Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2058/2021 03.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 26 iyul 2021-ci il tarixli, 00100-0766/21/2 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə bildiriş göndərilsə də, onlar məhkəməyə gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin Gömrük Prosedurları və Ödənişləri şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, İran İslam Respublikasından AZ1111, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MTK-nın ünvanına 53K4522/53ABC150 nömrəli avtomaşınla, CMİ**********105 saylı, 03 mart 2021-ci il tarixli invoys sənədi ilə daxil olmuş yüklər **********6683 sorğu nömrəli 08 aprel 2021-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügüdən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİF MN üzrə ********** saylı kod altında “5” faizli gömrük rüsumu dərəcəsi ilə bəyan edilmiş malların XİF MN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə X1 İdarəsinə müraciət olunmuş, həmin idarədən 2200- 017/003-25/001940 saylı 16 aprel 2021-ci il tarixli məktuba əlavə olunaraq BBGİ-yə göndərilmiş sınaq protokoluna əsasən CMİ**********105 saylı 30 mart 2021-ci il tarixli invoys üzrə idxal olunan ********** yük XİF MN üzrə ********** saylı kod altında sinifləşdirildiyi, yəni “5” faiz gömrük rüsum dərəcəsi, GB-də 2-ci mal mövqeyi açılaraq ********* saylı kod altında “15” faiz ilə idxal gömrük rüsumuna cəlb edilməli olduğu məlum olmuşdur. Beləliklə, **********6683 sorğu nömrəli 08 aprel 2021-ci il tarixli gömrük bəyannaməsinin bəyan edilmiş “Alüminium ərintilərindən cəbhə profilləri” yüklərin XİF MN üzrə ********** kodu GB-də ikinci mal mövqeyi açılaraq, “İki və ya üç profildən alınmış alüminiumdan metal konstruksiya” adı ilə yük XİF MN üzrə ********** saylı kod altında sinifləşdirildiyi, yəni “15” faiz gömrük rüsum dərəcəsi, saylı kod altında sinifləşdirildiyi təqdirdə Şəxs MTK-nın tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği idxal gömrük rüsumu üzrə 1412,68 AZN, ƏDV üzrə 254,28 AZN təşkil etmişdir. İş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədovun 03 iyul 2020-ci il tarixli “inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında” qərar ilə əvvəllər törətmiş olduğu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulan inzibati xətanı ilk dəfə törətdiyindən və vurduğu ziyanı aradan qaldırdığından həmin maddənin Qeyd hissəsinin 2-ci bəndinə əsasən inzibati məsuliyyətdən azad edilmiş, qanunla inzibati xəta törətməmiş şəxs hesab edilmək üçün müəyyən edilən 1 il müddət keçmədən, yenidən Trükiyə Respublikasında fəaliyyət göstərən “X2.Ve.Paz.A.Ş.” şirkətindən CMİ**********0105 nömrəli 30 mart 2021-ci il tarixli invoys sənədinin müşayiəti ilə 53K4522/53ABC150 nömrə nişanlı yük avtomobilinə yüklənilmiş vəziyyətdə idxal etdiyi malları 08 aprel 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********6683 sorğu nömrəli Gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda yerləşdirmək məqsədi ilə bəyan edərkən invoys sənədinin 13-15, 34-36, 52, 53-cü mal mövqelərindəki malları 7610 90 900 0 alt yarım mövqeyində sinifləşdirməli olduğu halda, 760429 9009 alt yarım mövqeyindəki sinifləşdirərək ödənilməli olan 1412,68 manat idxal rüsumu, 254,28 manat əlavə dəyər vergisindən ibarət olmaqla, ümumilikdə az miqdarda, 1666,96 manat gömrük ödənilməsindən yayınmışdır. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də cəmiyyət həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda - ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: 1. Bu maddədə “az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür. 2. Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın obyekti olmuş pul məbləğinin 80 faizi məbləğində cərimə tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ödənilməli olan 1666 (min altı yüz altmış altı) manat, 96 (doxsan altı) qəpik gömrük ödənişləri məbləğinin 80 (səksən) faizi məbləğdə, yəni 1333 (min üç yüz otuz üç) manat, 57 (əlli yeddi) qəpik məbləğində inzibati cərimə edilsin. Qərardan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-2058/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2058/2021
03.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver