti məhkəmə iclasında vəkili ilə iştirak edəcəyini və yeni sənədlər təqdim edəcəyini bildirərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Beləliklə, müəyyən edilmişdir ki, Nəsimi Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(006)-2533/2021 saylı icra sənədinə əsasən hazırkı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək ünvan 2 ünvanında tikinti işlərinin aparılması tələbkar "xxxx" MMC və başqa şəxslərə qadağan edilməlidir. Nəsimi Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2(006)-2533/2021 saylı icra sənədinə əsasən ilk iddia üzrə borclu qarşılıqlı iddia üzrə tələbkar R.Ə.İsmayılzadə tərəfindən verilmiş ərizə təmin edilmişdir. Hazırki mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək ünvan 2 ünvanında söküntü işlərinin aparılması ilk iddia üzrə tələbkar qarşlıqlı iddia üzrə borclu "xxxx" MMC-yə və başqa şəxslərə qadağan edilməlidir. Nəsimi Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(006)-3409/2021 nömrəli icra sənədinə əsasən ünvan 2 ünvanında "xxxx" MMC tərəfindən aparılan inşaat işləri dayandırılmalıdır. Nəsimi Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2(006)-2533/2021 saylı icra sənədi üzrə icraata başlamaq haqqında qərar və bildiriş 19.04.2021-ci il tarixdə borclu "xxxx" MMC-nin rəhbəri Şəxs rəsmi qaydada təqdim olunmuş və icra məmuru tərəfindən 19.04.2021-ci il tarixli akt tərtib olunmuşdur. Nəsimi Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2(006)-2533/2021 saylı icra sənədi üzrə icraata başlamaq haqqında qərar və bildiriş 22.04.2021-ci il tarixdə borclu "xxxx" MMC-nin rəhbəri Şəxs rəsmi qaydada təqdim olunmuş və icra məmuru tərəfindən 22.04.2021-ci il tarixli akt tərtib olunmuşdur. Nəsimi Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(006)-3409/2021 saylı icra sənədi üzrə icraata başlamaq haqqında qərar və bildiriş 07.07.2021-ci il tarixdə borclu "xxxx" MMC-nin rəhbəri Şəxs rəsmi qaydada təqdim olunmuş və icra məmuru tərəfindən 07.07.2021-ci il tarixli akt tərtib olunmuşdur. Nəsimi Rayon Məhkəməsinin icra sənədləri 05 avqust 2021-ci il tarixli qərarla bir icraatda birləşdirilmişdir. 04 avqust 2021-ci il tarixdə icra məmurları tərəfindən ünvan 2 ünvanına baxış keçirilmiş, həmin ərazidə borclu tərəfindən tikinti işləri aparıldığı müəyyən olunmuşdur. Bununla da, borclu "xxxx" MMC-nin rəhbəri Şəxs icra sənədlərini könüllü icra etməmişdir. Məhkəmə işin faktiki hallarına, iş materiallarına əlavə edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, qanuni qüvvədə olan məhkəmə qərarlarının icrası ilə bağlı cavabdeh "xxxx" MMC-nin direktoru Şəxs uzun müddət öncədən tələbin icrası haqqında bildiriş verilməsinə, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, nəticədə icra sənədinin uzun müddətdən bəri icrasız qalmasına səbəb olması, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 17-ci maddəsinin qeydini əsas tutaraq hesab edir ki, "xxxx" MMC-nin direktoru Şəxs vəzifəli şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə "xxxx" MMC-nin direktoru Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən məsuliyyətinin ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə "xxxx" MMC-nin direktoru Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin direktoru Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 2.500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-2056/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2056/2021
30.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver