Məhkəmə qərarları › İş №3(006)-2057/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2057/2020

10.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2057/2020 10.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Pənahov Babək Əkbər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İnzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş şəxs X2 iştirakları ilə X2 Bakı şəhər Binəqədi Rayon Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə icla-sın-da baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X5 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, “xxxxxxxxxxxxxxxx” MMC-də direktor vəzifəsində işləyir. Karantin rejimi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyənləşdirdiyi qaydalara əsasən inşaat materiallarının satışı üzrə xidmət sahəsində fərdi sahibkar olaraq fəaliyyat göstərdiyindən “icaze.e-gov.az” portalından idarə etdiyi avtomobilin dövlət qeydiyyat nişanını da daxil etməklə 05 aprel-xx xxx 2020-ci il tarixlərində sərbəst hərəkət etmək üçün müvafiq icazə alınmış, həmin tarixlərdə dəfələrlə postlarda saxlanılaraq sənədləri yoxlanılmış və hərəkətinə davam etmişdir. Lakin xx xxx 2020-ci il tarixdə, saat 13:09 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində qurulmuş postda Bakı şəhər Binəqədi Rayon Dövlət Yol Polisi Şöbəsinin Yol Patrul xidməti inspektoru X6 tərəfindən saxlanılaraq müvafiq icazənin olub-olmaması yoxlanılmış, bu zaman barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi ilə bağlı ona heç bir məlumat verilməmişdir. O, sonradan hökümət portalı vasitəsilə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi üzrə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilməsinə dair inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyini bilmişdir. Bununla bağlı “102” xidmətinə müarciət etmiş, araşdırma aparılması üçün Bakı şəhər Binəqədi RayonPolis İdarəsinə göndərilmiş və idarədə xx xxx 2020-ci il tarixində portalda müvafiq icazənin olmaması bildirilərək məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Polis İdarəsinin cavab məktubu ona xx xxxxxx 2020-ci il tarixində göndərilmişdir. Yol patrul xidmətinin əməkdaşı heç bir araşdırma aparmadan barəsində qərar qəbul etmişdir. Göstərilənləri nəzərə alaraq Bakı şəhər Binəqədi Rayon Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş olunur. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş X5 şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq qərarı qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan: - “icaze.e-gov.az” portalından əldə edilmiş çıxarışa əsasən X5 (FİN:1HS20R2) “xxxxxxxxxxxxxxxx” MMC-də direktor vəzifəsində işləyir, **-UP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edir, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Bakı və Lənkəran şəhərləri üzrə hərəkətinə icazə verilir; - xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X1 Xətalar Məcəlləsinin 211-ci maddəsi üzrə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 120 saylı Qərarının 1-ci bəndinə görə koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət xx xxxx 2020-ci il saat 00:00-dan xx xxx 2020-ci il saat 00:00-dək dayandırılmışdır. Həmin Qərarın 4-cü bəndinə görə bu Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş müddətdə xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərtiləəsas istehsalat növləri üzrə: tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri; məişət xidmətləri üzrə: dizayn xidmətləri və sair istiqamətlərdə fəaliyyətin davam etdirilməsinə icazə verilir. “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 124 saylı Qərarının 1-ci bəndinə görə x xxxxx 2020-ci il saat 00:00-dan xx xxx 2020-ci il saat 00:00-dək ölkə ərazisində hərəkət məhdudiyyətləri aşağıdakı qaydada tətbiq edilir: aşağıdakı şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir: dövlət orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlətin adından yaradılan publik hüquqi şəxslərin işə cəlb olunan əməkdaşları (2 nömrəli əlavə); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarı ilə müəyyən edilmiş istiqamətlərdə fəaliyyətlərinin davam etdirilməsinə icazə verilmiş özəl hüquqi şəxslərin əməkdaşları və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs və onun işçiləri; fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşları (1.2-ci bənd). “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması və həmin rejimlə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 163 saylı Qərarının 1-ci bəndinə görə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 31 may saat 00:00-dək uzadılmışdır. Göründüyü kimi, X5 tikinti və dizayn xidmətləri üzrə fəaliyyət göstərən “xxxxxxxxxxxxxxxx” MMC-də direktor vəzifəsində işləyir və onun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Bakı və Lənkəran şəhərləri üzrə hərəkətinə qanuni əsaslarla icazə verilmişdir. Bununla da işlədiyi qurum karantin rejimi dövründə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara əsasən fəaliyyətinə icazə verilən sahələrə daxil olduğundan onun tərəfindən karantin rejiminin tələblərinin pozulması faktı müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta hadisəsinin baş verməsi hər hansı mötəbər dəlillərlə öz təsdiqini tapmadığından şikayət təmin edilməli, Bakı şəhər Binəqədi Rayon Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Bakı şəhər Binəqədi Rayon Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar